246
oturacaqlar parka əlavə gözəllik verir. Konsert üçün açıq səhnə
quraşdırılmışdır.
Parkın ərazisində ana və uşaqlar üçün kafe, yaşlıların asudə
vaxtının səmərəli təşkili üçün mərkəz də yaradılmışdır.
Gələcəkdə müxtəlif karusellər quraşdırılacaq, şou-əyləncə
mərkəzi yaradılacaqdır.
Dövlətimizin başçısı və xanımı akademik Zərifə xanım
Əliyevanın parkdakı büstü önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev parkda yaradılan şəraiti yüksək
qiymətləndirdi və insanların asudə vaxtlarını səmərəli keçir-
məsi, mədəni istirahəti üçün bu cür guşələrin zəruri olduğunu
bildirdi.
Akademik Zərifə Əliyeva adına
Qızlar liseyinin açılışı
Sentyabrın 19-da Zaqatala şəhərində akademik Zərifə
Əliyeva adina Qızlar liseyinin açılışı olmuşdur.
Prezident İlham Əliyevi təhsil işçiləri, liseyin kollektivi
hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və liseylə
tanış oldu. Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş 500
şagird yerlik lisey binasının təməli 2007-ci ildə qoyulmuşdur.
İkimərtəbəli binanın ümumi sahəsi 5100 kvadratmetrdir.
Burada 50 otaq, o cümlədən 9 sinif otağı, 15 fənn kabineti,
kompyuter otağı, habelə akt və idman zalları vardır. Binanın
həyətində idman meydançası da tikilmişdir. Binanın ayrıca
qazanxanası, nasos stansiyası, iki su anbarı vardır.
Prezident İlham Əliyev liseyin kollektivini bu gözəl təhsil
ocağının açılışı münasibətilə təbrik etdi.
Liseyin həm xarici, həm də daxili görünüşünün gözəl
olduğunu bildirən dövlətimizin başçısı burada şagirdlərin yaxşı
təhsil almaları üçün müasir şəraitin yaradıldığını söylədi.
Prezident İlham Əliyev liseyin kollektivi ilə xatirə şəkli
çəkdirdi.
247
Prezident İlham Əliyev Zaqatala şəhər
stadionunda olmuşdur
Sentyabrın 19-da Zaqatala rayonunda şəhər stadionunun
açılış mərasimi olmuşdur.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak
etmişdir.
Dövlətimizin başçısı stadionun rəmzi açılışını bildirən lenti
kəsdi.
Çoxfunksiyalı stadion Zaqatala şəhərinin Qaladüzü
ərazisində 2,3 hektar sahədə, tam yararsız vəziyyətə düşmüş
keçmiş şəhər stadionunun yerində tikilmişdir.
Stadionun işçi layihə sənədləri «General Constructions»
şirkətinin sifarişi ilə Bolqarıstanın «Dynamic Resouce»
şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. İnşaat işləri
Baş podratçı Xəzər Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi
tərəfindən yüksək səviyyədə yerinə yetirilmişdir.
Yerli və xarici subpodratçı şirkətlərin də iştirak etdikləri
tikinti işlərinə 2006-cı ildə başlanılmış və 2008-ci ilin
avqustunda başa çatdırılmışdır. Kompleksin tikintisinə 10 mil-
yon manat vəsait xərclənmişdir. Çox da böyük olmayan ərazidə
UEFA-nın tələblərinə uyğun olaraq, beynəlxalq səviyyəli
oyunların keçirilməsi üçün 3500 yerlik, o cümlədən xüsusi
qonaqlar üçün 181 yerlik birtərəfli tribunalar, ölçüləri 105x68
metr olan süni örtüklü əsas oyun, təbii örtüklü məşq
meydançaları, müasir işıqlandırma qurğuları, elektron suvarma
sistemləri, drenaj, yüngül atletika üçün qaçış yolları, elektron
məlumat tablosu, əlillər üçün rampa və sanitariya qovşağı,
biletlərin satış kassaları və yanğınsöndürmə maşınları üçün
meydança, 300 kubmetrlik ehtiyat su anbarı, nasosxana və fərdi
qazanxana tikilib istifadəyə verilmişdir.
Tikintidə ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Hollandiya,
Türkiyə, İtaliya və digər ölkələrdən gətirilmiş tikinti material-
larından, avadanlıq və qurğulardan istifadə olunmuşdur.
248
Kompleksin birinci mərtəbəsi yalnız komandalar, həkimlər
və məşqçilər üçün nəzərdə tutulmuşdur. Burada hər bir ko-
manda üçün soyunub-geyinmə otaqları, sanitariya qovşaqları,
masaj, həkim otaqları, dopinq laboratoriyası və jurnalistlər
üçün otaq vardır. İkinci mərtəbədə internet-kafe, bar, xüsusi
qonaqlar üçün kafe, üçüncü mərtəbədə isə jurnalistlər üçün
lojalar, şərhçi otaqları yerləşir.
Prezident İlham Əliyev stadionla tanış oldu, futbol üzrə
respublika çempionatında çıxış edən Zaqatalanın «Simurq»
komandasının oyunçularını stadionun açılışı münasibətilə
təbrik edərək onlara qələbələr arzuladı.
249
ZAQATALA HAVA LİMANININ
AÇILIŞI
19 sentyabr 2008-ci il
Sentyabrın 19-da Zaqatala hava limanının təntənəli açılış
mərasimi olmuşdur.
Mərasimə toplaşan aviatorlar və rayon ictimaiyyətinin
nümayəndələri dövlətimizin başçısını və xanımı Mehriban
Əliyevanı hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə hava limanı ilə tanış oldu.
«Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir
Əsgərov məlumat verdi ki, hava limanının tikintisinə dövlətimi-
zin başçısının 2006-cı ildə bölgəyə səfərindən sonra başlanıl-
mışdır. Şəhərdən 5 kilometr cənubda yerləşən hava limanının
ümumi sahəsi 70 hektardan çoxdur. Müasir üslubda inşa edilən
və ümumi sahəsi 3600 kvadratmetr olan dördmərtəbəli
aerovağzal binasının birinci mərtəbəsində gözləmə salonu,
sərnişinlərin qəbul otağı, ana və uşaq otağı, konfrans salonu,
ikinci mərtəbədə isə inzibati otaqlar yerləşir. Binanın üçüncü
mərtəbəsində texniki avadanlıq quraşdırılmışdır. Son mərtəbədə
isə uçuşları idarəetmə qülləsi yerləşir. Aerovağzal binası
birinci dərəcəlidir və saatda 100–120 sərnişinə xidmət gös-
tərmək imkanı var. Burada sərnişinlərin rahatlığı üçün hər cür
şərait yaradılmış, 120 nəfər işlə təmin olunmuşdur.
Hava limanının ərazisində nəzarət-buraxılış məntəqəsi,
transformator, yardımçı stansiya, yanğınsöndürmə binası, su
anbarı, qazanxana və digər tikililər də inşa edilmişdir. Uçuş-
enmə zolağının uzunluğu 2200 metrdir.
Dövlət vəsaiti hesabına inşa edilən Zaqatala hava limanının
tikintisini «AZVİRT» MMC və Türkiyənin «ZEMA» şirkətinin
inşaatçıları həyata keçirmişlər. Tikinti işlərinin qızğın çağında
burada 500-dən çox adam çalışmışdır. Hava limanı Fransada
Dostları ilə paylaş: |