İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə49/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

 
183 
əhəmiyyəti 
olan 
siyasi, 
iqtisadi, 
mədəni 
əlaqələr, 
mədəniyyətlərin  qarşılıqlı  təsirini  əhatə  edən  mədəni 
münasibətlər deyil, həm də mənəvi birlik çox vacibdir. 
Bu  mənada  bizim  Azərbaycanla  münasibətlərimiz  başqa 
dövlətlərlə  münasibətlərdən  yaxşı  mənada,  hətta  sadəcə  yaxşı 
mənada  yox,  keyfiyyətcə  əsaslı  şəkildə  fərqlənir,  çünki  bizim 
mənəvi  birliyimiz  var.  Demək  istəyirəm  ki,  insanı  quşa 
bənzətmək  olar.  Quş  bir  qanadla  uça  bilmədiyi  kimi,  xalqlar, 
insanlar  da  təkcə  maddi  maraqlarla  yaşaya  bilməzlər.  Hər  cür 
sərvətə,  firavanlığa  nail  olmaq  mümkündür,  lakin  quş  bir 
qanadla  uça  bilmədiyi  kimi,  mənəviyyat  olmayan  yerdə  insan 
da öz gələcəyini, özünün ahəngdar inkişafını görə bilməz. Bunu 
görə bilmək isə hər bir insan üçün, hər bir xalq üçün vacibdir. 
Maddi  və  mənəvi  sərvətlər  yanaşı  olmalıdır.  Maddi  sərvət  bir 
qanaddırsa, ikinci qanad mənəvi sərvətdir. Onda insan tam olur, 
onda xalq öz gələcəyinə inamla baxa bilər. 
Bu  gün  biz  İlham  Heydər  oğlu  ilə  birlikdə  özbək  xalqının 
böyük oğluna, özbək ədəbiyyatının banisinə, özbək poeziyasını 
yaratmış  insana  ucaldılmış  abidəni  açırıq.  Bu  insan  bizim  də 
müasirimizdir.  Ona  görə  ki,  Nizaminin  və  Əlişir  Nəvainin 
gördükləri  işlər  bu  gün  bizim  həyatımızda  yaşayır.  Nizaminin 
və  Əlişir  Nəvainin  irsi  olmadan  bizim  bugünkü  nəsil  tərbiyə 
oluna  bilməz.  Onların  irsi  bizim  güc  aldığımız  mənəviyyat  və 
əxlaq xəzinəsidir. 
Ona  görə  də  mən  mənəviyyat  haqqında  danışanda  obrazlar 
vasitəsilə, bizim küçələrimizdə ucaldılan bu cür gözəl abidələr 
vasitəsilə  təcəssüm  edən  mənəviyyatı  nəzərdə  tuturam.  Biz 
Mərkəzi  Asiyada  yaşayırıq,  bizim  dil  birliyi,  din  birliyi  və  bir 
sıra  başqa  amillərlə  bağlı  olduğumuz  qonşularımız  çoxdur. 
Lakin  həmin  qonşularımız  bu  gün  Azərbaycanda  görülən  işi 
görməyiblər,  Əlişir  Nəvainin  adını  daşıyacaq  belə  bir  meydan 
yaratmayıblar. 
Buna  görə  mən  Prezidentə,  bütün  Azərbaycan  ictimaiy-
yətinə, mənim əzizlərim, sizə ürəkdən təşəkkür etmək istəyirəm. 
Əməkdaşlığı möhkəmlətmək üçün, bu gün birlikdə, bir-birimizə 


 184 
güvənərək  öz  həyatımızı  qurmaq  üçün  gördüyünüz  işlərə  görə 
çox  sağ  olun.  Əminəm  ki,  biz  sabahkı  günümüzü  də  birlikdə 
quracağıq, qarşıya qoyduğumuz məqsədlərə  də yalnız birlikdə 
çata biləcəyik. 
Mən  sizə  təşəkkür  edirəm,  dərin  hörmət  və  ehtiramımı 
bildirir, sizə xoşbəxtlik arzulayıram.  
Sağ olun.  
 
 
 
* * * 
Sonra prezidentlər İlham Əliyev və İslam Kərimov abidənin 
önünə əklil qoydular, xatirə şəkli çəkdirdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DÖVLƏT BAŞÇILARININ TANINMIŞ 
ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT XADİMLƏRİ İLƏ 
GÖRÜŞÜ  
 
     12 sentyabr 2008-ci il 
 
İ s l a m   K ə r i m o v: Sizin prezidentiniz İlham Əliye-
vin qeyd etdiyi kimi, Özbəkistan prezidenti Azərbaycanı yaxşı 
tanıyır  və  sevir.  Prezident  İlham  Əliyev  mənim  üçün  başlıca 
olan məqamı söylədi: həqiqətən, mən Azərbaycanı elə tanıyıram 
ki,  dünyanın  ən  böyük  dövlətlərinin  nümayəndələri 
Azərbaycanı  o  dərəcədə  tanımır.  Mən  azərbaycanlıları  öz 


 
185 
qardaşlarım  kimi  tanıyıram.  Siz  necə  varsınızsa,  mən  sizi  elə 
tanıyıram. Mən sizin tarixinizi bilirəm, sizin nə ilə yaşadığınızı, 
nəyin  sayəsində  öz  millətinizə  görə,  öz  prezidentinizə  görə 
qürur hissi keçirdiyinizi bilirəm. 
Həmişə belə olun. Bu mənim sizə ən böyük arzumdur.  
F ə r h a d   X ə l i l o v (Xalq rəssamı): Sağ olun. Sizə xoş-
bəxtlik  və  firavanlıq  arzulayıram.  Özbək  xalqı  bizimlə  qardaş 
xalqdır, biz həmişə ünsiyyətdə olmuşuq və ünsiyyətimiz davam 
edir. Bizim əlaqələrimiz kəsilmir. Sizin və bizim rəssamlar bir-
birini  tanıyırlar.  Sizin  rəssamlar  Bakıya  gəlirlər.  Sizin  mahir 
heykəltəraşınız belə gözəl abidə yaratmışdır. 
İ s l a m   K ə r i m o v:  Yeri gəlmişkən, bu abidə bizim 
milli  parkın  ən  görkəmli  yerində  qoyulmuş  abidənin  surətidir. 
Müəllif  mənə  Nəvainin  əyləşmiş  vəziyyətdə  təsvir  edildiyi 
başqa bir abidə göstərəndə dedim: «Yox, abidəni elə düzəlt ki, 
şair  sanki  Azərbaycana  doğru  addımlayır».  Fikir  verin,  o  sizə 
doğru  gəlir,  qollarını  açaraq  sanki  deyir:  «Mən  sizin  yanınıza 
gəlirəm, mənim balalarım». Necə bilirsiniz, bu yaxşıdırmı? 
İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Çox  yaxşıdır.  Elə  abidələr  var  ki, 
sanki  hərəkət  edirlər.  Yəqin  ki,  Özbəkistanda  bu  cür  abidələr 
çoxdur. 
F i k r ə t   S a d i q (şair): Nəvai türk dünyasının ən böyük 
şairidir. 
İ s l a m   K ə r i m o v: Mən İlhamla birlikdə burada, sizin 
aranızda  olmağıma  ürəkdən  şadam.  Mən  sizin  bu  gün  hansı 
hisslər  keçirdiyinizi  başa  düşürəm.  İndi  Qafqaz  mürəkkəb  bir 
dövr yaşayır və Azərbaycan bu cür olduqca mürəkkəb şəraitdə 
davamlı inkişafa, öz ölkəsində sülhə və sabitliyə nail olur. Bu, 
Heydər  Əliyevin  qoyub  getdiyi  və  bu  gün  onun  oğlunun 
layiqincə  davam  etdirdiyi  irsdir.  Mən  onu  ürəkdən  təbrik 
edirəm. 
 
 


 186 
 
 
 
HEYDƏR ƏLİYEV ADINA SARAYIN ƏSASLI 
TƏMİRİ VƏ BƏRPASINDA SON TAMAMLAMA 
İŞLƏRİ İLƏ TANIŞLIQ  
 
    12 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  12-də  Heydər  Əliyev  sarayının  əsaslı  təmiri  və 
bərpasında son tamamlama işləri ilə tanış olmuşdur. 
Heydər  Əliyev  sarayında  əsaslı  təmir-bərpa  və  yenidən-
qurma  işlərinə  dövlət  başçısının  sərəncamı  ilə  başlanılmışdır. 
Ulu  öndər  Heydər  Əliyevin  xalqımız  üçün  yaratdığı  saysız-
hesabsız mədəniyyət ocaqlarından biri olan bu sarayda ötən 35 
ildən sonra ilk dəfədir ki, təmir-bərpa işləri aparılır. 
Prezident  İlham  Əliyev  əvvəlcə  binanın  fasadına  baxdı, 
burada  işlərin  gedişi  ilə  maraqlandı.  Dövlətimizin  başçısına 
məlumat  verildi  ki,  sarayın  fasadı  xüsusi  mərmərlə  üzlənib, 
binanın qarşı və yan tərəflərində ABŞ istehsalı olan ekran tipli 
şüşələr  quraşdırılmışdır.  Sarayın  əsas  özəlliklərindən  olan  bu 
şüşələr  içəridə  keçiriləcək  tədbirləri  birbaşa  bayırda  da 
izləməyə  imkan  verəcəkdir.  Şəhərin  gecə  görüntüsünə    xüsusi 
yaraşıq  verəcək  bu  şüşələrdən  monitor  kimi  də  istifadə 
olunacaqdır. 
İşlərin  gedişi  ilə  tanış  olan  prezidentə  bildirildi  ki,  əsaslı 
təmir  və  yenidənqurma  tezliklə  tam  başa  çatdırılacaqdır.  İndi 
son  tamamlama  işləri  gedir.  Sarayın  dam  örtüyü  dəyişdirilib, 
işıqlandırma  sistemi  yenidən  qurulmuşdur.  Binanın  tavanının 
üzlənməsində  xüsusi  alkapon  materialından  istifadə  olunub  ki, 
bu da döşəmənin mərməri ilə uyarlıq təşkil edir. Girişdə yara-
dılacaq su pərdəsi zövq oxşayacaqdır. Saraya gələnlər buradan 
xüsusi  lazer  sistemi  vasitəsilə  müxtəlif  görüntüləri  izləmək 
imkanı qazanacaqlar. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə