İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə51/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

 192 
Mən  sizi,  ilk  növbədə  yeni  tədris  ilinin  başlanması 
münasibətilə  ürəkdən  təbrik  etmək  istəyirəm.  Bu  gün  Bakı 
Dövlət  Universitetinin  həyatında  çox  gözəl  və  əlamətdar  bir 
gündür.  Bu  gün  universitetin  yeni  gözəl  korpusu  açılır  və  bu 
münasibətlə də sizi ürəkdən təbrik edirəm.  
Bakı  Dövlət  Universiteti  Azərbaycanın  aparıcı  təhsil  oca-
ğıdır.  Burada  çox  güclü  professor-müəllim  heyəti  vardır  və 
bütün  dövrlərdə  universitet  Azərbaycanda  peşəkar  kadrların 
hazırlanması  işində  çox  böyük  işlər  görmüşdür.  Bu  gün  isə 
universitet  inkişafının  yeni  mərhələsini  yaşayır.  Həm  təhsilin 
keyfiyyəti  artır,  həm  də  universitetin  maddi-texniki  bazası 
möhkəmlənir.  Bir  sözlə,  bizim  –  Azərbaycanın  yerləşdiyi  bu 
bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır.  
Bildiyiniz kimi, Azərbaycanda təhsil məsələlərinə çox böyük 
diqqət  göstərilir.  Dövlət  siyasətində  təhsil  məsələləri,  demək 
olar  ki,  prioritet  məsələlərdir,  onlara  ayrılan  büdcə  xərcləri 
ildən-ilə  artmaqdadır.  Həm  orta  məktəblər  üçün  binalar  tikilir, 
həm  ali  məktəblərdə  yeni  korpuslar  tikilir,  avadanlıq  alınır,  o 
cümlədən  Bakı  Dövlət  Universitetinin  maddi-texniki  bazasının 
möhkəmləndirilməsi üçün avadanlıq, laboratoriyalar alınmışdır. 
Yəni  dövlət  öz  tərəfindən  əlindən  gələni  etməyə  çalışır  ki, 
Azərbaycanda  təhsil  sistemi  daha  da  inkişaf  etsin  və  təhsilin 
keyfiyyəti  artsın.  Əlbəttə  ki,  gənclər,  tələbələr,  yaxud  da 
məktəblərdə  oxuyan  uşaqlar,  çalışan  müəllimlər  yaxşı  şəraitdə 
yaşamalıdırlar, oxumalıdırlar, işləməlidirlər. 
Təhsil  işçilərinin  sosial  müdafiəsi  məsələləri  də  öz  həllini 
tapır. İldən-ilə artan maaşlar, əməkhaqları bunun əyani sübutu-
dur.  Biz  gələcəkdə  də  bu  siyasətə  sadiq  olacağıq.  Çünki  təhsil 
hər  bir  ölkənin  gələcəyini  müəyyən  edir.  Biz  də  bu  məsələyə 
məhz  ona  görə  diqqət  göstəririk  ki,  gənc  nəsil  bilikli  olsun, 
savadlı  olsun  və  Azərbaycanın  uzunmüddətli  inkişafını  təmin 
etsin. 
Azərbaycan çox zəngin ölkədir. Bizim böyük təbii resursla-
rımız vardır. Ancaq bizim ən böyük resursumuz insanlarımızın 
biliyidir,  savadıdır.  Biz  öz  imkanlarımızdan  səmərəli  istifadə 


 
193 
edərək,  maddi  kapitalı  insan  kapitalına  çevirməliyik  və  bunu 
edirik.  Azərbaycanın  zəngin  neft-qaz  yataqlarının  işlənilməsi 
nəticəsində əldə edilmiş gəlirlər o cümlədən təhsil məsələlərinə 
sərf  olunur.  Bu  yaxınlarda  qəbul  edilmiş  müxtəlif  proqramlar 
çərçivəsində gənclərin daha da gözəl təhsil alması üçün əməli-
praktiki  tədbirlər  görülübdür.  Həm  tələbələrin  təqaüdləri  artırı-
lıb,  həm  də  xüsusi  proqram  çərçivəsində  istedadlı  tələbələrin 
xarici  ölkələrin  aparıcı  ali  məktəblərində  oxuması  nəzərdə 
tutulur.  Ancaq  mən  çox  istərdim  ki,  Azərbaycanda  təhsilin 
keyfiyyəti  və  səviyyəsi  o  qədər  yüksək  olsun  ki,  xarici  ali 
məktəblərə  tələbələrin  göndərilməsinə  heç  ehtiyac  qalmasın. 
Əminəm ki, biz buna nail olacağıq. Çünki bunu etmək üçün bü-
tün imkanlar var.  
Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı üçün mütləq 
bütün sahələrdə çox güclü peşəkar mütəxəssislər olmalıdır. Elə 
mütəxəssislər  ki,  onlar  müasir  şəraitə  uyğun  şəkildə  fəaliyyət 
göstərəcəklər. İndi dünya dəyişir, qloballaşma prosesləri gedir. 
Azərbaycan  bu  işlərdə  geridə  qalmamalıdır.  Biz  bütün 
mütərəqqi,  qabaqcıl,  bizə  sərf  edən  təcrübəni  Azərbaycanda 
tətbiq  etməliyik.  Ona  görə  həm  müəllimlər  öz  peşəkarlıq 
səviyyəsini qaldırmalıdırlar,  həm də təhsilin keyfiyyətində yeni 
mərhələ  başlanmalıdır.  Tələbələr  də  bilməlidirlər  ki,  həyatları, 
gələcəkləri üçün ilk növbədə onların bilik səviyyəsi rol oynaya-
caqdır. 
Bu gün bütün başqa ölkələr kimi, Azərbaycan da öz iqtisa-
diyyatını bazar iqtisadiyyatı əsasında qurubdur və bu, ölkəmizə 
çox  böyük  mənfəət  gətiribdir.  İndi  Azərbaycanda  bazar 
iqtisadiyyatının  bütün  istiqamətləri  güclənir.  Bu  yaxınlarda 
Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən 
aparılmış  tədqiqata  görə,  Azərbaycan  iqtisadi  islahatlar  işində 
dünya  miqyasında  birinci  ölkədir.  Yəni  bu  onu  göstərir  ki, 
Azərbaycanda çox köklü iqtisadi islahatlar aparılmışdır.  
Bazar iqtisadiyyatı şəraitində hər bir insan, hər bir vətəndaş, 
əlbəttə ki, dövlətdən qayğı və diqqət görməlidir, eyni zamanda, 
öz  gücünə  güvənməlidir.  Hər  bir  insanın  gücü  isə,  əlbəttə  ki, 


 194 
onun  biliyindən  asılıdır.  Ona  görə  mən  əminəm,  bizim 
gənclərimiz  bunu  yaxşı  başa  düşürlər  ki,  yaxşı  bilik  almaq, 
yaxşı  savad  almaq  və  istənilən  sahədə  peşəkar  olmaq  hər  bir 
gəncin,  hər  bir  insanın  həyatda  yaxşı  yer  tutmasına  gətirib 
çıxaracaqdır. Dövlət də öz tərəfindən bu şəraiti yaratmalıdır. Bu 
gözəl  korpusların  tikintisi,  digər  məsələlərin  həlli,  təhsil 
işçilərinin sosial müdafiəsinin möhkəmlənməsi işlərində dövlət 
öz köməyini göstərəcəkdir.  
Mən  çox  şadam  ki,  indi  Azərbaycanda,  ümumiyyətlə, 
cəmiyyətdə  təhsilə  çox  böyük  diqqət  var.  Artıq  hər  kəs  başa 
düşür  ki,  ölkəmizin  uzunmüddətli  inkişafını  bilik  səviyyəsi 
müəyyən  edəcəkdir.  Əgər  dünyanın  inkişaf  etmiş  ölkələrinin 
təcrübəsinə baxsaq, görərik ki, onlarda inkişaf və tərəqqi məhz 
texnologiyalar deyil, təhsil sahəsində mümkün olmuşdur. Neft-
qazla  zəngin  olan  ölkələrin  bir  neçəsi  öz  potensialını  tam 
şəkildə  işə  sala  bilməmişdir.  Azərbaycanın  timsalında  biz 
görürük ki, həm güclü maddi baza əsasında, həm təbii resursla-
rın sayəsində, həm də yeni texnologiyalar, yeni yanaşmaları tət-
biq etməklə ölkəmizi gücləndiririk. Təbii ehtiyatlar bizim üçün 
bir  vasitədir.  Ölkəmizin  hərtərəfli  inkişafı,  bölgədə 
Azərbaycanın  mövqelərinin  möhkəmlənməsi,  regional  çərçivə-
də  qabaqcıl  ölkəyə  çevrilməsi  –  bütün  bu  məqsədlərə  çatmaq 
üçün müxtəlif amillər lazımdır və demək olar ki, onların hamısı 
var.  Güclü  iqtisadiyyat,  güclü  siyasət,  sabitliyin  möhkəm 
olması,  xalqla  iqtidar  arasında  olan  birlik,  güclü  sosial 
siyasətimiz,  təhsil  və  digər  sosial,  humanitar  məsələlərə 
diqqətimiz  –  bütün  bunlar  ölkəmizi  gücləndirir.  Bu  gün  sirr 
deyil  ki,  Azərbaycan  bölgədə  həlledici  mövqelərə  malikdir. 
Bizim artan iqtisadi və siyasi çəkimiz Azərbaycanı güclü inkişaf 
etmiş  ölkəyə  çevirməlidir  və  bu  məqsəd  qarşımızda  dayanır. 
Əlbəttə,  təhsil  məsələlərinə  bir  daha  qayıtmaq  istəyirəm: 
peşəkar,  bilikli  kadrlar  olmadan  biz  heç  bir  məqsədə  çata 
bilmərik.  
Mən  bu  gün  çox  şadam  ki,  Bakı  Dövlət  Universiteti  təzə 
korpusunun  açılışı  ilə  tələbələrə,  müəllimlərə  yeni  şərait 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə