İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə99/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   95   96   97   98   99   100   101   102   ...   106

 
 
355 
158.  Kaliforniya  –  ABŞ-ın  qərbində  ştat.  Sahəsi  411  min 
km
2
,  əhalisi  31,9  milyon  nəfərdir.  İnzibati  mərkəzi  –  Sakra-
mento. – 192. 
159.  Əhməd  Necdət  Sezər  (d.1941)  –  2000–2007-ci  illərdə 
Türkiyə  prezidenti.  1962–83-cü  illərdə  bir  sıra  məsul  vəzifələrdə 
çalışmışdır, 1998–2000-ci illərdə Türkiyə Konstitusiya Məhkəmə-
sinin sədri olmuşdur. – 193. 
160. Qızılça – göz və tənəffüs yolları selikli qişasının iltihabı, 
qızdırma və səpgi ilə xarakterizə olunan kəskin infeksion xəstəlik. 
Yer  kürəsində ən çox yayılmış xəstəlikdir. Qızılçaya yaşından asılı 
olmayaraq  hamı  tutula  bilər.  Başlıca  olaraq  3  aylıqdan  4  yaşına 
qədər uşaqlar xəstələnir. – 201-204. 
161.  Məxmərək,  q  ı  z  ı  l  ç  a    m  ə  x  m  ə  r  ə  y  i  –  səpgi  ilə 
müşahidə  olunan  kəskin  infeksion  xəstəlik.  Törədicisi  süzülən 
viruslardır. Xəstəlik hava-damcı yolu ilə yayılır. İnkubasiya dövrü 
11–23 gündür. – 201-204 
162.  Ü m u m d ü n y a   S ə h i y y ə  T ə ş k i l a t ı  (ÜST)– 
BMT-yə  məxsus  beynəlxalq  dövlətlərarası  təşkilat.  1946-cı  ildə 
yaradılmışdır.  Cenevrədə  fəaliyyət  göstərir.  Nizamnaməsinə  görə 
vəzifəsi  ən təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq sanitariya 
qaydalarının hazırlanması və s.-dir. – 201,202. 
163. YUNİSEF, BMT–nin  U ş a q  F o n d u – 1946-cı ildə 
təsis edilmişdir (1953-cü ildən indiki adı  ilə adlanır). BMT-nin 
müəssisəsi  olub  uşaqlar  üçün  proqramlar  üzrə  fəaliyyəti 
əlaqələndirir,  başlıca  olaraq  inkişaf  etməkdə  olan  ölkələrə 
yardım 
göstərir. 
Maliyyə 
təsisatlarının 
mənbələrini 
hökumətlərin  könüllü  üzvlük  haqları,  ictimai  təşkilatların, 
xüsusi  şəxslərin  və  başqalarının  ianələri  təşkil  edir.  Fondun 
rəhbər  orqanında  –  İdarə  Heyətində  41  dövlət  təmsil  olunur. 
Katibliyi Nyu-Yorkda, şöbələri Avropa üzrə Cenevrədə, region-


 
 
356 
lar  üzrə  bir  sıra  inkişaf  etməkdə  olan  ölkələrdə  yerləşir.  Nobel 
sülh mükafatı laureatıdır. – 201. 
164.  Rino  Harniş  –  diplomat.  2003–2006-cı  illərdə  Azərbay-
canda ABŞ-ın Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. – 202. 
165.  «Mərmərə»  qrupu»  Strateji    və  Sosial  Araşdırmalar 
Vəqfi – 1985-ci ildə İstanbulda yaradılmışdır. Hazırda 200-dən 
çox üzvü olan bu qrupa tanınmış sənət və iş adamları, nazirlər 
və 
millət  vəkilləri  daxildirlər.  Qrup  xarici  ölkələrin 
prezidentləri,  görkəmli  dövlət  xadimləri,  nüfuzlu  siyasətçiləri 
ilə mütəmadi olaraq görüşlər keçirir. –  205. 
166. Akkan Süvər (d.1942) – Türkiyə jurnalisti. Fəlsəfə elm-
ləri doktoru. «Mərmərə» qrupunun sədridir. – 205. 
167.  Ekmələddin  İhsanoğlu  (d.1946)  –  Türkiyə  diplomatı, 
tarix  elmləri  doktoru,  professor.  Ana  Vətən  Partiyasının  üzvü. 
2005-ci ildən İslam Konfransı Təşkilatının Baş katibidir. – 206. 
168.  Ağdam  –  Azərbaycan  Respublikasında  inzibati  rayon.  
1930-cu  ildə  təşkil  edilmişdir.  Sahəsi  1094  km
2
,  əhalisi  154  min 
nəfər.  1993-cü  ildə  Ağdam  şəhəri  və  əksər  kəndləri  erməni 
qəsbkarları tərəfindən işğal edilmişdir. – 208–219,221,235–241 
169. Əli Həsənov, Ə l i   Ş a m i l   o ğ l u (d.1948) – mü-
həndis-mexanik.  1998-ci  ildən  Azərbaycan  Respublikası  Baş 
nazirinin  müavini,  Qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri 
üzrə  Dövlət  Komitəsinin  sədridir.  1995–2000-ci  illərdə  Milli 
Məclisin üzvü olmuşdur. – 208,213. 
170. Leyla Əliyeva, L e y l a   İ l h a m   q ı z ı (d.1986) – 
«Baku»  jurnalının    Baş    redaktoru,  Heydər  Əliyev  Fondunun  
vitse-prezidenti, Azərbaycan  Respublikasının  prezidenti  İlham 
Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 
böyük qızı, Heydər Əliyevin nəvəsi. 2006–2008-ci illərdə Leyla 
Əliyeva  Moskva  Dövlət  Beynəlxalq  Əlaqələr  İnstitutunun 


 
 
357 
magistraturasında oxumuş və bu institutda oxuyan azərbaycanlı 
tələbələrin  nümayəndəsi  kimi  fəaliyyət  göstərmişdir.  Leyla 
Əliyeva  həm  də  Moskvada  Heydər  Əliyev  Fonduna  başçılıq 
edir. – 209.  
171.  Kəlbəcər  –  Azərbaycan  Respublikasında  inzibati  ra-
yon. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km
2
, əhalisi 60 
min  nəfərdir.  1993-cü  ildə  erməni  silahlı  qüvvələri  tərəfindən 
işğal edilmişdir. – 209. 
172.  Laçın  –  Azərbaycan  Respublikasında  inzibati  rayon. 
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1835 km
2
, əhalisi 65 min 
nəfərdir.  1992-ci  ildə  erməni  işğalçıları  tərəfindən  işğal  edil-
mişdir. –  209. 
173. Ağdərə – Azərbaycan ərazisində (Dağlıq Qarabağ Muxtar 
Vilayəti)  inzibati  rayon.  Rayon  1930-cu  ildə  təşkil  edilmişdir. 
1992-ci  ildə  Ağdərə  rayonu  ləğv  edilərək  ərazisi  Tərtər,  Ağdam, 
Kəlbəcər  rayonları  arasında  bölünmüşdür.  1993-cü  ildə  Ağdərə 
rayonunu  Ağdərə  şəhəri  və  bir  çox  kəndləri  erməni  işğalçıları 
tərəfindən işğal edilmişdir. – 219,222, 231,235. 
174. Səfər Əbiyev, S ə f ə r   A x u n d b a l a  o ğ l u (d.1950) 
– general-polkovnik. 1995–2013-cü illərdə Azərbaycan Respub-
likasının Müdafiə naziri olmuşdur. – 219. 
175. Akif Əsgərov, A k i f   İ z z ə t u l l a   o ğ l u (d.1940) – 
heykəltəraş.  Əməkdar  mədəniyyət  xadimi.  Azərbaycan  Dövlət 
Rəssamlıq  Akademiyasının  professoru.  Xocalı  soyqırımı 
abidəsinin müəllifidir. – 220. 
176. «Əsrin müqaviləsi» – 1994-cü il sentyabrın 20-də Bakıda 
«Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqla-
rının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və  hasil olunan 
neftin  pay  şəklində  bölüşdürülməsi»  haqqında  dünyanın  11  ən  iri 
neft şirkəti ilə bağlanmış müqavilə. – 224. 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə