İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə56/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

 210 
İndi  Rusiya  da,  Azərbaycan  da  postsovet  məkanında  siyasi 
proseslər,  iqtisadi  nailiyyətlər  baxımından  ən  dinamik  inkişaf 
edən ölkələrdir. Son beş ildə Azərbaycanda iqtisadiyyatın həcmi 
2,7  dəfə  artmışdır.  Əlbəttə,  artmaqda  olan  bu  potensial 
əməkdaşlığı daha da dərinləşdirməyə imkan verir. Biz buna çox 
ümid  bəsləyirik  və  mən  əminəm  ki,  qarşılıqlı  siyasi  əlaqələrin 
hazırda  mövcud  olan  və  möhkəmlənən  səviyyəsi  yeni  iqtisadi 
təşəbbüslər  üçün  yaxşı  zəmin  yaradır.  Əlbəttə,  Sizin  qeyd 
etdiyiniz kimi, dünya maliyyə bazarlarında yaranmış mürəkkəb 
şəraitdə  biz  bu  məqamları  nəzərə  almalı,  əməkdaşlığın 
potensialını  təshih  etməli  və  artırmalıyıq.  Bu  il  əmtəə 
dövriyyəmiz  çox  böyük  sürətlə,  50  faizdən  çox  artmışdır,  özü 
də  onun  strukturu  yaxşılığa  doğru  dəyişir.  Bütün  bunlar  onu 
göstərir  ki,  iki  ölkə  arasında  münasibətlər  qarşılıqlı  maraqlar, 
dostluq, mehriban qonşuluq əsasında qurulursa, bu münasibətlər 
proqnozlaşdırıla bilirsə, iqtisadi inkişafla bağlı bütün məsələlər 
daha  uğurla  həll  edilir.  Buna  görə  də  münasibətlərimizin 
mövcud  səviyyəsi  məni  çox  sevindirir  və  ümid  edirəm  ki,  bu 
münasibətlər bütün istiqamətlər üzrə genişlənəcək, şəxsi planda 
isə Sizinlə yenidən görüşəcəyik.  
V  l  a  d  i  m  i  r      P  u  t  i  n:  Gərək  ki,  sizdə  ikiqat  profisit 
yaranmışdır – həm büdcədə, həm də ticarətdə, elədirmi? 
İ l h a m   Ə l i y e v: Elədir, çox böyük profisit yaranmışdır. 
Son  beş  il  yarımda  büdcəyə  daxilolmalar  15  dəfə  artmışdır, 
büdcənin  xərcləri  də  sürətlə  artır.  Təbii  ki,  bu  vəziyyət 
inflyasiyaya  mənfi  təsir  göstərir,  lakin  bu  bizim  iqtisadi  artım 
üçün  ödədiyimiz  qiymətdir  və  hesab  edirəm,  bu  meyillər 
gələcəkdə də davam edəcəkdir. Əlbəttə, ÜDM-in 35 faiz və 25 
faiz  artması  yəqin  ki,  artıq  tarixə  çevrilmişdir,  lakin  artımın 
keyfiyyəti bizim maraqlarımıza daha çox uyğun gələcəkdir. Biz 
gələcəyə nikbin baxırıq – həm iqtisadi təşəbbüslər çərçivəsində, 
həm  də  ölkələrimiz  arasında  münasibətlərin  inkişafı 
baxımından. Sağ olun. 
                            
                                           * * *  
 
 
 


 
211 
 
Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti 
İlham  Əliyevin  Rusiya  Federasiyasının  Prezidenti  Dmitri 
Medvedevin dəvəti ilə Moskvaya işgüzar səfəri başa çatmışdır.                   
 
 


 212 
 
 
 
ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ  
ZATİ-ALİLƏRİ CƏNAB HU SZİNTAOYA 
 
Hörmətli cənab sədr! 
Milli bayramınız – Çin Xalq Respublikasının Yaranması 
günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və 
Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.  
Biz  ölkələrimiz  arasındakı  münasibətlərə  böyük  əhəmiyyət 
veririk.  Əminəm  ki,  Azərbaycan-Çin  dostluğunun  daha  da 
möhkəmlənməsi,  qarşılıqlı  maraq  doğuran  əməkdaşlığımızın 
səmərəli şəkildə davam etdirilməsi üçün bundan sonra da ardıcıl 
səylər göstərəcəyik.  
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Çin 
xalqına sülh və firavanlıq diləyirəm.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 17 sentyabr 2008-ci il 
 


 
213 
 
 
 
ALMANİYA FEDERATİV RESPUBLİKASININ 
FEDERAL PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB HORST KÖLERƏ 
 
Hörmətli cənab Federal Prezident! 
Almaniyanın  milli  bayramı  –  Alman  birliyi  günü 
münasibətilə  Sizə  və  Sizin  simanızda  bütün  xalqınıza  öz 
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi 
yetirirəm.  
Azərbaycan–Almaniya münasibətlərinin inkişafı sahəsindəki 
nailiyyətlərimiz  bizi  sevindirir.  Əminəm  ki,  dostluq 
əlaqələrimizin  daim  möhkəmləndirilməsi,  istər  ikitərəfli 
qaydada,  istərsə  də  beynəlxalq  qurumlar  çərçivəsində  əmək-
daşlığımızın  dərinləşdirilməsi  istiqamətində  bundan  sonra  da 
ardıcıl səylər göstərəcəyik.  
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya 
xalqına sülh və firavanlıq arzulayıram. 
 
Hörmətlə,  
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 17 sentyabr 2008-ci il 
 
 
 
 


 214 
 
 
 
ALMANİYA FEDERATİV RESPUBLİKASININ 
FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ XANIM 
ANGELA MERKELƏ 
 
Hörmətli xanım Federal Kansler! 
Milli bayramınız – Alman birliyi günü münasibətilə Sizi 
və bütün xalqınızı ürəkdən təbrik edirəm. 
Bu  gün  Azərbaycan  ilə  Almaniya  arasındakı  münasibətlər 
möhkəm  dostluq  əlaqələri  və  geniş  əməkdaşlıq  imkanları  ilə 
səciyyələnir.  Əminəm  ki,  qarşılıqlı  maraq  doğuran  və  bir  çox 
sahələri əhatə edən işbirliyimiz xalqlarımızın mənafeləri naminə 
daim  öz  miqyasını  genişləndirərək  hər  cəhətdən  faydalı 
olacaqdır. 
Bu  bayram  günündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 
xalqınıza əmin-amanlıq və rifah diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 17 sentyabr 2008-ci il 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə