İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə53/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   49   50   51   52   53   54   55   56   ...   100

 
199 
 
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 
İLHAM ƏLİYEVİN  
MOSKVAYA İŞGÜZAR SƏFƏRİ  
 
15 sentyabr 2008-ci il  
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın 15-də Moskvaya işgüzar səfərə yola düşmüşdür.  
Azərbaycan prezidentini Heydər Əliyev Beynəlxalq Aeropor-
tunda  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra  Aparatının 
rəhbəri  Ramiz  Mehdiyev,  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 
başçısı Hacıbala Abutalıbov yola saldılar. 
 
                            * * *  
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın 15-də Moskvaya işgüzar səfərə gəlmişdir. 
Azərbaycan  prezidentini  Vnukovo  hava  limanında  Rusiya 
Federasiyasının  yüksək  vəzifəli  dövlət  və  hökumət  nümayən-
dələri böyük hörmət və ehtiramla qarşıladılar.  
 
 


 200 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ RUSİYA PREZİDENTİ  
DMİTRİ MEDVEDEVİN TƏKBƏTƏK GÖRÜŞÜ  
 
16 sentyabr 2008-ci il  
 
Sentyabrın  16-da  Moskva  vilayətindəki  «Mayendorf» 
qəsrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
və  Rusiya  Federasiyasının  Prezidenti  Dmitri  Medvedevin 
təkbətək görüşü olmuşdur. 
D m i t r i   M e d v e d e v: Hörmətli İlham Heydər oğlu! 
Sizi  Moskvada  salamlamağa  şadam.  Bu,  bir  daha  görüşmək, 
münasibətlərimizin  inkişafında  işlərin  indiki  vəziyyətini 
müzakirə  etmək  üçün  yaxşı  imkandır.  Rusiya–Azərbaycan 
münasibətləri  çox  dinamik  inkişaf  edir,  biz  bu  tərəfdaşlıqdan 
razıyıq.  Mənim  Bakıya  rəsmi  səfərim  zamanı  Sizinlə  birlikdə 
nəzərdə  tutduğumuz  məsələlərin,  demək  olar  ki,  hamısı  yerinə 
yetirilir.  Ümid  edirəm  ki,  Sizinlə  razılaşdığımız  kimi,  bu  ilin 
sonuna  qədər  əmtəə  dövriyyəsinin  həcmini  2  milyard  dollara 
çatdıra  biləcəyik.  Hərçənd,  indi  dünyada  iqtisadiyyat  sahəsində 
vəziyyət o qədər də sadə deyildir. Sevindirici cəhət odur ki, bizim 
münasibətlərimiz konyuktur xarakter daşımır.  
Humanitar  sahədə  Sizinlə  razılaşdığımız  yaxşı  nümunələr 
çoxdur.  Yadımdadır  ki,  lap  yaxın  vaxtlarda  Bakıda  Moskva 
Dövlət  Universitetinin  filialı  açılacaqdır.  Bu  da  çox  yaxşı 
hadisədir.  Təbii  ki,  Gürcüstanın  təcavüzündən  sonra  Qafqaz 
regionunda  yaranmış  problemlərlə  əlaqədar  bəzi  məqamları  də-
qiqləşdirməliyik.  Bu  hadisələrdən  sonra  Sizinlə  görüşməmişik, 
beynəlxalq vəziyyətin inkişafını müzakirə etməmişik. Zənnimcə, 
münasibətlərimizin  və  bütövlükdə  Qafqazda  vəziyyətin  sabit  və 
müsbət  istiqamətdə  inkişafında  ölkələrimizin  maraqlı  olması 


 
201 
nəzərə  alınmaqla,  bu  məsələləri  müzakirə  etmək  çox  faydalı 
olacaqdır. Sizi görməyimə şadam.  
İ l h a m   Ə l i y e v: Sağ olun, Dmitri Anatolyeviç. Məni 
Moskvaya  səfərə  dəvət  etdiyiniz  üçün  sağ  olun.  Sizin  qeyd 
etdiyiniz  kimi,  bizim  görüşlərimiz  intensiv  xarakter  daşıyır.  
Sizinlə bu yaxınlarda, Azərbaycana rəsmi səfəriniz çərçivəsində 
görüşmüşdük. Azərbaycanda hamı xüsusi qeyd edir ki, bu Sizin 
Rusiya prezidenti vəzifəsində ilk rəsmi səfərlərinizdən biri idi. 
Bu  faktın  özü  də  dövlətlərimiz  arasında  münasibətlərin 
xarakterini və ruhunu göstərir.  
Biz  münasibətlərimizin  inkişafından  çox  razıyıq.  Bu 
münasibətlər  çox  geniş  spektrli  olub,  həm  fəal  siyasi  qarşılıqlı 
əlaqələri, həm də iqtisadi əlaqələri əhatə edir. Sizin qeyd etdiyiniz 
kimi, əmtəə dövriyyəsi çox sürətlə artır və çox sevindirici haldır ki, 
onun  strukturu  da  yaxşılaşır.  Biz  humanitar  sahədə  nəzərdə 
tutduğumuz  tədbirləri  həyata  keçiririk.  Deməliyəm  ki,  Moskva 
Dövlət  Universitetinin  Bakı  filialı  artıq  açılmışdır.  Bu  ilin 
əvvəlində  mən  bu  barədə  sərəncam  vermişdim  və  artıq  filiala 
tələbə qəbulu aparılmışdır. Yəni MDU-nun Bakıdakı filialı 2008-ci 
ildən  mövcuddur.  Bu  onu  göstərir  ki,  biz  nəzərdə  tutduğumuz 
məsələləri  operativ  şəkildə  həll  edirik  və  Sizin  Bakıya  səfəriniz 
çərçivəsində  nəzərdə  tutulan,  Dostluq  və  strateji  tərəfdaşlıq 
haqqında Birgə  Bəyannamədə  öz  əksini  tapmış  bütün məsələlər 
həyata keçirilir.  
İnanıram  ki,  münasibətlərimizin  səmərəli  inkişafı  davam 
edəcək,  bu  münasibətlər  yeni  məzmun  və  yeni  formalar  kəsb 
edəcəkdir.  Bizim  regionda  sülhün,  sabitliyin  bərqərar  olması, 
gələcəyin  proqnozlaşdırıla  bilməsi  üçün  qüvvələrin  birləş-
dirilməsi  çox  vacibdir.  Bizim  münasibətləri  fərqləndirən  cəhət 
proqnozlaşdırıla  bilən  xarakterli  olmasıdır.  Bu  münasibətlər 
dostluq,  mehriban  qonşuluq  xarakteri  daşıyır  və  biz  onların 
inkişafından  çox  razıyıq.  Bizim  tez-tez  görüşməyimiz  də, 
ümumiyyətlə,  əlaqələrimizin  mahiyyətini  əks  etdirir.  Dəvət 
üçün  bir  daha  sağ  olun,  ümid  edirəm  ki,  bizim  səmərəli 
əməkdaşlığımız davam edəcəkdir.  


 202 
 
 
 
DÖVLƏT BAŞÇILARININ BƏYANATLARLA 
ÇIXIŞLARI 
 
Sentyabrın  16-da  Azərbaycan  və  Rusiya  prezidentləri 
təkbətək görüş başa çatdıqdan sonra mətbuat üçün bəyanatlarla 
çıxış etmişlər.  
 
Rusiya prezidenti Dmitri Medvedevin bəyanatı  
 
Hörmətli həmkarlar!  
Hörmətli xanımlar və cənablar! 
Mən  hörmətli  qonağımız,  Azərbaycan  prezidenti  İlham 
Heydər  oğlu  Əliyevin  səfəri  ilə  əlaqədar  bir  neçə  söz  demək 
istəyirəm.  Əvvəla,  İlham  Heydər  oğlunu  bir  daha  salamlamaq 
və  ona  təşəkkürümü  bildirmək  istəyirəm  ki,  biz  bu 
məsləhətləşmələri  Azərbaycanın  həyatında  kifayət  qədər 
mühüm bir dövrdə aparırıq. Artıq prezident seçkiləri başlanır və 
çox  yaxşı  haldır  ki,  İlham  Heydər  oğlu  cari  vəziyyəti,  bizim 
ikitərəfli  münasibətlərimizi,  beynəlxalq  problemləri  müzakirə 
etmək üçün Moskvaya gəlməyə vaxt tapmışdır.  
Təbii ki, biz Rusiya–Azərbaycan  iqtisadi, sosial, humanitar 
münasibətlərinin inkişafı barədə danışdıq. Beynəlxalq məsələlər 
haqqında  da  söhbət  etdik.  Əlbəttə,  mən  bir  müddət  əvvəl 
Qafqazda  baş  vermiş  böhranla  əlaqədar  informasiya 
mübadiləsini  nəzərdə  tuturam.  Mən  Cənubi  Qafqazda 
təhlükəsizliyin  təmin  edilməsi  məqsədi  ilə  Rusiyanın  atdığı 
addımlar  barədə  İlham  Heydər  oğluna  ətraflı  məlumat  verdim 
və hesab edirəm ki, bütün məsələlərdə Rusiya ilə Azərbaycanın 
fəal  qarşılıqlı  əlaqələri  regionda  təhlükəsizliyin  və  sabitliyin 
təmin edilməsi üçün əsas amillərdən biridir.  
Danışıqların  gedişində  biz  işgüzar  əməkdaşlıq,  hazırda 
xüsusi  əhəmiyyət  kəsb  edən  məsələlər  üzərində  də  dayandıq. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə