176
Özbəklərdə belə bir məsəl var: atasından xeyir-dua alanlar
həmişə uğur, firavanlıq qazanır. Mən istəyirəm ki, burada
əyləşən azərbaycanlılar bunu yadda saxlasınlar, deyərdim ki,
hər bir azərbaycanlının şüuruna aşılasınlar. Məncə, bu müdrik
sözləri İlham Heydər oğlu Əliyevin bugünkü fəaliyyətinə
tamamilə aid etmək olar.
Hörmətli dostlar, bu gün həqiqətən çox səmimi, açıq
söhbətlər, danışıqlar aparıldı. Bu gün Qafqazda, Mərkəzi
Asiyada, Orta Asiyada yaranan çox mürəkkəb problemlərdən
eləsi yadıma gəlmir ki, onların barəsində müəyyən məqamlarda
bizim aramızda fikir ayrılığı olsun və mövqelərimiz fərqli
olsun.
Buna görə də mən belə hesab edirəm ki, bizim missiyanın,
Azərbaycana rəsmi səfərin uğuru, ilk növbədə məhz bundadır.
Mən istərdim ki, indicə deyəcəyim sözləri siz hərfi mənada başa
düşəsiniz: biz – Azərbaycan prezidenti və Özbəkistan prezidenti
həmfikirlərik,
bizim
problemlərə
münasibətimiz,
yanaşmalarımız üst-üstə düşür və zənnimcə, bu bizim ən böyük
uğurumuzdur. Bu gün biz dönə-dönə yəqin etdik ki, əslində
İlhamla mənim aramda müəyyən problemlər yarada biləcək heç
bir fikir ayrılığı yoxdur. Əksinə, biz birmənalı şəkildə dərk
edirik ki, Azərbaycan və Özbəkistan bir-birinə nə qədər yaxın
olsa, həm Azərbaycanın məsələlərini, həm də Özbəkistanın
məsələlərini həll etmək bir o qədər asan olacaqdır.
Sözün qısası, müasir reallıqlar beynəlxalq strukturlar
çərçivəsində iki ölkənin topladığı müsbət təcrübənin bazasında
səylərin daha artıq dərəcədə əlaqələndirilməsini, bizim milli
mənafelərimizin, həm Azərbaycanın, həm də Özbəkistanın
mənafelərini çətinliklə də olsa qorumağın zəruriliyini diktə edir.
Bu gün İlham Heydər oğlu ilə danışıqlarda bizim çıxar-
dığımız ən mühüm nəticə budur: ölkələrimiz arasında əmək-
daşlığın miqyasını genişləndirmək üçün hələ istifadə edilməmiş
çox böyük imkanlarımız, resurslarımız vardır. Bu, ilk növbədə
qarşılıqlı ticarətin inkişaf perspektivlərinə, birbaşa kooperasiya
və investisiya əlaqələrinin tənzimlənməsinə, birgə müəssisələr
177
yaradılmasına,
energetikada,
habelə
nəqliyyat
kommunikasiyalarından qarşılıqlı surətdə faydalı istifadə
edilməsi sahəsində əməkdaşlığa aiddir.
Bir daha təkrarlamaq istəyirəm, Özbəkistan Azərbaycanın
ilbəil böyüməkdə olan logistika mərkəzi kimi, Şərq ilə Qərbi
əlaqələndirən dəhliz kimi, malik olduğu çox böyük imkanlardan
istifadə edilməsində birmənalı şəkildə maraqlıdır.
Bu imkandan istifadə edib Azərbaycan xalqına, onun
keçmişinə, bu gününə və böyük gələcəyinə özümün tükənməz,
səmimi hörmət hisslərimi bildirmək istəyirəm.
Mən Azərbaycan prezidenti İlham Əliyevin sağlığına,
Azərbaycan və Özbəkistanın dostluğu və əməkdaşlığı şərəfinə,
bu salondakıların hamısının şərəfinə badə qaldırmağı təklif
edirəm.
HEYDƏR ƏLİYEV FONDU İLƏ TANIŞLIQ
12 sentyabr 2008-ci il
Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 12-də
Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan prezidenti İlham Əliyev Özbəkistanın dövlət
başçısını səmimiyyətlə qarşıladı.
Prezident İlham Əliyev ali qonağa Azərbaycan xalqının
ümummilli liderinin xatirəsinə yaradılmış fondun məqsədləri,
178
ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat
verdi.
Özbəkistan prezidenti fenomen şəxsiyyət Heydər Əliyevin
həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan
tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu
sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri
hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın
nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil
Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış
oldu, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş
şəkillərə maraqla baxdı.
Özbəkistanın dövlət başçısı fondla tanışlıqdan sonra Xatirə
kitabına ürək sözlərini yazdı.
Prezident İslam Kərimova xatirə hədiyyəsi təqdim olundu.
Ali qonaq fonddan xoş təəssüratla ayrıldı.
BAKIDA BÖYÜK ÖZBƏK ŞAİRİ VƏ
MÜTƏFƏKKİRİ ƏLİŞİR NƏVAİNİN ABİDƏSİNİN
AÇILIŞI
12 sentyabr 2008-ci il
Sentyabrın 12-də Bakının Nərimanov rayonunda, Azadlıq
prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişdiyi yerdəki
179
parkda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin abidəsi
açılmışdır.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və
Özbəkistan prezidenti İslam Kərimov iştirak etmişlər.
Parka toplaşmış şəhər sakinləri dövlət başçılarını ehtiramla
qarşıladılar. Prezidentlər yeni parkda görülmüş abadlıq işləri
ilə tanış oldular. Bildirildi ki, abidənin müəllifi özbəkistanlı
memar Ravşan Mirtajiyevdir.
Mərasimi Azərbaycan prezidenti İlham Əliyev açdı.
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı
Hörmətli İslam Abduqəniyeviç!
Hörmətli dostlar!
Bu gün Özbəkistan və Azərbaycan xalqları arasındakı mü-
nasibətlərin tarixində çox əlamətdar gündür. Bu gün Bakıda,
şəhərimizin mərkəzi küçələrindən birində özbək xalqının böyük
oğlu, böyük şair, mütəfəkkir, dövlət xadimi Əlişir Nəvainin
abidəsi açılır. Bizə çox xoşdur ki, bu gün abidənin açılışında
Özbəkistan prezidenti İslam Abduqəniyeviç Kərimov iştirak
edir.
Azərbaycanda Nəvainin yaradıcılığına çox bələddirlər. Bu
böyük şairin, demək olar ki, bütün əsərləri Azərbaycan dilinə
tərcümə edilmişdir. O, Özbəkistan ədəbiyyatının, Şərq xalqları
ədəbiyyatının inkişafına çox böyük təsir göstərmişdir.
Bu abidə bu böyük insanın xatirəsinə ehtiram əlaməti
olmaqla bərabər, həm də əsrlər boyu bir-biri ilə sülh, həmrəylik
şəraitində yaşamış, həmişə dostluq etmiş özbək və Azərbaycan
xalqları arasında münasibətlərin xarakterini və ruhunu əks
etdirir. Bu münasibətlər bu gün də davam edir. İndi, mən
deyərdim ki, ölkələrimizin tərəqqisi dövründə, Özbəkistanın və
Azərbaycanın
müstəqilliyinin,
dövlət
suverenliyinin
möhkəmləndiyi və inamla inkişaf etdiyi dövrdə ölkələrimiz
arasında münasibətlər yeni xarakter kəsb edir. Biz keçid
Dostları ilə paylaş: |