İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə58/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   54   55   56   57   58   59   60   61   ...   100

 
219 
Sizi  qarşıdan  gələn  gözəl  bayram  münasibətilə  bir  daha 
ürəkdən  təbrik  edirəm.  Sizə  cansağlığı  və  xoşbəxtlik  arzu-
layıram. 
İraqın  Azərbaycandakı  səfiri  Ərşad  Ömər  İsmayıl  döv-
lətimizin başçısını səfirlər adından təbrik edərək dedi:  
–  Cənab  Prezident,  icazə  verin,  sözümü  Sizə  Azərbaycan 
dilində deyim. 
Azərbaycan  Respublikasının  Prezidenti  zati-aliləri  cənab 
İlham Əliyev! 
Hörmətli cənab Prezident! 
Azərbaycan  Respublikasında  akkreditə  olunmuş  islam 
dövlətlərinin  səfirləri,  nümayəndələri  adından  və  şəxsən  öz 
adımdan  böyük  fərəh  hissi  ilə  Sizi  müqəddəs  Ramazan  ayı  və 
qarşıdan  gələn  Ramazan  bayramı  münasibətilə  təbrik  edirəm. 
Zati-alinizə  davamlı  müvəffəqiyyət  və  bütün  Azərbaycan 
xalqına  tərəqqi  arzulayıram.  Fürsətdən  istifadə  edərək  zati-
alinizə  bu  mübarək  bayram  münasibətilə  islam  dövlətlərinin 
səfirlərini  qəbul  etdiyiniz  üçün  dərin  minnətdarlığımızı 
bildirmək istəyirəm. 
Cənab  Prezident,  icazə  verin,  Azərbaycanın  bütün  Qafqaz 
regionunun  iqtisadi  və  mədəni  mərkəzinə  çevrilməsinin  şahidi 
olduğumuza görə dərin razılığımızı və fəxr etdiyimizi bildirim. 
Biz  Azərbaycanda  neft  və  qeyri-neft  sahələrinin  inkişafına 
gətirib  çıxarmış  və  güclü  iqtisadiyyatın  düzgün  əsaslarının 
möhkəmləndirilməsi  məqsədilə  həyata  keçirilən  siyasət, 
islahatlar  nəticəsində  bütün  sahələrin  tərəqqi  etdiyi  bir  dövrdə 
yaşayırıq.  
Azərbaycan  son  dörd  ildə  iki  dəfədən  çox  iqtisadi  artım 
səviyyəsinə görə dünya ölkələri arasında birinci yerə çıxmışdır.  
Öz növbəsində, Azərbaycanda hökm sürən sabitlik və təhlü-
kəsizlik də bütün Qafqaz regionunda onun əhəmiyyətini artırır. 
Müsəlman  dövlətləri  hər  zaman  və  hər  yerdə  Azərbaycanı 
dəstəkləyərək  Dağlıq  Qarabağ  məsələsinin  Azərbaycanın  ərazi 
bütövlüyü  çərçivəsində,  beynəlxalq  hüquq  normalarına  riayət 


 220 
edilməklə bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurd-
yuvalarına qaytarılması yolu ilə həllinə çağırır.  
Biz  hamımız  şahidik  ki,  Sizin  müdrik  rəhbərliyiniz  altında 
Azərbaycan  dini  tolerantlığın  və  sivilizasiyalar  arasında 
dialoqun ən bariz nümunəsinə çevrilmişdir.  
Cənab  Prezident,  bu  mübarək  günlər  və  qarşıdan  gələn 
Ramazan  bayramı  münasibətilə  Sizə  bir  daha  ən  səmimi 
təbriklərimizi  yetirirəm.  Qadir  Allahdan  bütün  qardaş  Azər-
baycan  xalqına  və  bütün  islam  aləminə  tərəqqi,  rifah,  sülh, 
müvəffəqiyyətlər diləyirik. 
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu! 
 
 
 
 


 
221 
 
 
 
AŞPA-nın AZƏRBAYCANDA PREZİDENT 
SEÇKİLƏRİNİN MÜŞAHİDƏ OLUNMASI ÜZRƏ 
XÜSUSİ KOMİTƏSİNİN SEÇKİQABAĞI 
MİSSİYASININ BAŞÇISI ANDRES HERKELİN 
RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ 
İLƏ GÖRÜŞ   
 
Prezident sarayı 
 
17 sentyabr 2008-ci il  
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  17-də  Avropa  Şurası  Parlament  Assambleyasının 
Azərbaycanda  keçiriləcək  prezident  seçkilərinin  müşahidə 
olunması  üzrə  Xüsusi  Komitəsinin  seçkiqabağı  missiyasının 
başçısı  Andres  Herkelin  rəhbərlik  etdiyi  nümayəndə  heyətini 
qəbul etmişdir. 
Görüşdə  Azərbaycan  Respublikasında  qarşıdan  gələn 
prezident  seçkilərinə  hazırlıq  məsələləri  ilə  bağlı  fikir  müba-
diləsi aparılmışdır.  
 
 
 
 
 
 


 222 
 
 
 
HÜSEYN CAVİD PARKINDA APARILAN  ƏSASLI 
BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ 
TANIŞLIQ  
 
    17 sentyabr 2008-ci il  
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  17-də 
paytaxtdakı  Hüseyn  Cavid  parkında  aparılmış  əsaslı  bərpa  və 
yenidənqurma işləri ilə tanış olmuşdur. 
Görkəmli ədibin adını daşıyan park dövlətimizin başçısının Bakı 
şəhərində  parkların  və  xiyabanların  əsaslı  təmiri  və  yenidən 
qurulması  ilə  bağlı  verdiyi  tapşırıqlara  əsasən  abadlaşdırılmışdır. 
İki  hektardan  artıq  ərazini  əhatə  edən  parkda  qısa  vaxt  ərzində 
əhalinin istirahəti üçün ən müasir şərait yaradılmışdır.  
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 
görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verərək 
bildirdi  ki,  Hüseyn  Cavidin  parkda  ucaldılmış  abidəsi  də  yeni 
görkəm  almışdır.  Parkın  ərazisində  mina  texnologiyasından 
istifadə edilməklə Təbriz memarlığına xas naxışlarla bəzədilmiş 
unikal  «qızıl  fəvvarə»  quraşdırılmışdır.  Abidə  ilə  onun 
arasındakı  ərazidə  isə  Kanada  mütəxəssislərinin  layihəsi 
əsasında  50  metr  uzunluğu,  15  metr  eni  olan  musiqili  fəvvarə 
quraşdırılmışdır.  Fəvvarələrin  ətrafına  və  hovuzlarına  qranit, 
ağ  mərmər  döşənmişdir.  Şəhər  sakinlərinin  zövqünü  oxşayan 
parkda  təzə  oturacaqlar  qoyulmuş,  yeni  yaşıllıq  zolaqları 
salınmış və bəzək kolları əkilmişdir. 
Dövlətimizin  başçısı  parkın  ərazisini  gəzdi,  yaradılan 
şəraitlə  yaxından  tanış  oldu,  parka  gəzintiyə  çıxmış  sakinlərlə 
görüşüb söhbət etdi.  
Sonra  prezident  İlham  Əliyev  Milli  Elmlər  Akademiyasının 
qarşısındakı  bağa  baxdı,  burada  da  abadlıq  və  yenidənqurma 
işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlarını verdi. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə