İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə54/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

 
203 
Ölkələrimiz  arasında  əmtəə  dövriyyəsi  çox  yaxşı  artmaqdadır. 
Biz  söhbətə  bu  məsələdən  başladıq.  Ümumiyyətlə,  əmtəə 
dövriyyəsinin  artması  onu  göstərir  ki,  bizim  iqtisadi 
münasibətlərimiz  prinsipcə  yeni  səviyyəyə,  qarşılıqlı  strateji 
əlaqələr  səviyyəsinə  çatmışdır.  Bu  həm  Rusiya  üçün,  həm  də 
Azərbaycan üçün xeyirlidir, bizim xalqlarımız üçün faydalıdır. 
Bu  ilin  yeddi  ayında  əmtəə  dövriyyəsinin  yarıbayarı,  56  faiz 
artması  onu  göstərir  ki,  artım  potensialı  vardır  və  biz  bu 
məqama  daim  diqqət  yetirmək  niyyətindəyik.  Əmtəə 
dövriyyəsinin  strukturunun  yaxşılaşması  da  çox  mühümdür. 
Azərbaycan  prezidenti  bunu  söhbətimizin  əvvəlində  qeyd  etdi. 
Mən  bu  fikirlə  tamamilə  razıyam.  Bu  bizim  iqti-
sadiyyatlarımızın inkişafı üçün prinsipial əhəmiyyət kəsb edir.  
Təbii ki, humanitar sahədə münasibətlər ayrıca bir məsələdir 
və burada da həqiqətən çox yaxşı nəticələr əldə edilmişdir. Biz 
Azərbaycanda  rusdilli  mədəni  məkanın  və  təhsil  məkanının 
qorunub  saxlanması  üçün  göstərilən  səylərə  görə  Azərbaycan 
rəhbərliyinə, Azərbaycan prezidentinə minnətdarıq. Biz Bakıda 
Moskva  Dövlət  Universitetinin  filialının  açılması,  məktəb 
təhsili,  bütövlükdə  humanitar  sahədə  əməkdaşlıq  haqqında 
danışdıq. Əlbəttə, mən belə hesab edirəm ki, bu bizim irsimizdir 
və  iki  ölkənin  prezidentləri  kimi,  biz  bu  irsi  daim  qoruyub 
saxlamalı və bu məsələyə çox ciddi diqqət yetirməliyik.  
Şübhəsiz  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  də  bizim 
müzakirə  mövzumuz  oldu.  Mən  Azərbaycan  prezidentinə 
dediyim sözləri bu auditoriyada bir daha təsdiq etmək istəyirəm. 
Biz  Azərbaycan  və  Ermənistan  prezidentləri  arasında  birbaşa 
danışıqların  davam  etdirilməsinin  tərəfdarıyıq.  Bu  məsələdə 
Rusiyanın mövqeyi dəyişməz qalır. Biz bu mürəkkəb məsələnin 
tənzimlənməsi  üçün  qarşılıqlı  məqbul  həllin  tapılmasına 
gələcəkdə də maksimum kömək edəcəyik. Zənnimcə, bizim bu 
məsələyə  dair  təmasların  ən  yaxın  gələcəkdə  davam 
etdirilməsinə də ümid etməyə haqqımız var.  
Mən  bugünkü  səfərin  baş  tutmasına  görə,  dostcasına 
konstruktiv söhbətə görə həmkarım İlham Heydər oğlu Əliyevə 


 204 
bir  daha  təşəkkür  etmək  istəyirəm.  Hesab  edirəm  ki,  bizim  bu 
cür  intensiv  ünsiyyətimiz,  tez-tez  görüşməyimiz  həm 
xalqlarımızın,  həm  dövlətlərimizin,  həm  də  nəticə  etibarilə 
bizim  regionda  təhlükəsizliyin  və  sabitliyin  xeyrinədir.  Görüş 
həm faydalı, həm də maraqlı oldu və biz lap yaxın gələcəkdə bu 
məsələlərin müzakirəsini davam etdirəcəyik. Sağ olun. 
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı  
 
Hörmətli xanımlar və cənablar! 
İlk  növbədə  məni  Moskvaya  səfərə  və  bu  görüşü  keçir-
məyə  dəvət  etdiyinə  görə  Dmitri  Anatolyeviç  Medvedevə  tə-
şəkkürümü  bildirmək  istəyirəm.  Dmitri  Anatolyeviçin  qeyd 
etdiyi kimi, bizim təmaslarımız çox intensiv xarakter daşıyır və 
bu,  ölkələrimiz  arasında  münasibətlərin  xarakterini  əks  etdirir. 
Biz  bir  neçə  dəfə  görüşmüşük  və  hər  dəfə  çoxlu  mövzuları 
müzakirə etmişik.  
 Təbii  ki,  ikitərəfli  münasibətlərlə  bağlı  məsələlər  diqqət 
mərkəzindədir.  Rusiya  ilə  Azərbaycan  arasında  münasibətlər 
çox dinamik, müsbət şəkildə inkişaf edir və regional proseslərə 
də  müsbət  təsir  göstərir.  Bizim  qarşılıqlı  iqtisadi  əlaqələrimiz, 
siyasi dialoqumuz çox fəaldır, biz humanitar sahədə əməkdaşlıq 
edirik  və  bütün  bu  istiqamətlərdə,  eləcə  də  başqa  sahələrdə 
davamlı irəliləyiş olduğunu görürük.  
 Rusiyanın  və  Azərbaycanın  iqtisadi  potensialının  artması 
təsərrüfat  subyektlərinin,  şirkətlərin  dinamik  inkişafına  şərait 
yaradır, qarşılıqlı investisiyalar, birgə layihələr müzakirə edilir. 
Bu  da  təbii  ki,  bizim  münasibətlərimizi  daha  da 
möhkəmlədəcəkdir.  
 Biz  qonşu  dövlətlərik,  bizim  həm  quruda,  həm  də  dənizdə 
ümumi  sərhədimiz  var  və  qonşular  arasında  münasibətlər  çox 
vacibdir.  Qonşular  arasında  münasibətlər  heç  də  həmişə 
istənilən  kimi  olmur.  Lakin  mən  belə  hesab  edirəm  ki,  Rusiya 
ilə Azərbaycan arasında münasibətlər nümunəvi xarakter daşıyır 
və  qonşular  arasında  münasibətlərə  nümunə  ola  bilər.  Biz 


 
205 
bundan  çox  razıyıq  və  ümidvarıq  ki,  gələcəkdə  də  bu 
münasibətləri  inkişaf  etdirmək,  onları  yeni  məzmunla,  yeni 
layihələrlə  zənginləşdirmək,  bununla  da  ölkələrimizin  davamlı 
inkişafına  və  regionda  inteqrasiyanın  daha  da  güclənməsinə 
şərait yaratmaq üçün maksimum səy göstərəcəyik.  
 Əlbəttə,  bu  gün  regionda  yaranmış  vəziyyət  müəyyən 
narahatlıq doğurur və Azərbaycan bu gərginliyin azaldılmasına 
öz töhfəsini verməyə hazırdır. Biz hesab edirik ki, regionda fikir 
ayrılıqlarına  səbəb  olan  məsələlər  dinc  yolla,  dialoq  yolu  ilə, 
təmas  nöqtələri  tapmaq  yolu  ilə  və  əlbəttə,  qarşılıqlı  hörmət 
əsasında həll edilməlidir.  
 Bu  gün  biz  ikitərəfli  xarakter  daşıyan  məsələlərlə  yanaşı, 
regional  prosesləri,  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  həlli  məsələsini  də  müzakirə  etdik.  Biz  ümid 
edirik  ki,  ATƏT-in  Minsk  qrupunun  həmsədri  kimi,  Rusiya 
tənzimləmə prosesində fəal rolunu davam etdirəcəkdir. Qafqaz 
regionunda baş verən proseslər nə qədər mürəkkəb olsa da, bizə 
belə gəlir ki, bu gün münaqişənin bütün dövlətlərin mənafeyinə 
cavab  verən  və  beynəlxalq  hüquq  prinsiplərinə  əsaslanan 
şəkildə  həlli  üçün  yaxşı  imkanlar  var.  Mən  əminəm  ki,  əgər 
münaqişə  yaxın  vaxtlarda  həll  olunarsa,  kifayət  qədər  geniş 
formatda  regional  əməkdaşlıq  üçün  yeni  perspektivlər 
yaranacaq,  bu  isə  bütün  ölkələrin  xeyrinə  olacaqdır.  Biz  bu 
regionda  öz  qonşularımızla  bərabər  yaşayırıq  və  yaşayacağıq, 
heç kəs bu regiondan heç yerə köçüb getməyəcəkdir. Ona görə 
də  səmərəli  qarşılıqlı  əlaqələr,  mehriban  qonşuluq,  əməkdaşlıq 
mexanizmlərini axtarıb tapmaq lazımdır. Bir daha demək istəyi-
rəm,  əgər  bizim  regionda  bütün  qonşu  ölkələr  arasında 
münasibətlər  Rusiya  ilə  Azərbaycan  arasındakı  münasibətlər 
kimi olsaydı, sizi inandırıram, heç vaxt nəinki münaqişə, hətta 
heç bir anlaşılmazlıq da olmazdı.  
 Buna  görə  bir  daha  demək  istəyirəm  ki,  biz  münasi-
bətlərimizin  səviyyəsini  çox  yüksək  qiymətləndiririk,  bu 
münasibətləri  daha  da  möhkəmlətməyə  çalışırıq  və  öz  tərəfi-
mizdən həmin məqsədə nail olmaq üçün bundan sonra da lazım 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə