İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə93/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   89   90   91   92   93   94   95   96   ...   106

 
 
337 
 
57.  Ağasəlim   Mircavadov,    A ğ a s ə l i m     S e y i d - 
ə h m ə d   o ğ l u (d.1947) – məşqçi. Azərbaycanın əməkdar 
məşqçisi. 1993–95-ci illərdə Azərbaycan Milli futbol komanda-
sının  Baş  məşqçisi  olmuş,  2005–2008-ci  illərdə  «Neftçi»  və 
«Xəzər»  (Lənkəran)  klublarının  Baş  məşqçisi  olanda  MDB  və 
Baltikyanı  ölkələri  çempionlarının  «Birlik  Kuboku»  yarışında 
qızıl  medallar  qazanmışlar.  Azərbaycan  Respublikasının 
«Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 40–45. 
58.  Ramiz  Mirzəyev  (1954–2007)  –mühəndis.  «Azəriqaz» 
sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 1997–2007-
ci  illərdə  «Azərneftyağ»  İstehsalat  Birliyinin  Baş  direktoru 
olmuşdur. – 40–45. 
59.  FİFA  –  Beynəlxalq  Futbol  Federasiyası.  1904-cü  ildə 
Parisdə  yaradılmışdır.  Hazırda  210-a  yaxın  milli  federasiyanı 
birləşdirir. – 43,44,45. 
60. UEFA – B e y n ə l x a l q   A v r o p a   İ d m a n   T ə ş - k 
i  l  a  t  ı  –  Avropa  Futbol  Assosiasiya  Şurası.  Əsası  1954-cü  ildə 
qoyulmuşdur. – 44,45. 
61. Sergey İvanov (d.1953) – Rusiya dövlət və hərbi xadimi. 
1998-ci  ildə  Federal  Təhlükəsizlik  Xidməti  İdarəsində  direktor 
müavini,  1999-cu  ildə  Rusiya  Federasiyası  Təhlükəsizlik 
Şurasının  katibi,  2001-2007-ci  illərdə  isə  Rusiyanın  Müdafiə 
naziri  olmuşdur.  Rusiya  Federasiyası  Təhlükəsizlik  Şurasının 
daimi üzvüdür. – 46–47. 
62.  Vladimir  Putin  (d.1952)  –  2000–2008-ci  illərdə  Rusiya 
Federasiyasının  prezidenti.  1975–97-ci  illərdə  bir  sıra  məsul 
vəzifələrdə  çalışmışdır.    1998-ci  ildə  Rusiya  Federasiyası  prezi-
denti  administrasiyasının  rəhbəri,  1998–99-cu  illərdə  FTX-nın 
direktoru,  1999-cu  ilin  avqustundan  Rusiya  hökumətinin  başçısı, 
2008-ci  ilin  mayında  Rusiya  Federasiyasının  Baş  naziri  təyin 


 
 
338 
edilmişdir.  2012-ci  ilin  mart  ayında  yenidən  Rusiya  Federasi-
yasının prezidenti seçilmişdir. – 46,47,102,148–179,182,289. 
 
63.  Lənkəran  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  661  km
2
,  əhalisi  146,9  min 
nəfərdir
. – 50,104–113. 
 
64.  Ramiz Quliyev, Q u l i y e v  R a m i z  Ə y y u b  o ğ l u 
(d.1947)  –  tarzən,  professor.  Azərbaycan  Respublikasının  Xalq 
artisti. – 50. 
65. Bakı Musiqi Akademiyası – 1921-ci ildə yaradılıb. Ba-
kı  Musiqi  Akademiyası  Azərbaycanda  ilk  musiqi  tədris  müəs-
sisəsidir.  4  fakültəsi  vardır.  Təhsil  iki  pilləlidir  –  bakalavr  və 
magistratura.  Bakı  Musiqi  Akademiyasının  tərkibində  opera 
studiyası və musiqi məktəbi studiyası fəaliyyət göstərir. – 50. 
 
66. Şri-Lanka,   Ş r i - L a n k a  D e m o k r a t i k   S o s i a-  l 
i  s  t    R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Cənubi  Asiyada  dövlət.  Millətlər 
Birliyinə  daxildir.  Sahəsi    65,6  min  km
2
,  əhalisi  18,3  milyon 
nəfərdir.  İnzibati  ərazisi  25  əyalətə  bölünür.    Dövlət  və  hökumət 
başçısı prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı rəsmi 
olaraq Cayavar Denapurakotte, faktiki isə Kolombodur. – 52. 
 
67.  Mahinda  Pacapakse  (1945)  –  2005-ci  ildən  Şri-Lanka 
Respublikasının  prezidenti.  2004–2005-ci  illərdə  Şri-Lankada 
Baş nazir olmuşdur. Milli Alyansa daxil olan Şri-Lanka Azadlıq 
Partiyasının liderlərindən biridir.  – 52. 
 
68. Yeni Zelandiya – Sakit okeanın cənub-qərbində dövlət. 
Sahəsi  270,5  min  km
2
,  əhalisi  3,62  milyon  nəfərdir.  Millətlər 
Birliyinə daxildir. Dövlət başçısı Böyük Britaniya kraliçasıdır. 
Onu    ölkədə  general-qubernator  təmsil  edir.  Qanunverici  orqan 
parlamentdir. Paytaxtı Vellinqtondur. – 53. 
 


 
 
339 
69.  Helen  Klark  (d.1950)  –  Yeni  Zelandiyanın  Baş  naziri  
(1999–2008).  Yeni  Zelandiya  Liberal  Partiyasının  lideri.  2003-
cü  ildə  Helen  Klark  Amerika  ordusunun  İraqa  girməsini  ciddi 
tənqid  etmiş  və  həmin  ildə  Yeni  Zelandiyanın  respublikaya 
çevrilməsini «qaçılmaz» hesad etmişdir. (Hal-hazırda rəsmi olaraq 
Böyük  Britaniya  kraliçası  özünün  təyin  etdiyi  general-qubernator 
vasitəsilə ölkəyə başçılıq edir). – 53. 
 
70. Avstriya, A v s t r i y a   R e s p u b l i k a s ı  – Mərkəzi 
Avropada,  Dunay  hövzəsində  dövlət.  Sahəsi  83,8  min  km
2

əhalisi  8,1  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident, 
qanunverici  orqanı  ikipalatalı  parlamentdir.  Paytaxtı  Vyanadır. 
– 54. 
71.  «Yeni  qonşuluq  siyasəti»  (YQS)  –  Avropa  İttifaqının 
qonşu  ölkələrdə  əməkdaşlığın  möhkəmləndirilməsi  və  Avropa 
İttifaqı və qonşu ölkələr arasında  təhlükəsiz və firavan zonalar, 
Avropa  İttifaqı  sərhədlərində  «dairəvi  dost  ölkələr»  yaratmaq, 
həmçinin    Aİ  ilə  qonşu  ölkələr  arasında    siyasi,  təhlükəsiz, 
iqtisadi və mədəni sahələrdə daha sıx əməkdaşlıq etməyə şərait 
yaradır.  YQS-nin  əsas  məqsədi  Avropa  İttifaqının  qonşu 
ölkələrində  stabilliyin,  təhlükəsizliyin  qorunması,  maraqlı 
ölkələrdə rifah halının yaxşılaşdırılmasıdır. – 54,297. 
72. Belçika, B e l ç i k a   K r a l l ı ğ ı – Qərbi Avropada 
dövlət. Sahəsi 30,5 min km
2
, əhalisi 10,2 milyon nəfərdir. Bel-
çika  konstitusiyalı  monarxiyadır.  Dövlət  başçısı  kral,  qanun-
verici orqanı ikipalatalı parlamentdir. Paytaxtı Brüsseldir. – 55. 
73. Avropa Komissiyası,  A v r o p a  Ş u r a s ı   ö l k ə l ə -  
r i n i n   K o m i s s i y a s ı – AŞ Hökumətlərinin ali icraedici 
orqanı,  AŞ-nın  bütün  maraqlarına  cavab  verən  siyasi  müstəqil 
institut.  Onun  tərkibinə  üzv  olkələrin  hökumətlərinin  vahid 
razılığı  ilə  seçilən  20  komissar  daxildir.  Komissiyanın  tərkibini 
minimum üzv ölkələrin nümayəndələri təmsil edir. Komissiyanın 
üzvləri  öz  ölkələrini  yox,  bütün  AŞ-nı  təmsil    edirlər.  AŞ-nın 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə