İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə95/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

 
 
343 
nəzarət  edir.  1953-cü  ildə  yaradılmışdır.  Mənzil-qərargahı 
Brüsseldədir (Belçika) – 98–102. 
94. Mişel Dane (d.1941) –  hüquqşünas. 1999–2008-ci illər-
də  Ümumdünya  Gömrük  Təşkilatının  Baş  katibi  olmuş-
dur.Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif 
olunmuşdur. – 100–102. 
95.  Kəmaləddin Heydərov,    K ə m a l ə d d i n    F ə t t a h   
o ğ l u (d.1961) – gömrük xidməti general-polkovniki. 1995–2006-
cı  illərdə  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 
sədri,  2006-cı  ildən  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  
naziridir.    Azərbaycan  Respublikasının  «Şöhrət»  ordeni  ilə  təltif 
edilmişdir. – 102. 
96. İsveçrə, İ s v e ç r ə   K o n f e d e r a s i y a s ı – Mərkəzi 
Avropada  dövlət.  Sahəsi  41,3  min  km
2
,    əhalisi  7,1  milyon 
nəfərdir.  İsveçrə  federativ,  23  kantona  bölünmüş  respublikadır. 
Dövlət  başçısı  prezidentdir,  prezidenti  parlament  Federal  Şura 
üzvlərindən 1 il müddətinə seçir, yenidən seçilmək hüququ yoxdur. 
Prezident  həmçinin  hökumət  başçısıdır.  Qanunverici  hakimiyyət 
iki  palatadan  ibarət    Federal  Məclisə  məxsusdur.  Paytaxtı  Bern 
şəhəridir. – 104,183. 
97.  ABB  –  dünyada  ən  böyük  texnoloji  şirkətlərdən  biri. 
ABB-nin  istehsal  etdiyi  avadanlıqları  və  qərargahları  dünyanın 
100-dən  artıq  ölkəsini  əhatə  edir.  ABB-nin  tarixi  1883-cü  ildən 
İsveç və 1891-ci ildən İsveçrə ABB-si başlanır. 1988-ci ildə hər 
iki  şirkət  birləşərək  ABB-ni  yaratdılar.  Mənzil  qərargahı 
Sürixdədir (İsveçrə). – 104,105. 
98.  «Azenko»  –  Azərbaycanda  tikinti  şirkəti.  2006-cı  ildən 
fəaliyyətə başlamışdır. «Azenko Holdinq»in tərkibinə beş tikinti 
şirkəti daxildir. Yarandığı vaxtdan «Azenko» hotel binalarının, 
hündür  mərtəbəli  evlərin,  biznes  mərkəzlərinin  tikinti  işləri  ilə 
məşğul olur. –  106. 


 
 
344 
99. Şəki – (1968-ci ilədək Nuxa rayonu) – Azərbaycan Respub-
likasında  inzibati  rayon.  1930-cu  ildə  təşkil  edilmişdir.  1963-cü 
ildə  ləğv  edilərək  ərazisi  Oğuz  rayonuna  verilmiş,  1965-ci  ildə 
yenidən  mustəqil  rayon  olmuşdur.  Sahəsi  2,43  min  km
2
,  əhalisi 
176 min nəfərdir. – 107,236. 
100.  Xaçmaz  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu  ildə  təşkil  edilmişdir.  1963-cü  ildə  ləğv  edilərək    ərazisi 
Quba və Qusar rayonlarına verilmiş, 1965-ci ildə yenidən müstəqil  
rayon  olmuşdur.  Sahəsi  1045  km
2
,  əhalisi  148,4  min  nəfərdir.  – 
107,236. 
101.  Lerik    (1938-ci  ilədək  Zuvand  rayonu)  –  Azərbaycan 
Respublikasında  inzibati  rayon.  1930-cu  ildə  təşkil  edilmişdir. 
Cənub  və  cənub–qərbdə  İranla  həmsərhəddir.  Sahəsi  1084  km
2

əhalisi 66,2 min nəfərdir. – 108. 
102.  Misir  Ərəb  Respublikası  –  Afrikanın  şimal–şərqində 
və  Asiyanın  Sinay  yarımadasında  dövlət.  Sahəsi  1001,4  min 
km
2
,  əhalisi  61  milyon  nəfərdir.  Dövlət  başçısı  prezident,  qa-
nunverici  orqanı  birpalatalı  Xalq  Məclisidir.  Paytaxtı  Qahirə 
şəhəridir. – 114. 
103. Hüsnü Mübarək,  S e y i d   M ə h ə m m ə d  (d.1928) – 
1975–81-ci  illərdə  Misir  Ərəb  Respublikasının  vitse-prezidenti, 
1981–2011-ci illərdə prezidenti olmuşdur. – 114.  
104. İran, İ r a n   İ s l a m   R e s p u b l i k a s ı – Cənub–
Qərbi  Asiyada  dövlət.  Sahəsi  1,65  milyon  km
2
,  əhalisi  62,2 
milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 
ostana  bölünür.    Ali  qanunverici  hakimiyyət  orqanı  4  il  müd-
dətinə  seçilən  Xalq  Şurası  Məclisidir.  Hökuməti  Baş  nazir 
təşkil, prezident isə təsdiq edir. – 115,116,171,292. 
105.  Mahmud  Əhmədinejad  (d.1956)–2005–2013-cü 
illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. – 115. 


 
 
345 
106. İran İslam İnqilabı  – İranın daxilində Milli Cəbhənin, 
xaricdən  isə  ruhanilərin  Fransada  mühacirətdə  olan  başçısı 
Ayətüllah  Ruhulla  Xomeyninin  rəhbərlik  etdiyi  ümumxalq 
hərəkatı.  Bu  hərəkat  getdikcə  gücləndi  və  1979-cu  ildə  şah 
(Məhəmməd Rza Pəhləvi) ölkəni tərk etdi. Mühacirətdən vətənə 
qayıtmış imam Xomeyni İran İslam Respublikasını elan etdi. – 
115,116. 
107. Xamenei,  H ü s e y n    X a m e n e i    S e y i d   Ə l i  
(d.1939) – İranın dini və dövlət xadimi. 1981–89-cu illərdə İranın 
prezidenti,  1989-cu  ildən  isə  İran  İslam  Respublikasının  dini 
rəhbəridir. – 116. 
108. Qambiya, Q a m b i y a   R e s p u b l i k a s ı  – Qərbi 
Afrikada  dövlət.  Sahəsi  11,3  min  km
2
,  əhalisi  1148  min 
nəfərdir. Millətlər Birliyinə daxildir. Dövlət və hökumət başçısı 
prezidentdir.  Qanunverici  orqanı  Nümayəndələr  Palatasıdır. 
Paytaxtı Banculdur. – 117.  
109.  Yəhya  Cammeh  (d.1965)  –  Qambiya  siyasi  və  dövlət 
xadimi. 1994-cü ildən Qambiya Respublikasının prezidentidir. – 
117. 
110.  Fransa,  F  r  a  n  s  a      R  e  s  p  u  b  l  i  k  a  s  ı  –  Qərbi 
Avropada  dövlət.  Sahəsi  551  min  km
2
,  əhalisi  58,4  milyon 
nəfərdir.  İnzibati  cəhətdən  95  departamentə  bölünür.  Qanun-
verici    orqanı  iki  palatadan  (Milli  Məclis  və  Senat)  ibarət 
parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər 
Şurasına  məxsusdur.  Paytaxtı  Paris  şəhəridir.  –  118–
122,192,252,257,259,267. 
111.  Paris  –  Fransanın  paytaxtı.  Ölkənin  iqtisadi,  siyasi  və 
mədəniyyət mərkəzi, dünyanın ən böyük və gözəl şəhərlərindən 
biri.  
Paris  dünyanın  ən  orijinal  və  təkrarsız  şəhərlərindəndir. 
Burada  Renessans  və  klassisizm  üslublarında  çoxlu  dəbdəbəli 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə