206
olan hər şeyi edəcəyik. Heç şübhəsiz, bu baxımdan humanitar
sahə ilə bağlı məsələlər də çox böyük əhəmiyyət kəsb edir.
Dmitri Anatolyeviçin qeyd etdiyi kimi, Azərbaycanda rus
dilinə, rus mədəniyyətinə çox qayğıkeş münasibət bəslənir və
bu münasibət təkcə sözdə deyil, əməli işdə də özünü göstərir.
Bəlkə də bu məsələlər geniş ictimaiyyətə həmişə məlum olmur,
ola bilsin ki, biz indi piar deyilən məsələ ilə o qədər də fəal
məşğul olmuruq, lakin hesab edirik ki, ən yaxşısı öz işini
vicdanla və namusla görməkdir, informasiya isə hər bir halda öz
oxucusunu tapacaqdır.
Mən bu dəvətə görə, yenə də bütün məsələləri çox açıq,
səmimi, yoldaşcasına müzakirə etməyə imkan verən şəraitin
yaradılmasına görə Rusiya prezidentinə bir daha təşəkkür etmək
istəyirəm. Bu cür müzakirələr bizim münasibətlərimizin ruhunu
və xarakterini əks etdirir.
Sağ olun.
207
RUSİYA HÖKUMƏTİNİN SƏDRİ VLADİMİR
PUTİNLƏ GÖRÜŞ
16 sentyabr 2008-ci il
Sentyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev
Moskvada Rusiya hökumətinin Qəbullar evində RF Höku-
mətinin sədri Vladimir Putinlə görüşmüşdür.
Rusiya hökumətinin sədri Vladimir Putin Azərbaycan
dövlətinin başçısını salamlayaraq dedi:
– Hörmətli İlham Heydər oğlu, hörmətli həmkarlar. Sizi
salamlamağıma çox şadam. Mənə çox xoşdur ki, Siz köhnə
dostlarınızı unutmursunuz. Sağ olun. Əminəm ki, biz iqtisadi
əlaqələrimizin inkişafı haqqında söhbət edə biləcəyik. Lakin
demək istəyirəm ki, bizim dövlətlərarası münasibətlərimiz
həqiqətən yüksələn xətlə inkişaf edir. Mən iqtisadi sahədə nail
olduğumuz inkişaf sürətinə ən yüksək qiymət verirəm, elə siyasi
sahədə də biz daim əlaqə saxlayırıq.
Bildiyiniz kimi, bu yaxınlarda biz Sizin atanızın – Azərbay-
can prezidentinin, keçmiş Sovet İttifaqının və Azərbaycan
Respublikasının görkəmli dövlət xadiminin 85 illik yubileyini
birlikdə qeyd etdik. Xatırlatmaq istəyirəm ki, Sizin atanız
dövlətlərarası münasibətlərimizin inkişafına çox böyük töhfə
vermişdir. Biz çox ümid edirik ki, vaxtilə əvvəlki prezident
tərəfindən təməli qoyulmuş müsbət işlər bu gün də, gələcəkdə
də çoxalacaqdır.
Mən bunu yaxşı bilirəm və biz görürük ki, son illərdə
Azərbaycanın xarici siyasətinin Rusiya istiqamətində varisliyi
təmin edilmişdir və biz belə hesab edirik ki, siyasi səviyyədə
toplanmış müsbət nə varsa, qarşılıqlı iqtisadi əlaqələrə
çevrilməlidir. İndi dünya maliyyə bazarlarında, dünya iqtisa-
208
diyyatında rəqabətin kifayət qədər geniş miqyas aldığını
gördüyümüz bir vaxtda bu xüsusilə aktualdır.
Hazırda dünya bazarlarından alınan məlumatlar sadəcə
olaraq təşviş doğurur. Biz həmin bazarlarda nələr baş verdiyini
görürük. Qərbin, demək olar ki, bütün bazarlarında tənəzzül
müşahidə olunur. Bu, heç şübhəsiz, bizim iqtisadiyyata da bu və
ya digər dərəcədə təsir göstərir, çünki iqtisadiyyatımız qlobal
dünya iqtisadiyyatının tərkib hissəsidir. Lakin Rusiya
Azərbaycan üçün olduğu kimi, Azərbaycan da bizim üçün
həmişə etibarlı tərəfdaş olmuşdur və belə olaraq qalır. Sizə
demək istəyirəm ki, dünya iqtisadiyyatında baş verən bu
mürəkkəb hadisələrdən biz sakit ötüşəcəyik. Rusiyanın maliyyə
bazarlarında likvidliyi dəstəkləmək üçün təkcə bu gün Maliyyə
Nazirliyi 150 milyard rubl, Mərkəzi Bank isə 325 milyard rubl
yerləşdirmişdir. Maliyyə Nazirliyi sabah yerləşdiriləcək
məbləği iki dəfədən çox artıraraq 350 milyard rubla çatdırmaq
niyyətindədir. Hazırda Maliyyə naziri və Mərkəzi Bankın sədri
Rusiyanın ən iri banklarının rəhbərləri ilə gələcək birgə
fəaliyyəti müzakirə edirlər. Biz şübhə etmirik ki, son illərdə
Rusiya iqtisadiyyatında yaradılmış təhlükəsizlik «yastıqları» öz
səmərəsini verəcəkdir. Hazırda biz Mərkəzi Bank tərəfindən
uzunmüddətli
təsir
vasitələrinin
tətbiq
edilməsinin
mümkünlüyünü də öyrənirik. Bizim bu cür praktikamız var. Biz
səliqə ilə, düşünülmüş şəkildə hərəkət edəcəyik.
Mən Azərbaycan iqtisadiyyatındakı müsbət artım meyillərini
nəzərə alaraq bilirəm ki, bu nəinki MDB məkanı üçün, hətta
dünya miqyasında rekorddur – keçən il Azərbaycan
iqtisadiyyatında 25 faiz, bu il 18 faiz artım olmuşdur. Bizdə bu
ilin birinci yarısında iqtisadi artım 8 faiz, bütövlükdə keçən il
8,1 faiz olmuşdur. Bu, sabitlik elementidir və biz, əlbəttə, ondan
istifadə etməliyik. Təbii ki, bu şəraitdə Müstəqil Dövlətlər
Birliyinin üzvü olan ölkələr arasında iqtisadi münasibətlərə
tələbat daha çoxdur, kooperasiyanın dərinliyi və bizim qarşılıqlı
əlaqələrimizin dərəcəsi bunu tələb edir. Sizi görməyimizə çox
şadıq. Zənnimcə, lazımi vaxtda biz Moskvada görüşəcəyik.
209
Prezident İlham Əliyev Rusiya hökumətinin başçısına
müraciətlə dedi:
– Sağ olun, Vladimir Vladimiroviç. Mən də Sizi görməyimə
və ikitərəfli münasibətlərimiz, regional əməkdaşlıq haqqında,
eləcə də ölkələrimizin iqtisadi uğurları və yeni birgə layihələrin
imkanları barədə bir daha fikir mübadiləsi aparmaq imkanına
görə çox şadam.
Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlər
çox müsbət şəkildə inkişaf edir. Biz bunu çox yüksək
qiymətləndiririk. Onu da qeyd etmək istəyirəm ki, ölkələrimiz
arasında müasir münasibətlərin əsasını Siz və Azərbaycan pre-
zidenti Heydər Əliyev qoymuşsunuz. Mən bunu çox yaxşı
xatırlayıram. Sizin ilk görüşünüz, sonra isə Sizin Azərbaycana
səfəriniz – bu, Rusiya prezidentinin bizim ölkəyə ilk rəsmi
səfəri idi – ölkələrimiz arasında münasibətlərin inkişafının əsas
mərhələləri oldu, bundan sonra biz çox böyük tərəqqinin şahidi
olduq. İndi, o vaxtdan 8 il keçəndən sonra biz Rusiya ilə
Azərbaycan arasında bütün sahələri əhatə edən, çox dinamik
inkişaf edən münasibətlərin bütün bəhrələrindən istifadə edirik.
Əlbəttə, Moskvada Heydər Əliyevin xatirəsinə göstərilən
münasibət – onun yubileyinin keçirilməsi, eləcə də Baykal–
Amur dəmir yolunun stansiyalarından birinə onun adının
verilməsi, bununla əlaqədar çox səmimi mərasim keçirilməsi
Azərbaycanda bizim hamımız üçün çox dəyərlidir. Bütün bunlar
Azərbaycanda çox yüksək qiymətləndirilir.
Bizim ölkələr arasında münasibətlər təkcə siyasi maraqlar
xarakteri daşımır, bu münasibətlər həm də çox səmimi, ürəkdən
gələn münasibətlərdir və münasibətlərimizin tarixini və
xalqlarımızın yanaşı yaşamaq ənənələrini əks etdirir. Əminəm
ki, gələcəkdə biz birgə səylərimizlə bu münasibətləri daha da
genişləndirəcəyik. Bizim aramızda çox fəal siyasi dialoq var.
Sizinlə çoxsaylı görüşlərimizi xatırlayıram. Bu gün Rusiya
siyasətində də Azərbaycana münasibətdə varislik qorunub
saxlanır. Ona görə də biz paralel yollarla gedirik və bu bizim
uğurlarımızın rəhnidir.
Dostları ilə paylaş: |