İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə97/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

 
 
349 
Bruney  konstitusiyalı  monarxiyadır.  Dövlət  başçısı  sultandır. 
Paytaxtı Bəndər-Səri-Bəqavandır. – 129. 
126.  Hacı  Həssənal  Bolkiah  (d.1946)  –  Bruney  sultanı.  XIV 
əsrdən hakimiyyətdə olan sülalənin 29-cu nümayəndəsi. – 129. 
127. Estoniya, E s t o n i y a   R e s p u b l i k a s ı  – Şərqi 
Avropada  dövlət.  Sahəsi  45,2  min  km
2
,  əhalisi  1492  min  nə-
fərdir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  –  Seymdir. 
Paytaxtı Tallindir. – 130. 
128.  Arnold  Rüytel  (d.1928)  –  Estoniya  siyasi  və  dövlət 
xadimi. 2001–2006-cı illərdə Estoniya prezidenti. –130. 
129.    Benita  Marya  Ferrero  Valdner  (d.1948)  –  Avstriya 
hüquqşünası. Hüquq elmləri doktoru. 2000–2004-cü illərdə Avstri-
ya Xarici İşlər naziri olmuşdur. – 131. 
130.  Dmitri  Şostakoviç,  D  m  i  t  r  i      D  m  i  t  r  i  y  e  v  i  ç 
(1906–1975)  –  böyük  rus  bəstəkarı,  sənətşünaslıq  elmləri  dok-
toru  –  XX  əsr  dünya  müsiqi  sənətinin  klassiki.  Şostakoviçin 
yaradıcılığında  simfonik  musiqi  başlıca  yer  tutur.  Ən  kamil 
əsərlərindən sayılan 7,11,12,14,15-ci simfoniyalarında həyat və 
ölüm mövzusu böyük emosionallıqla ifadə olunmuşdur. Bir çox 
dünya  ölkələrinin  milli,  elm,  incəsənət  akademiyalarının  fəxri 
üzvü olmuşdur. – 145–146,204. 
131. Qara Qarayev, Q a r a   Ə b ü l f ə s  o ğ l u (1918–
1982) – dahi Azərbaycan bəstəkarı. Musiqisi ümumdünya şöh-
rəti  qazanmış,  baletləri  respublikamızın  və  bir  sıra  dünya 
teatrlarının  səhnəsində  tamaşaya  qoyulmuşdur.  Q.Qarayevin 
musiqi  dili  sahəsinə  gətirdiyi  yeniliklər  Azərbaycan  və  dünya 
musiqisinin  inkişafında  mühüm  rol  oynamışdır.  SSRİ  Xalq 
artisti,  Sosialist  Əməyi  Qəhrəmanı,  SSRİ  Dövlət  və  Lenin 
mükafatları laureatıdır. – 145. 


 
 
350 
132. Cövdət Hacıyev, Ə h m ə d  C ö v d ə t   İ s m a y ı l   o 
ğ l u (1917–2002) – Azərbaycan bəstəkarı, pedaqoq. 1957–69-
cu illərdə Azəraycan Musiqi Akademiyasının rektoru olmuşdur. 
Azərbaycan  Respublikasının  Xalq  artisti.  İki  dəfə  SSRİ  Dövlət 
mükafatı laureatı. Azərbaycan Respublikasının «Şöhrət» ordeni 
ilə təltif edilmişdir.  –145. 
133. Rostropoviç M s t i s l a v   L e o p o l d o v i ç (1927–
2007)  –  Bakıda  doğulmuş  görkəmli  musiqiçi,  violonçelist, 
dirijor. Lenin mükafatı laureatı, SSRİ Xalq artisti. Bakı Musiqi 
Akademiyasının  fəxri  professoru.  Azərbaycan  Respublikasının  
«İstiqlal»  və  «Heydər  Əliyev»    ordenləri  ilə  təltif  edilmişdir.  – 
145,201-204. 
134. Dağıstan, D a ğ ı s t a n   R e s p u b l i k a s ı – Rusiya 
Federasiyasında respublika. Sahəsi 50,3 min km
2
, əhalisi 2094,6 
min  nəfərdir.  Paytaxtı  Mahaçqala  şəhəridir.  Dağıstan  ərazisi 
bizim  eradan  əvvəl  1-ci  minilliyin  axırlarına  qədər  Qafqaz 
Albaniyası  tərkibində  olmuşdur.  1813-cü  ildə  Gülüstan 
müqaviləsinə əsasən çar Rusiyasına birləşdirilmişdir. – 147. 
135. Muxu Əliyev (d.1940) – Rusiya dövlət xadimi. 1995–
2006-cı  illərdə  Dağıstan  Respublikası  Milli  Məclisinin  sədri, 
2006–2010-cu illərdə isə prezidenti olmuşdur. –147. 
136. Elmar Məmmədyarov, E l m a r  M ə h ə r r ə m   o ğ- 
l  u  (d.1960)  –  tarix  elmləri  namizədi,  diplomat.  1995–98-ci 
illərdə Azərbaycan Xarici İşlər Nazirliyində beynəlxalq təşkilat-
lar idarəsinin başçısı, 1998–2003-cü illərdə ABŞ-da Azərbaycan 
səfirliyində müşavir, 2003–2004-cü illərdə İtaliyada Azərbaycan 
Respublikasının  səfiri,  2004-cü  ildən  isə  Azərbaycan  Res-
publikasının Xarici İşlər naziridir. – 148. 
137.  Xələf  Xələfov,  X  ə  l  ə  f      A  l  ı    o  ğ  l  u  (d.1959)  – 
diplomat, Fövqəladə və Səlahiyyətli səfir. Moskvada ikiillik Ali 


 
 
351 
Diplomatiya  Akademiyasını  bitirmişdir.  1997-ci  ildən  Azər-
baycan Respublikası Xarici İşlər nazirinin müavinidir. – 148. 
138. Zərifə xanım,  Z ə r i f ə   Ə z i z  q ı z ı (1923–1985) – 
görkəmli  Azərbaycan  oftalmoloqu.  Tibb  elmləri  doktoru, 
professor,  Azərbaycan  Milli  EA-nın  akademiki,  Rusiya  Tibb 
EA-nın  akademiki,  Azərbaycan  Respublikasının  əməkdar  elm 
xadimi.  Görkəmli siyasi  və  dövlət  xadimi  Əziz  Əliyevin  qızı, 
ulu  öndər  Heydər  Əliyevin  həyat  yoldaşı,  prezident  İlham 
Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya 
elminin  inkişafında  müstəsna  xidmətləri  var.  O,  vaxtilə 
Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində 
birincilər  sırasında  peşə,  xüsusilə  kimya  və  elektron 
sənayelərində  peşə  fəaliyyəti  ilə  bağlı  göz  xəstəliklərinin 
öyrənilməsi,  profilaktikası  və  müalicəsinə,  habelə  oftalmolo-
giyanın  müasir  problemlərinə  dair  bir  çox  sanballı  tədqi-
qatların müəllifidir. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrları 
hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Of-
talmoloqlar  Cəmiyyəti  Rəyasət  Heyətinin,  Sovet  Sülhü 
Müdafiə  Komitəsinin,  Azərbaycan  Oftalmologiya  Cəmiyyəti 
İdarə  Heyətinin,  «Vestnik  oftalmologii»  (Moskva)  jurnalı 
redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətləri-
nə  görə  SSRİ  Tibb  EA-nın  M.İ.Averbax  adına  mükafatına 
layiq görülmüşdür. – 148. 
139.  Sibir  –    Rusiya  Federasiyasının  Asiyadakı  ərazisinin 
çox hissəsi. Sahəsi təqribən 10 milyon km
2
,  əhalisi 23,8 milyon 
nəfərdir. Sibir Qərbi Sibir və  Şərqi Sibir hissələrinə bölünür. 
Ərazisinin  çox  hissəsində  iqlim  sərt,  kəskin  kontinentaldır. 
Orta temperatur yanvarda Qərbi Sibir düzənliyinin cənubunda – 
16-dan  20

C-yə,  Yakutiyada  –  40-dan  48

C-yə  (bəzən  71

C-
dək) enir. – 150. 
140Qubkin İvan Mixayloviç (1871–1939) – geoloq. 1929-
cu  ildən  SSRİ  EA-nın  akademiki,  1936-cı  ildən  SSRİ  EA-nın 
vitse-prezidenti, SSRİ EA Azərbaycan filialının sədri olmuşdur. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə