İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə92/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   88   89   90   91   92   93   94   95   ...   106

 
 
334 
43.  «Azərenerji»  –  Dövlət  şirkəti.  Elektrik  sistemləri  ava-
danlıqlarının  texniki  istismarı,  elektrik  enerjisi  ötürülməsi,  bö-
lüşdürülməsi,  generasiya  güclərinin  və  şəbəkələrinin  plan-
laşdırılması və inkişaf məsələlərini həll edir. – 30,32,33. 
44.  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) – 
respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal 
edilməsinə  rəhbərlik  edən  qurum.  1991-ci  ildə  təşkil 
edilmişdir.  Şirkət  neft  və qaz  quyularının qazılması  və  istifa-
dəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra 
ölkələrinin  iri  neft  şirkətləri  ilə  sazişlər,  müqavilələr  bağ-
lamışdır. – 30,37,234. 
45. Sumqayıt – Azərbaycanda şəhər. Bakıdan 35 km şimal–
qərbdə, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 83 km
2

əhalisi  231,1  min  nəfərdir.  Əvvəllər  kiçik  yaşayış  məntəqəsi 
olan Sumqayıt 1938-ci ildə Bakı neft sənayesini elektrik enerjisi 
ilə təmin edəcək İstilik Elektrik Stansiyasının tikintisi ilə şəhər 
tipli  qəsəbəyə  çevrildi  və  get-gedə  Bakıdan  sonra    ölkəmizin 
ikinci  sənaye  şəhərinə  çevrildi.  Sənayesində    kimya  və 
metallurgiya sahələri əsas yet tutur. – 33,35, 92,108 
46. Almaniya,  A l m a n i y a  F e d e r a t i v  R e s p u b -l 
i  k  a  s  ı  –  Mərkəzi  Avropada  dövlət.  Sahəsi  357  min  km
2

əhalisi  81,9  milyon  nəfərdir.  AFR  tərkibində  16  ərazisi  olan 
federasiyadır.  Dövlət  başçısı  prezident,  hökumət  başçısı  isə 
federal  kanslerdir.  Ali  qanunverici  hakimiyyət  orqanı    parla-
mentdən – Bundestaq və Bundersatdan ibarətdir. Paytaxtı Berlin 
şəhəridir.  – 33,64,95. 
47. Gəncə – Azərbaycan Respublikasında şəhər. Sahəsi 107 
km
2
,  əhalisinin  sayına  görə  Bakıdan  sonra  ikinci  şəhərdir. 
Gəncə  Azərbaycanın  qədim  şəhərlərindəndir,  salındığı  tarix 
dəqiq  məlum  deyil.  Bəzi  müəlliflər  Gəncənin  Makedoniyalı 
İsgəndərin dövründə (e.ə.336–323) salındığını qeyd etmişlər. – 
30,36,240. 


 
 
335 
  
48.  «Siemens»  –  alman  şirkəti.  1847-ci  ildə  yaradılmışdır. 
Bakıda  numayəndəliyi  1998-ci  ildə  açılıb.  Şirkət  elektrik 
məhsulları  və  elektroavadanlıqların  hazırlanması  və  tətbiqi 
sahəsində  dünya  liderlərindən  biridir.  İllik  dövriyyəsi  –  118 
milyard  dollardır.  Bütün  dünyada  işçilərinin  sayı  140  min 
nəfərdir. – 33,113. 
49. Gürcüstan,  G  ü  r  c  ü s  t  a  n      R e  s  p  u  b  l i  k  a  s  ı  – 
Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 
min km
2
, əhalisi 5493 min nəfərdir. Dövlətin başçısı prezident, 
qanunverici  orqanı  parlamentdir.  Paytaxtı  Tbilisi  şəhəridir.  – 
30,36,103,172,173,187,192,193,265,288. 
50.  Naxçıvan – Azərbaycan Respublikasında şəhər. Naxçıvan 
Muxtar Respublikasının paytaxtı. Ərazisi  0,013 min  km
2
, əhalisi 
67  min  nəfərdən  çoxdur.  Naxçıvan  Azərbaycanın  ən  qədim 
şəhərlərindəndir.  Müasir Naxçıvan qədim, antik  və orta əsr şəhər 
yerinin xarabalıqları üzərində yerləşmişdir. 
Naxçıvan    e.ə.  IX–VI  əsrlərdə  qədim  Manna  və  Midiyanın, 
eramızın əvvəllərində  Albaniyanın,  IV əsrdən   Sasanilərin tərki-
bində  olmuşdur.  654-cü  ildə  isə  Naxçıvanı  ərəblər  işğal  edirlər. 
Naxçıvan  Azərbaycan  Atabəylər  dövlətinin  (1136–1225) 
paytaxtlarından  biri    olmuşdur.  1828-ci  il  Türkmənçay  müqavi-
ləsinə qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairəsində olub. 
Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və qəza 
mərkəzinə  çevrildi.  Naxçıvan  şəhəri  1924-cü  il  fevralın  9-da 
Naxçıvan  MSSR  təşkil  ediləndən  muxtar  respublikanın  paytaxtı 
oldu. – 35,36,107,236,314. 
 
51. Rusiya, R u s i y a   F e d e r a s i y a s ı – Avropanın şər-
qində, Asiyanın şimalında dövlət. Ərazisi 17075,4 min km
2
, əhalisi 
146,3  milyon  nəfərdir.  Rusiya  Federasiyasına  21  respublika,  6 
diyar,  49  vilayət, federal əhəmiyyətli Moskva  və Sankt-Peterburq 
şəhərləri, 10 muxtar vilayət və mahal daxildir. 


 
 
336 
Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı Dövlət 
Duması  və  Federasiya  Şurasıdır.  Paytaxtı  Moskva  şəhəridir.  – 
35,46–47,102,148–179,182,184,192,239,257,259,265,288, 
289,290,291. 
 
52.  Azərbaycan  Beynəlxalq  Əməliyyat  Şirkəti  (ABƏŞ)  –
1994-cü ilin axırlarında yaradılmışdır. «Xəzərin Azərbaycan sekto-
runda  neft  yataqlarının  müştərək  işlənilməsi  və  istifadəyə 
verilməsi» haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 
ilə  dünyanın  bir  neçə  böyük  neft  şirkətləri  arasında  imzalanmış 
müqavilənin  payçıları  adından  onun  şərtlərini  həyata  keçirmək 
məqsədilə  yaradılmış  əməliyyat  şirkətidir.  Buraya  7  ölkəni 
(B.Britaniya,  Yaponiya,  Norveç,  Rusiya,  Türkiyə  və  Səudiyyə 
Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir. – 36,37. 
 
53.  Qardabani  (1947-ci  ilədək  Qarayazı)  –  Gürcüstan  Res-
publikasında inzibati rayon. –36. 
54. Serbiya və Çernoqoriya İttifaqı – 2003–2006-cı illərdə 
keçmiş  Yuqoslaviya  Sosialist  Federativ  Respublikasının  altı 
respublikasından  ikisində  yaranmış  dövlət.  2006-cı  il  may 
referendumundan  sonra  Çernoqoriya  Serbiyadan  ayrılaraq 
müstəqil dövlət  elan edildi. Serbiya isə 2006-cı ilin iyunundan 
müstəqil dövlət elan edildi və İttifaq öz varlığını itirdi. – 39. 
 
55. Svetozor Maroviç (d.1955) – 2003–2006-cı illərdə Ser-
biya  və  Çernoqoriya  İttifaqının  prezidenti  olmuşdur.  Kons-
titusiyaya  uyğun  olaraq  həm  də  hökumət  başçısı  olmuş,  ancaq 
faktiki olaraq hökuməti idarə etməmişdir. –39. 
 
56.  «Neftçi»  –  Azərbaycanda  futbol  klubu.  SSRİ  dövründə 
«Neftyanik»  adlanırdı.  «Neftçi»  rəsmi  oyununu  1937-ci  ildə 
keçirmişdir.  Azərbaycan  futbolunun  flaqmanı  olan  «Neftçi» 
1966-cı  ildə  SSRİ  birinciliyinin  bürünc  medalını  qazanmışdır, 
2006-cı  ildə  Müstəqil  Dövlətlər  Birliyi  Kubokunu  almışdır.    – 
40–45. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə