250
istehsal olunmuş ATR-42 və ATR-72 tipli sərnişin təyyarələrini,
habelə kiçik tutumlu «Qolfstrim» təyyarələrini qəbul edəcəkdir.
Zərurət yaranarsa, daha iri sərnişin və yük təyyarələrini də
qəbul edə biləcəkdir.
Prezident İlham Əliyev aerovağzal binası, nəzarət-buraxılış
məntəqəsi ilə tanış oldu, uçuş-enmə zolağına baxdı.
Aeroportun açılışı münasibətilə bir ATR tipli yeni təyyarə
hava limanına endi. Dövlətimizin başçısı və xanımı təyyarəyə
qalxaraq, onun salonuna baxdılar.
Sonra hava limanının açılışı münasibətilə mərasim keçirildi.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Azərbaycan prezidenti İlham Əliyevin nitqi
Əziz bacılar və qardaşlar!
Əziz dostlar!
Bu gün çox əlamətdar və tarixi bir gündür. Zaqatalada
yeni, gözəl aeroport istifadəyə verilir. Bu münasibətlə
mən sizin
hamınızı ürəkdən təbrik edirəm.
Xatırlayıram, bir müddət əvvəl yeni aeroportun tikilməsi
haqqında qərar veriləndə çox arzulayırdıq ki, aeroport ən gözəl, ən
müasir standartlara cavab versin və sərnişinlər üçün çox gözəl
şərait yaradılsın. Şadam ki, bu gün aeroportla tanış olarkən gördüm
ki, burada həm müasir standartlar, həm də ən gözəl şərait var.
Əminəm ki, bu aeroportun fəaliyyəti zaqatalalılar üçün böyük
hadisə olacaqdır.
Bütövlükdə, Azərbaycanda nəqliyyat sektoruna çox böyük
diqqət göstərilir. Mülki aviasiyanın inkişafı üçün əməli-praktiki
addımlar atılır. Son illər ərzində xarici istehsal olan, xüsusilə
ABŞ və Fransa istehsalı olan 12 ədəd Boinq, Airbus və ATR
təyyarələri alınmışdır. Onlar Azərbaycanda mülki aviasiyanın
inkişafı üçün çox mühüm rol oynayır. Bu yaxınlarda
imzalanmış müqavilələr əsasında daha 8 təyyarə alınacaqdır. Ən
son model olan Boinq-787 təyyarələri də gətiriləcək. Dünyada
ən qabaqcıl texnologiyalar Azərbaycanda tətbiq olunur və
252
yaşayan insanlar Azərbaycanın başqa şəhərləri ilə çox gözəl
əlaqə yaradacaqlar. Bunları biz ona görə edirik ki, həm
ölkəmizin imkanları artsın, həm də böyük infrastruktur
layihələri icra olunsun.
Mən
çox şadam ki, son
illər bölgələrdə, o
cümlədən Zaqatala
rayonunda çox sürətli inkişaf gedir. İki il əvvəl biz sizinlə bu-
rada yeni olimpiya kompleksinin açılışında iştirak etdik. İndi
gözəl stadion tikilibdir və onun açılışını etdik. Aeroportun
açılışını edirik. Bir qədər sonra yeni Müalicə-Diaqnostika
Mərkəzinin açılışını edəcəyik. Digər vacib məsələlər həll
olunur, məktəblər tikilir, yeni parklar salınır, binalar bərpa
olunur və Zaqatala çox gözəl şəhərə çevrilir. Həmişə gözəl
şəhər idi. Amma siz yəqin razılaşarsınız ki, son illər burada
aparılan böyük quruculuq-abadlıq işləri nəticəsində şəhər daha
da gözəlləşib, infrastrukturu üçün bütün tədbirlər görülübdür.
Bir daha demək istəyirəm ki, sənaye müəssisələrinin, sosial
obyektlərin və aeroport kimi çox böyük və nəhəng obyektin
tikilməsi bunun əyani sübutudur.
Azərbaycanın bütün bölgələrində sürətli inkişaf gedir. Bizim
maddi imkanlarımız artır və istəyirik ki, bu imkanlardan
səmərəli istifadə edək, Azərbaycan üçün vacib olan məsələlər
öz həllini tapsın, bütün bölgələrdə inkişaf daha da sürətlə getsin.
Deyə bilərəm ki, regional inkişaf proqramının icrası nəticəsində
bütün bölgələrdə çox gözəl işlər görülür. Son 5 ildə 700 mindən
çox yeni iş yeri açılmışdır. O cümlədən Zaqatala rayonunda
yeni müəssisələr, fabriklər tikilib, iş yerlərinin açılması, yeni
istehsal müəssisələrinin yaranması – bütün bunlar həm
insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, həm də
ölkəmizi gücləndirir. Azərbaycan iqtisadiyyatının, qeyri-neft
sektorunun inkişafına xidmət göstərir. Bu istiqamətdə biz
gələcəkdə də mühüm addımlar atacağıq ki, Azərbaycan
iqtisadiyyatı çoxşaxəli olsun. Bu gün biz bunu görürük və
demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə özümüzü
maksimum dərəcədə təmin edirik, enerji baxımından özümüzü
təmin edirik. Biz bu gün nəqliyyat infrastrukturunu təkmilləş-