İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

 176 
Özbəklərdə  belə  bir  məsəl  var:  atasından  xeyir-dua  alanlar 
həmişə  uğur,  firavanlıq  qazanır.  Mən  istəyirəm  ki,  burada 
əyləşən  azərbaycanlılar  bunu  yadda  saxlasınlar,  deyərdim  ki, 
hər  bir  azərbaycanlının  şüuruna  aşılasınlar.  Məncə,  bu  müdrik 
sözləri  İlham  Heydər  oğlu  Əliyevin  bugünkü  fəaliyyətinə 
tamamilə aid etmək olar. 
Hörmətli  dostlar,  bu  gün  həqiqətən  çox  səmimi,  açıq 
söhbətlər,  danışıqlar  aparıldı.  Bu  gün  Qafqazda,  Mərkəzi 
Asiyada,  Orta  Asiyada  yaranan  çox  mürəkkəb  problemlərdən 
eləsi yadıma gəlmir ki, onların barəsində müəyyən məqamlarda 
bizim  aramızda  fikir  ayrılığı  olsun  və  mövqelərimiz  fərqli 
olsun. 
Buna  görə  də  mən  belə hesab  edirəm  ki,  bizim  missiyanın, 
Azərbaycana  rəsmi  səfərin  uğuru,  ilk  növbədə  məhz  bundadır. 
Mən istərdim ki, indicə deyəcəyim sözləri siz hərfi mənada başa 
düşəsiniz: biz – Azərbaycan prezidenti və Özbəkistan prezidenti 
həmfikirlərik, 
bizim 
problemlərə 
münasibətimiz, 
yanaşmalarımız üst-üstə düşür və zənnimcə, bu bizim ən böyük 
uğurumuzdur.  Bu  gün  biz  dönə-dönə  yəqin  etdik  ki,  əslində 
İlhamla mənim aramda müəyyən problemlər yarada biləcək heç 
bir  fikir  ayrılığı  yoxdur.  Əksinə,  biz  birmənalı  şəkildə  dərk 
edirik  ki,  Azərbaycan  və  Özbəkistan  bir-birinə  nə  qədər  yaxın 
olsa,  həm  Azərbaycanın  məsələlərini,  həm  də  Özbəkistanın 
məsələlərini həll etmək bir o qədər asan olacaqdır. 
Sözün  qısası,  müasir  reallıqlar  beynəlxalq  strukturlar 
çərçivəsində iki ölkənin topladığı müsbət təcrübənin bazasında 
səylərin  daha  artıq  dərəcədə  əlaqələndirilməsini,  bizim  milli 
mənafelərimizin,  həm  Azərbaycanın,  həm  də  Özbəkistanın 
mənafelərini çətinliklə də olsa qorumağın zəruriliyini diktə edir. 
Bu  gün  İlham  Heydər  oğlu  ilə  danışıqlarda  bizim  çıxar-
dığımız  ən  mühüm  nəticə  budur:  ölkələrimiz  arasında  əmək-
daşlığın miqyasını genişləndirmək üçün hələ istifadə edilməmiş 
çox böyük imkanlarımız, resurslarımız vardır. Bu, ilk növbədə 
qarşılıqlı ticarətin inkişaf perspektivlərinə, birbaşa kooperasiya 
və  investisiya  əlaqələrinin  tənzimlənməsinə,  birgə  müəssisələr 


 
177 
yaradılmasına, 
energetikada, 
habelə 
nəqliyyat 
kommunikasiyalarından  qarşılıqlı  surətdə  faydalı  istifadə 
edilməsi sahəsində əməkdaşlığa aiddir.  
Bir  daha  təkrarlamaq  istəyirəm,  Özbəkistan  Azərbaycanın 
ilbəil  böyüməkdə  olan  logistika  mərkəzi  kimi,  Şərq  ilə  Qərbi 
əlaqələndirən dəhliz kimi, malik olduğu çox böyük imkanlardan 
istifadə edilməsində birmənalı şəkildə maraqlıdır. 
Bu  imkandan  istifadə  edib  Azərbaycan  xalqına,  onun 
keçmişinə, bu gününə və böyük gələcəyinə özümün tükənməz, 
səmimi hörmət hisslərimi bildirmək istəyirəm. 
Mən  Azərbaycan  prezidenti  İlham  Əliyevin  sağlığına, 
Azərbaycan və Özbəkistanın dostluğu və əməkdaşlığı şərəfinə, 
bu  salondakıların  hamısının  şərəfinə  badə  qaldırmağı  təklif 
edirəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ 
 
12 sentyabr 2008-ci il 
 
Özbəkistan  prezidenti  İslam  Kərimov  sentyabrın  12-də 
Heydər Əliyev Fondunda olmuşdur. 
Azərbaycan  prezidenti  İlham  Əliyev  Özbəkistanın  dövlət 
başçısını səmimiyyətlə qarşıladı. 
Prezident  İlham  Əliyev  ali  qonağa  Azərbaycan  xalqının 
ümummilli  liderinin  xatirəsinə  yaradılmış  fondun  məqsədləri, 


 178 
ulu  öndərin  şəxsi  arxivindən  götürülmüş  və  onun  fəaliyyətinin 
ayrı-ayrı  dövrlərinə  aid  eksponatlar  barədə  ətraflı  məlumat 
verdi. 
Özbəkistan  prezidenti  fenomen  şəxsiyyət  Heydər  Əliyevin 
həyatının  ən  müxtəlif  məqamlarını  əks  etdirən  və  Azərbaycan 
tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu 
sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri 
hədiyyələrlə,  ulu  öndərə  həsr  edilmiş  kitablarla,  dünyanın 
nüfuzlu  elm,  mədəniyyət  və  incəsənət  xadimlərinin  müstəqil 
Azərbaycan  dövlətinin  qurucusu  haqqında  fikirləri  ilə  tanış 
oldu,  müxtəlif  ölkələrin  liderləri  ilə  görüşlərdə  çəkilmiş 
şəkillərə maraqla baxdı. 
Özbəkistanın  dövlət  başçısı  fondla  tanışlıqdan  sonra Xatirə 
kitabına ürək sözlərini yazdı. 
Prezident İslam Kərimova xatirə hədiyyəsi təqdim olundu. 
Ali qonaq fonddan xoş təəssüratla ayrıldı. 
 
 
 
 
 
 
 
 
 
 
BAKIDA BÖYÜK ÖZBƏK ŞAİRİ VƏ 
MÜTƏFƏKKİRİ ƏLİŞİR NƏVAİNİN ABİDƏSİNİN 
AÇILIŞI  
 
          12 sentyabr 2008-ci il 
 
Sentyabrın 12-də Bakının Nərimanov rayonunda, Azadlıq 
prospekti  ilə  Nəcəf  Nərimanov  küçəsinin  kəsişdiyi  yerdəki 


 
179 
parkda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsi 
açılmışdır. 
Açılış  mərasimində  Azərbaycan  prezidenti  İlham  Əliyev  və 
Özbəkistan prezidenti İslam Kərimov iştirak etmişlər. 
Parka toplaşmış şəhər sakinləri dövlət başçılarını ehtiramla 
qarşıladılar.  Prezidentlər  yeni  parkda  görülmüş  abadlıq  işləri 
ilə  tanış  oldular.  Bildirildi  ki,  abidənin  müəllifi  özbəkistanlı 
memar Ravşan Mirtajiyevdir. 
Mərasimi Azərbaycan prezidenti İlham Əliyev açdı
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  
 
Hörmətli İslam Abduqəniyeviç! 
Hörmətli dostlar! 
Bu  gün  Özbəkistan  və  Azərbaycan  xalqları  arasındakı  mü-
nasibətlərin  tarixində  çox  əlamətdar  gündür.  Bu  gün  Bakıda, 
şəhərimizin mərkəzi küçələrindən birində özbək xalqının böyük 
oğlu,  böyük  şair,  mütəfəkkir,  dövlət  xadimi  Əlişir  Nəvainin 
abidəsi  açılır.  Bizə  çox  xoşdur  ki,  bu  gün  abidənin  açılışında 
Özbəkistan  prezidenti  İslam  Abduqəniyeviç  Kərimov  iştirak 
edir. 
Azərbaycanda  Nəvainin  yaradıcılığına  çox  bələddirlər.  Bu 
böyük  şairin,  demək  olar  ki,  bütün  əsərləri  Azərbaycan  dilinə 
tərcümə  edilmişdir.  O,  Özbəkistan  ədəbiyyatının, Şərq  xalqları 
ədəbiyyatının inkişafına çox böyük təsir göstərmişdir. 
Bu  abidə  bu  böyük  insanın  xatirəsinə  ehtiram  əlaməti 
olmaqla bərabər, həm də əsrlər boyu bir-biri ilə sülh, həmrəylik 
şəraitində yaşamış, həmişə dostluq etmiş özbək və Azərbaycan 
xalqları  arasında  münasibətlərin  xarakterini  və  ruhunu  əks 
etdirir.  Bu  münasibətlər  bu  gün  də  davam  edir.  İndi,  mən 
deyərdim ki, ölkələrimizin tərəqqisi dövründə, Özbəkistanın və 
Azərbaycanın 
müstəqilliyinin, 
dövlət 
suverenliyinin 
möhkəmləndiyi  və  inamla  inkişaf  etdiyi  dövrdə  ölkələrimiz 
arasında  münasibətlər  yeni  xarakter  kəsb  edir.  Biz  keçid 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə