İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə89/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   85   86   87   88   89   90   91   92   ...   106

 
 
325 
Qarabağı işğal etdilər. BMT-nin 822, 853, 874, 884 saylı qətnamə-
lərinə görə, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyd-şərtsiz 
tərk  etməlidirlər.  Ancaq  Azərbaycan  torpaqları  hələ  də  erməni 
tapdağı 
altındadır. 
– 
 
5,11,49,55,79,80,87,88, 
89,96,121,122,160,163,165,168,170,173,189,189,190,191,192, 
210,215,216,217,222,223,230,231,257,258,259,266,267,286, 
305,308,309,314. 
 
6. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 
8-də  Belorusiya,  Rusiya  və  Ukrayna  dövlət  başçılarının 
imzaladıqları  saziş  əsasında  SSRİ  dağıldıqdan  sonra  yeni 
dövlətlərarası  birlik  kimi  yaradılmışdır.  Azərbaycan  1993-cü 
ilin  sentyabrında  MDB-yə  daxil  olmuşdur.  Tərkibinə  keçmiş 
SSRİ-nin  12  müttəfiq  respublikası  –  Azərbaycan,  Belarus, 
Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Öz-
bəkistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna daxildir. 
MDB-nin  1993-cü  ildə  qəbul  edilmiş  nizamnaməsində  aşağı-
dakı  birgə  fəaliyyət  sahələri  nəzərdə  tutulur:  insan  hüquq  və 
azadlıqlarının  təmin  edilməsi;  xarici  siyasi  fəaliyyətin  əlaqə-
ləndirilməsi;  ümumi  iqtisadi  məkanın  formalaşdırılmasında, 
nəqliyyat  sisteminin  və  rabitənin  inkişafında  əməkdaşlıq; 
əhalinin  sağlamlığının  və  ətraf  mühitin  mühafizəsi;  sosial  və 
mühacirət  məsələləri,  mütəşəkkil  cinayətkarlıqla  mübarizə; 
müdafiə siyasətində və  sərhədlərin qorunmasında əməkdaşlıq. 
MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; 
Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlət-
lərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan 
Parlamentlərarası  Assambleya  və  s.  MDB-nin  daimi  fəaliyyət 
göstərən  orqanı  Minsk  şəhərində  yerləşən  Əlaqələndirmə  Məs-
ləhət Komitəsidir. – 6,79,85,151. 
 
7. Heydər Əliyev,  H e y d ə r   Ə l i r z a  o ğ l u (1923–2003) –  
Müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu,  xalqımızın 
ümummilli lideri,  görkəmli  dövlət xadimi, Azərbaycan Respubli-
kasının prezidenti (1993–2003), iki dəfə Sosialist Əməyi Qəhrəma-
nı. 


 
 
326 
1964-cü ildə Azərbaycan  SSR Nazirlər Soveti  yanında  Dövlət 
Təhlükəsizlik  Komitəsi  sədrinin  müavini,  1967-ci  ildə  isə  sədri 
vəzifəsinə irəli çəkilmişdir. 
Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  iyul 
(1969)  plenumunda  Heydər  Əliyev  MK-nın  büro  üzvü,  Azər-
baycan KP MK-nın Birinci katibi seçilmişdir.  
H.Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  ilk    illərdən  əhatəli 
iqtisadi  konsepsiya  hazırlanmış,  yeni  istehsal  sahələri  yaradılmış, 
Azərbaycanın  iqtisadi  potensialı  güclənmişdir.  H.Əliyevin 
respublikaya  bilavasitə  rəhbərlik  etdiyi  dövrdə  (1969–82-ci  illər) 
idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək 
və  ictimai-siyasi  fəallığın  artırılması,  kənd  təsərrüfatının 
inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məf-
kurəsinin,  milli  ruhun,  milli  özünüdərkin  yüksəlişi,  müstəqil 
dövlətçilik  ideyalarının  güclənməsi  və  reallaşması  üçün  dəyərli 
işlər görülmüşdür. 
H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mər-
kəzi Komitəsinin  üzvü, 1976-cı ilin martında Sov.İKP MK Siyasi 
Bürosu  üzvlüyünə  namizəd,  1982-ci  ilin  noyabrında  isə  Siyasi 
Büro üzvü seçilmiş və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin 
Birinci  müavini təyin edilmişdir. 
H.Əliyev  Moskvada  işlədiyi  dövrdə  də  həmişə  Azərbaycanı 
düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada 
tanıdılması üçün əlindən gələni etmişdir. 
H.Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Ba-
kıda  törətdiyi  qanlı  faciəni  qətiyyətlə  pisləmiş  və  Azərbay-
canın  Moskvadakı  nümayəndəliyində  kəskin  bəyanatla  çıxış 
etmişdir. 
H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış,  əvvəlcə 
Bakıda,  sonra  isə  Naxçıvanda  yaşamışdır.  O,  1991–93-cü  illərdə 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri,  Azərbaycan 
Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessi-
yalarında  fəal  iştirak  etmiş,  Azərbaycanda  mövcud  ictimai-siyasi  
vəziyyəti  həmişə  obyektiv  təhlil  etmiş,  mühüm  prinsipial  fikirlər 
söyləmiş,  Dağlıq  Qarabağ  münaqişəsinin  səbəblərini  aşkara 


 
 
327 
çıxarmış  və  təqsirkarların  dəqiq  ünvanını  göstərmişdir.  1993-cü 
ilin  may–iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  başıpo-
zuqluğun  kulminasiya  nöqtəsinə  çatması  ilə  ölkədə  vətəndaş 
müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi  yarandıqda  Azər-
baycan  xalqı  H.Əliyevin  hakimiyyətə  gətirilməsi  tələbi  ilə  ayağa 
qalxdı  və  Azərbaycanın  o  zamankı    dövlət  rəhbərliyi  onu  rəsmən 
Bakıya  dəvət  etməyə  məcbur  oldu.  H.Əliyev  iyunun  15-də 
Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də Milli Məclisin 
qərarı  ilə  Azərbaycan  Respublikası  prezidentinin  səlahiyyətlərini 
həyata keçirməyə başladı.  
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində 
H.Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. H.Əli-
yevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, 
sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəl-
xalq  norma  və  prinsiplərə  uyğun  müstəqil  dövlət  quruculuğu 
prosesi  başlandı.  Dövlətimizin  xarici  siyasəti,  eləcə  də  dünyanın 
aparıcı  dövlətləri  və  beynəlxalq  təşkilatları  ilə  əlaqələri  milli 
maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Dağlıq Qarabağ 
münaqişəsinin  həllində  ilk  mərhələ  kimi,  cəbhə  xəttində  atəşkəs 
elan edilməsinə nail olundu. H. Əliyevin fəal diplomatiyası nəticə-
sində  ATƏT-in  Lissabon  sammitində  (1996)  bu  beynəlxalq 
təşkilatın  54  üzvündən  53-ü  (Ermənistandan  başqa)  Dağlıq  Qara-
bağ  probleminin  həllində  Azərbaycanın  mənafeyinə  uyğun  
prinsipləri açıq şəkildə müdafiə etdi. 
1994-cü  ilin  sentyabrında  Bakıda  dünyanın  aparıcı  neft    şir-
kətləri  ilə  «Əsrin  müqaviləsi»  adı  almış  mühüm    müqavilələr  
bağlandı. 
 1999-cu  ilin  aprelində  GUÖAM  birliyinin  geniş  bir  məkanda 
yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur. 
H.Əliyevin  «İnsan  hüquq  və  azadlıqlarının  təmin  edilməsi 
haqqında»  fərmanları  Azərbaycanın  dünyaya  və  Avropaya 
inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. 
Məhz  bunun  nəticəsində  Azərbaycan  1996-cı  ilin  iyunundan 
Avropa  Şurasına    «Xüsusi  qonaq»  statusu  almış,  2001-ci  il  yan-
varın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə