İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

 
187 
Prezident  İlham  Əliyev  salona  da  baxdı.  Burada  tamaşaçı-
ların  rahatlığı  üçün  bütün  şərait  yaradılır.  Əlillərin  salona 
girib-çıxması  üçün  xüsusi  avtomatlaşdırılmış  qurğu  quraş-
dırılmışdır. Gözəl çilçıraqlar salona əlavə yaraşıq verəcəklər. 
Akustikası  müasir  tələblərə  tam  cavab  verəcək  səhnədə 
işlərin əsas hissəsi başa çatıbdır. Liftlər və eskalatorlar yeniləri 
ilə  əvəzlənib,  binanın  daxilində  həssas  avtomatik  yan-
ğınsöndürmə  sistemi  qurulmuşdur.  Foyedə,  banket  salonunda 
və yardımçı otaqlarda bəzək-tamamlama işləri aparılır. Binada 
İtaliyadan 
gətirilmiş 
xüsusi 
havalandırma 
sistemi 
quraşdırılmışdır.  Sarayın  həyətinə  6  min  kvadratmetrdən  çox 
mərmər və qranit döşənir, ətrafda yaşıllıqlar salınacaqdır. 
Prezident  İlham  Əliyev  işlərin  yüksək  səviyyədə  və  keyfiy-
yətlə  başa  çatdırılması,  habelə  gələcəkdə  sarayın  istismarının 
da lazımınca təşkili barədə tövsiyə və tapşırıqlarını verdi. 
 
 


 188 
 
 
 
İRANIN XARİCİ İŞLƏR NAZİRİ MƏNUÇEHR 
MUTTƏKİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
           13 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın 13-də İranın Xarici İşlər naziri Mənuçehr Muttəkini 
qəbul etmişdir. 
Mənuçehr  Muttəki  İran  İslam  Respublikasının  Prezidenti 
Mahmud  Əhmədinejadın  salamlarını  dövlətimizin  başçısına 
çatdırdı. 
Görüşdə  ölkələrimiz  arasında  əlaqələrin  müxtəlif  sahələrdə 
inkişaf  etdiyi  vurğulandı.  Bu  səfərin  ikitərəfli  münasibətlərin 
ümumi  inkişafı  və  gələcək  perspektivləri  ilə  bağlı  məsələlərin 
müzakirə edilməsi baxımından əhəmiyyəti qeyd olundu.  
Dövlətimizin  başçısı  İran  prezidenti  Mahmud  Əhmədineja-
dın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salam-
larını ona çatdırmağı xahiş etdi.  
 
 
 
 
 


 
189 
 
 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB DMİTRİ MEDVEDEVƏ 
 
Hörmətli Dmitri Anatolyeviç!  
Permdə təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı 
barədə xəbər məni dərindən sarsıtdı. 
Sizə,  həlak  olanların  doğmalarına  və  yaxınlarına,  bütün 
Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan 
dərin hüznlə başsağlığı verirəm. 
 
 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 14 sentyabr 2008-ci il  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 190 
 
 
 
 
 
BAKI DÖVLƏT UNİVERSİTETİNİN YENİ 
TƏDRİS KORPUSUNUN AÇILIŞI 
 
     15 sentyabr 2008-ci il 
 
Sentyabrın  15-də  Bakı  Dövlət  Universitetində  yeni  inşa 
edilmiş,  müasir  tələblərə cavab  verən  tədris  korpusunun  açılış 
mərasimi olmuşdur. 
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.  
Dövlət başçısını və xanımı Mehriban Əliyevanı Təhsil naziri 
Misir  Mərdanov,  BDU-nun  rektoru  Abel  Məhərrəmov,  univer-
sitetin  Elmi  Şurasının  üzvləri  hərarətlə  qarşıladılar. Mehriban 
xanıma gül dəstəsi təqdim olundu.  
Prezident  İlham  Əliyev  açılışı  bildirən  lenti  kəsdi  və  yeni 
tədris korpusu ilə tanış oldu. 
Binanın foyesində ümummilli lider Heydər Əliyevin təhsilin 
inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmış-
dır.  
Yeni korpusun inşasına 1991-ci ildə başlanılsa da, sonradan 
burada  işlər  dayandırılmışdı.  Əsas  inşaat  işləri  2006-cı  ildən 
davam  etdirilmişdir.  Həmin  il  tikinti  üçün  büdcədən  600  min 
manat,  2007-ci  ildə  2,5  milyon  manat  vəsait  ayrılmışdı.  Prezi-
dent  İlham  Əliyevin  «Bakı  Dövlət  Universitetinin  yeni  tədris 
korpusunun  tikintisi  ilə  bağlı  bəzi  tədbirlər  haqqında»  2008-ci 
il 20 may tarixli Sərəncamına əsasən korpusun inşası üçün 4,6 
milyon manat əlavə vəsait ayrılmışdır.  
Bakı Dövlət Universitetinin sonuncu korpusu 20 il əvvəl isti-
fadəyə  verilmişdi.  Sonralar  açılan  yeni  fakültələr,  kafedralar, 
elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbə-


 
191 
lərin  sayının  ciddi  şəkildə  artması  yeni  korpusun  tikilməsi 
zərurətini yaratmışdı.  
15 min kvadratmetr ərazisi olan 10 mərtəbəli yeni tədris kor-
pusunda 300-dən  çox otaq, o cümlədən 220 auditoriya  vardır. 4 
mindən  çox  tələbənin  təhsili  üçün  hər  cür  şərait  yaradılmış, 
bütün  kabinetlər  mebel  dəsti,  lazımi  avadanlıqla  təchiz  edil-
mişdir.  Burada  universitetin  3  fakültəsi  –  tarix,  mexanika-
riyaziyyat,  tətbiqi  riyaziyyat  və  kibernetika  fakültələri  yerləş-
mişdir. 
Prezident  İlham  Əliyev  337  yerlik  akt  salonuna  baxdı. 
Mərasimlərin, elmi toplantıların keçirilməsi üçün nəzərdə tutu-
lan akt salonu orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. 
Dövlət  başçısı  universitet  poliklinikasında  yaradılan  şəraitlə, 
yeməkxana  ilə  də  tanış  oldu.  Poliklinika  ən  yüksək  standartlara 
cavab  verən  müasir  avadanlıqla  təchiz  olunmuş,  lazımi  tibbi 
xidmət göstərilməsi üçün burada hər cür şərait yaradılmışdır.  
Sonra  dövlət  başçısı  tarix  fakültəsinin  yerləşdiyi  mərtəbədə 
oldu, 200 nəfərlik akt salonuna baxdı. Fakültədə ulu öndər Hey-
dər Əliyevə həsr edilmiş fotoguşə də yaradılmışdır. 
Prezident  tətbiqi  riyaziyyat  və  kibernetika  fakültəsinin  yer-
ləşdiyi  mərtəbədə  tətbiqi  analizin  riyazi  üsulları  kafedrasında, 
kompyuter mərkəzində yaradılan şəraitlə  maraqlandı. Bildirildi ki, 
mərkəzdəki kompyuterlərin hamısı internetə qoşulmuşdur. 
Yeni korpusun istifadəyə verilməsi ilə BDU-nun korpusları-
nın ümumi sahəsi 40 min kvadratmetrdən 55 min kvadratmetrə 
çatmışdır.  
Sonra  tədris  korpusunun  açılışına  həsr  edilmiş  mərasim 
oldu. 
Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi  
 
Əziz dostlar!  
Əziz tələbələr! 
Əziz müəllimlər! 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə