İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə101/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   98   99   100   101   102   103   104   105   106

 
 
361 
sahildəki  rayonlar  üzərində  nəzarətini  itirdi  və  Dnestryanı 
Moldovanın nəzarətindən çıxmış əraziyə çevrildi. – 258. 
198. İpək Yolu, B ö y ü k   İ p ə k   Y o l u – beynəlxalq tari-
xi tranzit-ticarət yolu; eramızdan əvvəl II əsrin sonlarından era-
mızın XVI əsrinədək fəaliyyət göstərmiş, Çindən Şimali Afrika 
və  İspaniyaya  qədər  uzanaraq,  ayrı-ayrı  qolları  ilə  o  zaman 
dünyanın  məlum  olan,  demək  olar  ki,  bütün  ölkələrini 
birləşdirmişdir. 
Əlverişli  coğrafi  mövqedə  yerləşməsi  və  zəngin  maddi 
sərvətlərə  malik  olması  sayəsində  Azərbaycan  qədim  zaman-
lardan  dünya  ölkələri  arasında  iqtisadi  və  mədəni  əlaqələrdə 
mühüm yer tutmuşdur. 
XX  əsrin  sonunda  Azərbaycan  Respublikasının  prezidenti 
Heydər  Əliyevin  Böyük  İpək  Yolunun  yenidən  dirçəldilməsi 
ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə də Böyük  İpək 
Yolu  üstündə  yerləşən  ölkələrdə  ciddi  maraqla  qarşılandı.  Bu 
məqsədlə  1998-ci  ilin  sentyabrında  Bakıda  33  dövlətin  və 
Avropa  Birliyinin  iştirakı  ilə  beynəlxalq  konfrans  keçirildi; 
TRASEKA  proqramı  çərçivəsində  nəzərdə  tutulan  Asiya–
Qafqaz–Avropa ticarət dəhlizinin – Böyük İpək Yolunun bərpa-
sının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi 
qeyd olundu. – 261,284. 
 
199.  Akihito  (d.1933)  –  1989-cu  ildən  Yaponiya  imperatoru. 
İmperator Hirohitonun oğlu. – 271–272. 
200.   «İtoçu»  şirkəti  –  Yaponiyanın  «İtoçu»  korporasiyası. 
1958-ci ildə yaradılmışdır. Dünyanın 176 ölkəsində şirkətləri və 
firmaları var. «İtoçu» 1996-cı ilin avqustundan Bakıda fəaliyyət 
göstərir. – 272,301. 
201. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi  (CAYKO) 
–  ikitərəfli  əlaqələr  çərçivəsində  əsasən  texniki  əməkdaşlıq  və 
əvəzsiz  yardım  proqramları  ilə  məşğul  olan  rəsmi  orqan  kimi, 
hökumətin  strukturuna  daxildir.  Ölkənin  ən  nüfuzlu 


 
 
362 
qurumlarından  sayılan  CAYKO  yüksək  ixtisaslı  ekspertlərin 
köməyi  ilə  əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsinə  xüsusi 
diqqət verir. – 273. 
202. Bakı Dövlət Universiteti (BDU) – Azərbaycanda elmi-
pedaqoji kadrlar hazırlayan ən böyük ali təhsil ocağı, elmi-tədqiqat 
müəssisəsi.  1919-cu  ildə  yaradılmışdır.  İlk  vaxtlar  tibb  və  tarix–
filologiya fakültələri fəaliyyət göstərmişdir. Hazırda BDU-nun 17 
fakültəsi,  onlarla  kafedrası,  elmi-tədqiqat  laboratoriyası  və  s.  var. 
Universitetdə  55  ixtisas  üzrə  18  minə  yaxın  tələbə  təhsil  alır.  – 
281. 
203.  Yaponiya  Xarici  Ticarət  Təşkilatı  (JETRO)  – 
1958-ci  ildə  yaradılmış  qeyri-kommersiya  təşkilatıdır  və  höku-
mətin  himayəsi  altında  fəaliyyət    göstərir.  Əsas  vəzifəsi 
beynəlxalq  ticarətin  ahəngdar  inkişafına  nail  olmaq  üçün  xarici 
ölkələrlə  ticarət  əlaqələrini  möhkəmləndirməkdir.  CETRO-nun 
təklif etdiyi informasiya və xidmətlər pulsuzdur və maraqlanan 
bütün  şəxslər,  şirkətlər,  təşkilatlar  bunlardan  istifadə  edə 
bilərlər. –  283–284. 
204.    Taro  Aso  (d.1940)  –  Yaponiya  dövlət  və  siyasi  xa-
dimi.  2005–2007-ci  illərdə  Yaponiyanın  Xarici  İşlər  naziri 
olmuşdur. – 285–286. 
205  ABŞ  Dövlət  Departamenti  –  ABŞ-da  1789-cu  ildən 
Xarici İşlər Nazirliyi funksiyasını həyata keçirən əsas xarici si-
yasət  idarəsi.  Dövlət  katibi  başçılıq  edir,  prezidentin  və 
Konqresin hazırladığı xarici siyasi xətti həyata keçirir. – 294. 
206.  Corc  Buş  (d.1946)    –  ABŞ-ın  43-cü  prezidenti  (2000–
2008-ci  illər).  ABŞ-ın  41-ci  prezidenti  Corc  Herbert  Buşun  oğlu-
dur.  1968-ci  ildə  Yel  universitetini  (incəsənət,  tarix  bakalavrı), 
1975-ci  ildə  isə  Harvard  universitetini  (incəsənət  magistri)  bi-
tirmişdir.  «Speaktrum-7  Enerci  Korporeyşn»  firmasının  yara-


 
 
363 
dıcısıdır.  1994-cü  ildən  Texas  ştatının  qubernatoru  olmuşdur.  – 
295. 
207. Dzünitiro Koidzumı (d.1942) – 2001–2006-cı illərdə Ya-
poniyanın Baş naziri olmuşdur.  – 304–305,306,307,308. 
208. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 
(BMTTŞ)  –  BMT-nin  daimi  fəaliyyət  göstərən  mühüm  orqanı. 
BMT-nin  Nizamnaməsinə  görə,  beynəlxalq  sülhün  və  təhlü-
kəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 
daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 
2  il  müddətinə  seçilir.  Şuranın  hər  bir  üzvü  bir  səsə  malikdir. 
Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdik-
də qəbul olunmuş sayılır. – 307. 
209. Stiven Mənn – amerikan diplomatı. 2001–2009-cu illərdə 
ABŞ  Dövlət  katibinin  köməkçisi.  2004–2006-cı  illərdə  ABŞ-dan 
ATƏT-in Dağlıq Qarabağ üzrə həmsədri. – 309. 
210. Rumıniya    –  Cənubi Avropada,  Dunayın  aşağı  hövzə-
sində dövlət. Sahəsi 237,5 min km
2
, əhalisi  22,7 milyon nəfər-
dir.  Dövlət  başçısı  prezident,  qanunvericilik  orqanı  ikipalatalı 
parlamentdir. Paytaxtı Buxarest şəhəridir. – 310. 
211.  Türkiyə  Böyük  Millət  Məclisi  (BMM)  –  Türkiyənin 
Ali qanunverici orqanı. Parlament 1920-ci il aprelin 23-də yara-
dılmışdır. BMM-nin ilk sədri M.K.Atatürk olmuşdur. BMM iki 
palatadan  ibarətdir:  Senat  (yuxarı    palata)  və  Milli    palata. 
BMM  məclis  üzvlərindən  respublika  prezidentini  seçir.  –312–
317. 
212.  Xocalı  soyqırımı    –  1992-ci  il  fevralın  25-dən  26-na 
keçən gecə erməni silahlı birləşmələri və Xankəndində yerlə-
şən  Rusiyanın  366-cı  alayının əsgər  və  zabitləri Xocalıya  hər 
tərəfdən  hücum  etmiş,  şəhəri  tamamilə  yandırmışlar;  600 
nəfərdən  artıq  azərbaycanlı  qəddarcasına  öldürülmüş,  150  nəfər 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə