İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə100/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   96   97   98   99   100   101   102   103   ...   106

 
 
358 
177. Zaqatala – Azərbaycan Respublikasında inzibati rayon. 
1930-cu ildə təşkil edilmişdir. Şimal–şərqdə Dağıstanla, cənub–
qərbdə  Gürcüstanla  həmsərhəddir.  Sahəsi  1348  km
2
,  əhalisi 
109,3 min nəfərdir. – 240. 
178.  İrlandiya, İ r l a n  d i y a    R e s p u b l i k  a s ı – 
Qərbi  Avropada  dövlət.  Sahəsi  70,3  min  km
2
,  əhalisi  3,6 
milyon  nəfərdir.  İnzibati  ərazisi  26  qraflığa  və  5  şəhər  qraf-
lığına  bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı 
ikipalatalı parlamentdir. Paytaxtı Dublindir. – 242. 
179. Meri Makalis (d.1951) – İrlandiya siyasi xadimi. 1997-
ci 
ildən 
İrlandiya  prezidenti.  2004-cü  ildə  yenidən 
opponentlərsiz prezident seçilmişdir. Meri Makalis İrlandiyanın 
birləşdirilməsinin ən böyük tərəfdarıdır. – 242. 
180. Namibiya, N a m i b i y a   R e s p u b l i k a s ı – Cə-
nub–Qərbi  Afrikada  dövlət.  Sahəsi  824,3  min  km
2
,  əhalisi  1,7 
milyon  nəfərdir.  İnzibati  ərazisi  13  regiona  bölünür.  Dövlət 
başçısı prezidentdir. Paytaxtı Vindhuk şəhəridir. – 243. 
181.  Hifikepun  Pohamba  (d.1935)  –  Namibiya  siyasi 
xadimi. 2005-ci ildən Namibiyanın prezidentidir. – 243. 
182. Tunis, T u n i s   R e s p u b l i k a s ı – Şimali  Afri-
kada  dövlət.  Sahəsi  164,2  min  km
2
,  əhalisi  9  milyon  nəfərdir. 
Dövlət başçısı prezident, qanunverici hakimiyyət Nümayəndələr 
palatasına  (parlament)  məxsusdur.  Paytaxtı  Tunis  şəhəridir.  – 
244. 
183. Zeynalabidin bin Əli (d.1936) – Tunis hərbi və dövlət 
xadimi,  general.  1987–2011-ci  illərdə  Tunis  prezidenti.  Pre-
zident seçilərkən Zeynalabidin bin Əli öz siyasi proqramını, Tu-
nisdə  çiçəklənən,  azad,  sülhsevər  cəmiyyət  quracağını    vəd 
etmişdi. – 244. 


 
 
359 
184. Pakistan, P a k i s t a n   İ s l a m   R e s p u b l i k a- s ı 
–  Cənubi  Asiyada  dövlət.  Sahəsi  796  min  km
2
,  əhalisi  133,5 
milyon nəfərdir. Paytaxtı İslamabad şəhəridir. İnzibati cəhətdən 
4  əyalətə  və  federal  paytaxt  ərazisinə  bölünür.  Dövlət  başçısı 
prezident, qanunverici orqanı ikipalatalı parlamentdir. – 245. 
185.  Pərviz  Müşərrəf  (d.1943)  –  2001–2007-ci  illərdə  Pa-
kistan  Respublikasının  prezidenti,  ordu  generalı.  1988–90  və 
1993–96-cı illərdə Pakistanın Baş naziri, 1998-ci ildə Baş  Qə-
rargah rəisi olmuşdur. – 245. 
186. Banqladeş,  B a n q l a d e ş   X a l q   R e s p u b l i- k 
a  s  ı  –  Cənubi  Asiyada  dövlət.  Sahəsi  144  min  km
2
,  əhalisi  123 
milyon  nəfərdir.    Millətlər  Birliyinə  daxildir.  İnzibati  ərazisi  4 
vilayətə  bölünür.  Dövlət  başçısı  prezident,  qanunverici  orqanı 
birpalatalı parlamentdir. Paytaxtı Dəkkədir. – 246. 
187. İacuddin Əhməd (d.1931) – Banqladeş siyasi və döv-
lət xadimi. 2002–2009-cu illərdə Banqladeş prezidenti. –246. 
188. Yunanıstan, Y u n a n ı s t a n   R e s p u b l i k a s ı – 
Cənubi  Avropada  dövlət.  Sahəsi  132  min  km
2
,  əhalisi  10,5 
milyon  nəfərdir.  İnzibati  ərazisi  13  vilayətə  bölünür.  Dövlət 
başçısı  prezident,  Ali  qanunverici  orqanı  birpalatalı  parla-
mentdir. Paytaxtı Afinadır. – 248. 
189. Karolos Papulias (d.1929) – yunan  siyasətçisi, 2005-
ci ildən Yunanıstanın prezidentidir. – 248. 
190.  8  Mart  Beynəlxalq  qadınlar  günü  –  iqtisadi,  ictimai 
və siyasi bərabərlik  uğrunda mübarizədə qadınların beynəlxalq 
həmrəylik günü. Beynəlxalq qadınlar gününün bayram edilməsi 
Klara  Setkinin  təklifi  ilə  1910-cu  ildə  sosialist  qadınların  2-ci 
Beynəlxalq  konfransında  (Kopenhagen)  qərara  alınmışdı.  İlk 
dəfə    bayram  1911-ci  ildə  bir  sıra  Avropa  ölkələrində 
keçirilmişdir,    Azərbaycanda  isə  1917-ci  ildən  qeyd  edilməyə 
başlanmışdır. – 249. 


 
 
360 
191.  Yaponiya  –  Sakit  okeanın  Şərqi  Asiya  sahilləri  yaxın-
lığındakı adalarda dövlət. Sahəsi 372 min km
2
,  əhalisi 126 milyon 
nəfərdir.  İnzibati  cəhətdən  47  prefekturaya  bölünür.  Yaponiya 
konstitusiyalı monarxiyadır. Paytaxtı Tokio şəhəridir. – 250–308. 
192.    Tokio  –  Yaponiyanın  paytaxtı,  ölkənin  əsas  sənaye-
maliyyə  mərkəzidir.  Tokio  IV  əsrin  ortalarında    salınmış    (ilk 
adı Edo), sonralar Tokuqava hakimlərinin iqamətgahına çevril-
mişdir.  1869-cu  ildə  imperator  iqamətgahı  Kiotadan  Edoya 
köçürüldü,  şəhər  Tokio  adlandırıldı  və  Yaponiyanın  paytaxtı 
oldu. – 250–308. 
193. Xankəndi – Azərbaycan Respublikasında şəhər. Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  mərkəzi.  1990-cı  ildən  erməni 
separatçıları tərəfindən işğal edilmişdir. – 258. 
194. Moldova, M o l d o v a   R e s p u b l i k a s ı – Cənub–
Şərqi  Avropada  dövlət.  Sahəsi  33,7  min  km
2
,  əhalisi  4,36 
milyon  nəfərdir.  İnzibati  ərazisi  40  rayona  bölünür.  Dövlət 
başçısı  prezident,  qanunverici  orqanı  birpalatalı  parlamentdir. 
Paytaxtı Kişinyov şəhəridir. – 258. 
195.  Cənubi  Osetiya  –  Cürcüstan  Respublikasının  tərkibində 
Cənubi Osetiya Muxtar Vilayəti. 1922-ci ildə yaradılmışdır. Sahəsi 
3,9  min  km
2
,  əhalisi  99  min  nəfərdir.  Mərkəzi  Sxinvali  şəhəri.  – 
258
196.    Abxaziya  –  Gürcüstan  Respublikasının  tərkibində  muxtar 
respublika.  1921-ci  ildə  təşkil  olunmuşdur.  Sahəsi  8,6  min  km
2

əhalisi 501 min nəfərdir. Paytaxtı Suxumi şəhəridir. – 258. 
197.  Dnestryanı  –  Moldovada  Dnestr  çayı  sahilində  tanın-
mamış  bölgə.  1992-ci  ildə  Dnestryanıda  hərbi  münaqişə  başladı. 
İyulun ortalarına qədər bir neçə ay davam edən silahlı toqquşmalar 
zamanı  Lebedin  komandanı  olduğu    Rusiyanın  14-cü  ordusunun 
separatçılara  yaxından  dəstək  verməsi  nəticəsində  Kişinyov  sol 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə