İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə96/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   92   93   94   95   96   97   98   99   ...   106

 
 
346 
ansambllar,  binalar,  eləcə  də  orta  əsrlərə  aid  parklar  və 
heykəllər,  təmtəraqlı  meydanlar,  bulvar  və  prospektlər  var.  Bir 
sıra  beynəlxalq  təşkilatların  (YUNESKO  və  s.)  iqamətgahı 
Parisdədir. – 118–122,189. 
 
112. «Total» – məşhur fransız neft şirkəti. 1954-cü ildə təş-
kil  olunmuşdur.  Bir  çox  ölkələrdə  neftin  kəşfiyyatı,  emalı  və 
satışı ilə məşğul olur. – 119. 
113.  «Şahdəniz»  –  Azərbaycanın  Xəzər  dənizi  sektorunda  ən 
böyük və ən zəngin qaz yataqlarından biri. – 119,239,316. 
114.  Yelisey  sarayı  –  Parisdə  Fransa  prezidentlərinin  iqamət-
gahı. – 120. 
115.  Jak  Şirak  (d.1932)  –  Fransanın  görkəmli  siyasi  və 
dövlət  xadimi.  1974–76  və  1986–88-ci  illərdə  Fransanın  Baş 
naziri,  1977–95-ci  illərdə  Paris  şəhərinin  meri,    1995–2007-ci 
illərdə  Fransa  Respublikasının  prezidenti.  «Heydər  Əliyev» 
ordeni ilə təltif olunmuşdur. – 120,121. 
116.  Kondoliza  Rays  (d.1954)  –  Amerika  dövlət  və  siyasi 
xadimi.  2004–2008-ci  illərdə  Amerika  Birləşmiş  Ştatlarının 
Dövlət katibi olmuşdur. – 124. 
117.  Moşe  Katsav  (d.1945)  –  İsrail  dövlət  xadimi.  2000–
2007-ci illərdə İsrail prezidenti. – 124. 
118.  Quba  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 2575 km
2
, əhalisi 140,0 min 
nəfərdir. –  125,240.  
119.  Qara  Dəniz  Ölkələri  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  – 
1992-ci  ildə  İstanbul  zirvə  görüşündə  yaradılmışdır.  Buraya 
Albaniya,  Azərbaycan,  Bolqarıstan,  Ermənistan,  Gürcüstan, 
Moldova,  Rumıniya,  Rusiya,  Serbiya,  Xorvatiya,  Türkiyə,  Uk-
rayna və Yunanıstan daxildir. Bu təşkilat ancaq iqtisadi əməkdaşlıq 


 
 
347 
maraqları əsasında qurulmuş təşkilatdır. İqamətgahı İstanbuldadır. 
– 126. 
 
120. Tedo Caparidze (d.1946) – gürcü siyasətçisi və diplomat. 
2004–2005-ci illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 
Baş katibi olmuşdur. – 126. 
 
121.  Heydər  Əliyev  Fondu  –  qeyri-hökumət,  qeyri-kom-
mersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. 
Heydər  Əliyev  Fondunun  prezidenti  YUNESKO-nun  və 
İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azər-
baycanın birinci xanımı Mehriban Əliyevadır. 
Fondun  yaradılmasında  məqsəd  ümummilli  lider  Heydər 
Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi 
məfkurəsinin  həmişəyaşar  səciyyəsini  əks  etdirmək,  Heydər 
Əliyevin  yaratdığı  milli  dövlətçilik  ideyalarını  yeni  nəsillərə 
daima aşılamaq olmuşdur. 
Fondun prezidenti onun səlahiyyətli qanuni numayəndəsidir. 
Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun 
nəzdində Ekspert Şurası, fondun strukturunda bir sıra qurumlar 
fəaliyyət göstərir. – 127,145,156. 
 
122.  Leonid  Daniloviç  Kuçma  (d.1938)  –  Ukraynanın  si-
yasi  və  dövlət  xadimi.  1994–2005-ci  illərdə  Ukrayna  Respub-
likasının  prezidenti  olmuşdur.  Azərbaycan  Respublikasının 
«İstiqlal» ordeni ilə təltif olunmuşdur.  – 127. 
 
123.  YUNESKO  –  BMT-nin  maarif,  elm  və  mədəniyyət 
işlərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrın-
da  yaradılmış,  1946-cı  ildən  fəaliyyətə  başlamışdır.  Ali  orqanı 
iki  ildən  bir  çağırılan  konfransdır.  Katibliyi  Parisdədir. 
Azərbaycan  1992-ci  ildən  YUNESKO-nun  üzvüdür.  – 
127,156. 
 
124.  Mehriban  Əliyeva,  M  e  h  r  i  b  a  n    A  r  i  f    q  ı  z  ı 
(d.1964)  –  ictimai  və  siyasi  xadim,  fəlsəfə  doktoru,  prezident 


 
 
348 
İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-
ci  Moskva  Dövlət  Tibb  İnstitutunu  bitirmişdir.  1988–93-cü 
illərdə 
Krassnov 
adına  Moskva  Elmi-Tədqiqat  Göz 
Xəstəlikləri  İnstitutunda  işləmişdir.  1995-ci  ildə  Mehriban 
Əliyeva  «Azərbaycan  Mədəniyyətinin  Dostları»  xeyriyyə 
fondu yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond  milli 
mədəniyyətimizin  inkişafı,  təbliği,  tanınması  üçün  xeyli  işlər 
görmüş,  1996-cı  ildə  Azərbaycan  mədəniyyətini  xarici 
ölkələrdə geniş təbliğ etmək üçün üç dildə – Azərbaycan, rus 
və  ingilis  dillərində  çıxan  «Azərbaycan  –  İrs»  jurnalını  təsis 
etmişdir.  2004-cü  ildən  Mehriban  Əliyeva  Azərbaycan 
xalqının  ümummilli  liderinin  zəngin  irsinin  öyrənilməsi  və 
həmçinin  Heydər  Əliyevin  milli  dövlətçilik  ideyalarını  yeni 
nəsillərə  aşılamaq  məqsədilə  yaranmış  Heydər  Əliyev  Fon-
duna başçılıq  edir. 
Mehriban  Əliyevanın  təşəbbüsü  ilə  Heydər  Əliyev  Fondu 
respublikanın  bir  çox şəhər,  rayon  və  kəndlərində  yeni  məktəb 
binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə 
aksiyaları    şəkər,  talassemiya    və  anemiya  xəstəliklərindən  
əziyyət  çəkən  Azərbaycan  uşaqlarına    yardım  məqsədilə təşkil 
olunur.  
Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin qorunub 
saxlanılması  və  inkişaf  etdirilməsi  sahəsindəki  yorulmaz  işlərinə 
görə Mehriban Əliyeva YUNESKO və İSESKO-nun Xoşməramlı 
səfiri seçilmişdir. 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005-ci ildən 
Milli  Məclisin  deputatıdır.  Mehriban  Əliyeva  ölkəmizdə  təhsil 
sisteminin 
inkişafına, 
milli-mədəni 
irsimizin 
qorunub 
saxlanılmasına  və  dünyada  təbliginə,  xarici  ölkələrdə  xalqımızın 
müsbət  imicinin  möhkəmlənməsinə,  genişmiqyaslı  xeyriyyəçilik 
işlərinə  xüsusi  diqqət  yetirir.  –  127,145,209,211,212,219,250, 
251,271–272. 
125. Bruney, B r u n e y  D ə r ü s s a l a m – Cənub–Şərqi 
Asiyada  dövlət.  Sahəsi  5,8  min  km
2
,  əhalisi  300  min  nəfərdir. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə