İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə91/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   87   88   89   90   91   92   93   94   ...   106

 
 
331 
Palatası  və  Senat)  ABŞ  Konqresidir.  Dövlət  başçısı  prezidentdir. 
Paytaxtı Vaşinqton şəhəridir. – 22,123–125,259, 289,290,291,311. 
23. Çarlz Uold (d.1948) – ABŞ generalı. 1995–2006-cı illərdə 
Amerikanın  Avropa  komandanlığının  komandan  müavini  ol-
muşdur. – 22. 
24. Portuqaliya, P o r t u q a l i y a   R e s p u b l i k a s ı – 
Cənub–Qərbi  Avropanın  Pireney  yarımadasında  dövlət.  Sahəsi 
92  min  km
2
,  əhalisi  9,9  milyon  nəfərdir.  İnzibati  ərazisi  19 
mahala və iki muxtar vilayətə bölünür. Dövlət başçısı prezident, 
ali  qanunverici  orqanı  birpalatalı  Respublika  Məclisidir. 
Paytaxtı Lissabondur. – 23. 
25.  Anibal  Kavaku  Silva  (d.1939)  –  Portuqadiya  siyasi 
xadimi.  2006-cı  ildən  Portuqaliya  prezidentidir.  1985–95-ci 
illərdə Portuqaliyanın Baş naziri olmuşdur. – 23. 
26.  Macarıstan,  M a c a r ı s t a n   R e s p u b l i k a s ı –  
Mərkəzi  Avropada  dövlət.  Sahəsi  93  min  km
2
,  əhalisi  10,2  milyon 
nəfərdir.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı  birpalatalı  
Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. – 24,102. 
27.  Əlixan  Məlikov  (d.1951)  –  mühəndis.  2000–2009-cu 
illərdə  «Azəriqaz»  Qapalı  Səhmdar  Cəmiyyətinin  sədri  və-
zifəsində çalışmışdır. – 25-38. 
28. Artur Rasizadə, A r t u r   T a h i r   o ğ l u (d.1935) – Azər-
baycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureatı. 1986–92-ci 
illərdə  Azərbaycan  Respublikası  Baş  nazirinin  birinci  müavini 
vəzifəsində  işləyib.  1996-cı  ildən  Azərbaycan  Respublikasının  Baş 
naziridir.  Azərbaycan  Respublikasının  «İstiqlal»  ordeni  ilə  təltif 
olunmuşdur. – 25–38,148. 
29. Natiq Əliyev,  N a t i q   A g a ə l i   o ğ l u  (d.1947) – 
1993–2006-cı  illərdə  Azərbaycan  Respublikası  Dövlət  Neft 
Şirkətinin prezidenti olmuşdur. Hazırda Azərbaycan Respublikası 


 
 
332 
Energetika  naziridir.  Birinci  çağırış  Azərbaycan  Respublikası 
Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan Respublikasının 
«Şöhrət»  ordeni ilə təltif edilmişdir. – 25–38. 
30. Hacıbala Abutalıbov,   H a c ı b a l a  İ b r a h i m   o ğ- 
l  u (d.1944) –  Bakı  Şəhər İcra  Hakimiyyətinin  başçısı.  Fizika–
riyaziyyat elmləri doktorudur. – 25–38,58–73,148. 
31.  Zeynal  Nağdəliyev,  Z  e  y  n  a  l      S  ə  f  ə  r      o  ğ  l  u 
(d.1957)  –  tarix  elmləri  doktoru.  2005-ci  ildən  Prezident 
Administrasiyasının  Regional  idarəetmə  və  yerli  özünüidarə-
etmə orqanları ilə iş şöbəsinin müdiri. – 25–38,238,239. 
32. Yaşar Həsənov, Y a ş a r   M ə m m ə d ə l i   o g l u 
(d.1953)  –  mühəndis-mexanik.  2005-ci  ildən  «Azəristiliktəc-
hizat»  Açıq  Səhmdar  Cəmiyyətinin  sədri  vəzifəsində  çalışır. 
Yaşar  Həsənov  Azərbaycan  Respublikasının  «Əməkdar  mü-
həndis» fəxri adına layiq görülmüşdür. – 25 38. 
 
33. Rövnəq Abdullayev, R ö v n ə q   İ b r a h i m   o ğ l u 
(d.1965) – mühəndis. 2003-cü ildən Heydər Əliyev adına Bakı 
Neft  Emalı  Zavodunun  direktoru,  2005-ci  ildən  Azərbaycan 
Dövlət  Neft  Şirkətinin  prezidenti  və  «Neftçi»  futbol  klubunun 
prezidentidir. 
Rövnəq  Abdullayev  Azərbaycan  Respublikası  Milli  Məcli-
sinin deputatıdır. – 25–38,40–45. 
 
34. Mixeil  Nikolozoviç Saakaşvili (d.1967) – hüquqşünas. 
2003–2013-cü  illər  Gürcüstan  Respublikasının  prezidenti. 
2000–2001-ci  illərdə  Gürcüstanda  Ədliyyə  naziri  olmuşdur. 
Vahid  Milli  Hərəkat  Partiyasının  sədri,  «məxməri  inqilab»ın 
liderlərindən biridir. – 27,103,173. 
 
35. «Azəriqaz» İstehsalat Birliyi – ARDNŞ-in hasil etdiyi 
təbii  qazın  Rusiya,  İran  və  Gürcüstana  ixrac  edilən  nəqli  ilə 
məşğuldur.  «Azəriqaz»  İstehsalat  Birliyinin  əsas  vəzifəsi  


 
 
333 
respublikanın istehlakçılarını fasiləsiz, keyfiyyətli və təhlükəsiz 
təbii  qazla  təmin  etmək,  abonentlərə  yüksək  səviyyəli  xidmət 
göstərmək,  qaz  şəbəkəsini  beynəlxalq  standartlara  uyğun 
yenidən qurmaqdan ibarətdir. – 28,30. 
 
36. Xızı – Azərbaycan Respublikasında inzibati rayon. 1990-
cı ildə yaradılmışdır. Ərazisi 1850 km
2
, əhalisi 14,3 min   nəfərdir. 
– 29. 
37.  Şamaxı    –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 3848 km
2
, əhalisi 91,4 min  
nəfərdir. – 29 
38. Ağsu  – Azərbaycan Respublikasında inzidati rayon. 1943-
cü ildə təşkil edilmişdir. 1963-cü ildə ərazisi ləğv edilib Kürdəmir 
rayonuna  birləşdirilmişdi.  1965-ci  ildə  ayrılaraq  yenidən  müstəqil 
rayon  olmuşdur.  Ərazisi  1020,1  km
2
,  əhlaisi  69,4  min  nəfərdir.  – 
29. 
39.  Bərdə  –  Azərbaycan  Respublikasında  rayon.1930-cu 
ildə təşkil edilmişdir. Sahəsi 957 km
2
, əhalisi 132,9 min nəfər-
dir. – 29,208,227–241. 
40.  Masallı    –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə  təşkil edilmişdir. Sahəsi 292 km
2
, əhalisi  178,8 min 
nəfərdir. – 29. 
41.  Astara    –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu  ildə  təşkil  edilmişdir.  1963-cü  ildə  ləğv  edilib  Lənkəran 
rayonuna verilmiş, 1965-ci ildə  yenidən  müstəqil rayon olmuşdur. 
Cənubda  və  qərbdə  İranla  həmsərhəddir.  Sahəsi  616  km
2
,  əhalisi 
101,188 min nəfərdir. – 29,33,104–113. 
42.  Beyləqan  (1989-cu  ilə  qədər    Jdanov)  –  Azərbaycan 
Respublikasında  inzibati  rayon.  1939-cu  ildə  təşkil  edilmişdir. 
Ərazisi 1131,1 km
2
, əhalisi 81,7 min nəfərdir. – 29. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə