İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə64/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   60   61   62   63   64   65   66   67   ...   100

 240 
Prezident  İlham  Əliyevin  sərəncamı  ilə  latın  qrafikası  ilə 
nəşr  olunmuş  kitablardan  bu  elektron  kitabxanaya  da  hədiyyə 
edilmişdir.  
Bu  cür  kitabxanaların  yaradılmasını  yüksək  qiymətləndirən 
dövlətimizin  başçısı  burada  insanların  biliklərini  artırmaları 
üçün gözəl şəraitin olduğunu bildirdi.  
 
 İdman kompleksinin tikintisi ilə tanışlıq 
 
Sentyabrın 19-da prezident İlham Əliyev Balakən idman 
kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. 
Dövlətimizin  başçısı  kompleksin  layihəsinə  və  şəkillərdən 
ibarət guşəyə baxdı.  
Gənclər  və  İdman  naziri  Azad  Rəhimov  məlumat  verdi  ki, 
nazirliyin  sifarişi  ilə  tikilən  kompleksin  layihəsini  Fövqəladə 
Hallar Nazirliyinin nəzdindəki «Azərkommunallayihə» İnstitutu 
hazırlamışdır.  
İnşaat işləri bu il başlanmışdır. Kompleksdə 1500 tamaşaçı 
yeri  olan  futbol  stadionu,  voleybol,  mini  futbol,  basketbol 
meydançaları,  bir  sıra  idman  növləri  ilə  məşğul  olmaq  üçün 
salonlar, soyunub-geyinmə otaqları, trenajor salonu, ən müasir 
tələblərə cavab verən üzgüçülük hovuzu olacaqdır. 
İdman  qurğusunun  tikintisini  2009-cu  ildə  başa  çatdırmaq 
nəzərdə tutulur. 
İnşaat işlərinin yüksək keyfiyyətlə aparılmasının zəruriliyini 
bildirən prezident İlham Əliyev bu kompleksin rayonda idmanın 
inkişafına təkan verəcəyini vurğuladı. 
 
     Yeni avtovağzal binasının açılışı  
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  19-da 
Balakəndə yeni avtovağzal binasının açılışında iştirak etmişdir.  
Dövlətimizin  başçısı  açılışı  bildirən  rəmzi  lenti  kəsdi  və 
avtovağzalla tanış oldu.  


 
241 
Şəhərin  Heydər  Əliyev  prospektində  yerləşən  yeni  avtovağzal 
binasının  tikintisinə  2007-ci  ilin  iyununda  başlanılmışdır.  Tikinti 
işlərinə  200  min  manat  vəsait  xərclənmiş  binanın  ümumi  sahəsi 
1100 kvadratmetrdir. Gün ərzində 500 sərnişinə xidmət göstərəcək 
yeni  avtovağzal  binasında  gözləmə  salonu,  kassa,  ana  və  uşaq 
otaqları,  yeməkxana  və  digər  xidməti  otaqlar  vardır.  Burada  25 
nəfər  işlə  təmin  ediləcəkdir.  Prezident  İlham  Əliyev  kassa 
otaqlarına baxdı, avtobusların hərəkət cədvəli ilə tanış oldu. 
Balakən ticarət mərkəzinin açılışı 
 
Sentyabrın 19-da prezident İlham Əliyev Balakən ticarət 
mərkəzinin açılışında  iştirak etmişdir.  
Şəhər  avtovağzalının  yaxınlığında  inşa  edilmiş  ticarət 
mərkəzi  1,82  hektar  sahədə  yerləşir.  2006-cı  ilin  noyabrında 
başlanmış tikinti işlərinə 1,2 milyon manat vəsait xərclənmişdir.  
Ticarət mərkəzi bazar kompleksi, ümumi sahəsi 4800 kvad-
ratmetr  olan  250  mağaza  və  iaşə  obyektlərindən  ibarətdir. 
Həyətində hovuz da tikilmişdir.  
Ticarət  mərkəzində  450  nəfər  daimi  iş  yeri  ilə  təmin  edilə-
cəkdir.  
Prezident  İlham  Əliyev  mərkəzi  gəzdi,  yaradılan  şəraiti 
yüksək  qiymətləndirdi.  İnsanların  işlə  təmin  olunmasının 
zəruriliyini  vurğulayan  dövlətimizin  başçısı  bu  cür  obyektlərin 
əhalinin  həyat  şəraitinin  yaxşılaşmasına,  rahatlığına  kömək 
etdiyini bildirdi. 
 
Balakən Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıq 
 
Sentyabrın  19-da  prezident  İlham  Əliyev  yeni  tikilən 
Balakən  Rayon  Mərkəzi  Xəstəxanasında  inşaat  işlərinin  gedişi 
ilə tanış olmuşdur.  
Xəstəxananın  təməli  2006-cı  il  aprelin  12-də  dövlətimizin 
başçısının  iştirakı  ilə  qoyulmuşdur.  Dövlət  Neft  Şirkətinin  və-
saiti  hesabına  tikilən  və  smeta  dəyəri  20,9  milyon  manat  olan 
235  çarpayılıq  xəstəxana  kompleksində  9  şöbə,  o  cümlədən 


 242 
cərrahiyyə, terapiya, nevrologiya, reanimasiya, doğum və uşaq 
xəstəlikləri  şöbələri  olacaqdır.  Burada  ən  yüksək  standartlara 
cavab  verən  müasir  tibb  aparatları  və  avadanlıqları  quraş-
dırılacaqdır.  «Podratçı»  Rabitəinşaat  MMC-nin  kollektivi  in-
diyədək burada 15 milyon manatlıqdan çox iş görmüşdür. Kom-
pleksin 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 
Prezident İlham Əliyev tikinti işlərinin gedişi ilə maraqlandı 
və  tikintinin  müasir  standartlara  uyğun,  yüksək  səviyyədə  və 
keyfiyyətlə başa çatdırılması barədə tapşırıqlarını verdi. 
     Balakən  konserv zavodunda   
 
Prezident  İlham  Əliyev  sentyabrın  19-da  Balakən  konserv 
zavodunda olmuşdur.  
Dövlətimizin başçısına məlumat verildi ki, 12 hektar ərazidə 
yerləşən  zavod  ümummilli  lider  Heydər  Əliyevin  bilavasitə 
qayğısı ilə 1970-ci ildə fəaliyyətə başlamışdı. Keçən əsrin 80-ci 
illərinin sonunda burada yeni avadanlıq quraşdırılmış, 2002-ci 
ildə zavodun bazasında «Balakən-Konserv» ASC yaradılmışdır.  
2006-cı  ilin  ikinci  yarısından  etibarən  Azərbaycan 
Beynəlxalq  Bankı  tərəfindən  ayrılmış  kredit  hesabına  zavodda 
yenidənqurma  işlərinə,  avadanlığın,  binaların,  qurğuların 
təmirinə  başlanılmışdır.  Zavodun  yenidən  qurulmasına  ümumi 
vəsait qoyuluşu 12 milyon manat təşkil etmişdir.  
Hazırda  zavodda  mürəbbə,  tomat  pastası,  meyvə  şirələri, 
cem istehsalı, fındıq emalı və konsentrat sexlərinin fəaliyyətinin 
bərpası  istiqamətində  iş  gedir.  Bu  sexlərin  işə  düşməsi  il 
ərzində 50 min ton müxtəlif çeşidli kənd təsərrüfatı məhsulunun 
tədarükünə və emalına imkan yaradacaqdır. Şirə, konsentrat və 
fındıq  emalı  sexlərində  yenidənqurma  işləri  tamamlanıb  və 
onlar məhsul istehsalına hazırdır. Zavodda tonluq soyuducu da 
quraşdırılmışdır.  Müəssisənin  fəaliyyətə  başlaması  nəticəsində 
180 nəfər işlə təmin olunacaqdır.  
Prezident  İlham  Əliyev  şirə  sexinin  işə  düşməsini  bildirən 
düyməni basdı. İstehsal prosesini izləyən dövlətimizin başçısına 
«Coca-Cola»  brendi,  «Çappi»,  habelə  Azərbaycanın  yüksək 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə