253
dirməklə Azərbaycanı çox güclü nəqliyyat məntəqəsinə
çeviririk.
Mən çox sevinirəm ki, bizim nəzərdə tutduğumuz bütün
planlar, bütün layihələr vaxtlı-vaxtında və yüksək keyfiyyətlə
icra olunur. Gələcək illər üçün bizim düşünülmüş proqram-
larımız var, konkret addımlarımız olacaqdır. Son beş il ərzində
iqtisadiyyat 2,7 dəfə artıbdır. Bu, dünyada analoqu olmayan bir
göstəricidir.
Azərbaycanda olan inkişaf başqa heç bir ölkədə yoxdur. Son
dörd il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan dünya
miqyasında birinci ölkədir. Bir il deyil, iki il deyil, dörd il ərzində!
Bu inkişafın dayanıqlı olması artıq faktdır. Bu inkişaf
uzunmüddətli olacaqdır. Bu gün bizim başladığımız layihələr bir
neçə ildən sonra öz bəhrəsini verəcəkdir.
Mən şübhə etmirəm ki, bütün görülən tədbirlər və gələcəkdə
atılacaq addımlar nəticəsində Azərbaycan zəngin, qüdrətli,
müasir dövlətə çevriləcəkdir. Biz bunun ilkin təzahürlərini
görürük: həm bölgədəki mövqelərimiz, həm daxildə olan
vəziyyət, həm sabitlik, həm inkişaf, həm insanların rifah halının
yaxşılaşması və gözəl, müasir, çox böyük infrastruktur
layihələrinin icrası məsələləri. Bu gözəl binanın timsalında biz
bu gün Azərbaycanın uğurlu inkişafını görürük. Mən şübhə
etmirəm ki, bütün bu amillər birlikdə bizim uğurumuzu daha da
uzunmüddətli edəcəkdir. Bizim qarşımızda üfüqlər açıqdır. Biz
düz yolla gedirik – bu yol inkişaf yoludur. Gələcək illərdə
inkişaf templərini saxlamaq üçün bütün imkanlar var.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlamış və davam
etdirilən neft strategiyası uzun illərdir ki, öz bəhrəsini verir.
Azərbaycan heç kimdən asılı deyil, artan iqtisadi imkanlarımız
bizə kifayətdir. Biz öz gələcək inkişaf strategiyamızı daxili resurs-
lara əsaslanaraq icra edirik. Arxayınıq ki, daxili resurslarımız və
aparılan iqtisadi islahatlar bizi öz məqsədimizə çatdıracaqdır. Bu
islahatlar bundan sonra da aparılacaqdır.
İslahatların aparılması istiqamətində atılmış addımlar
dünyanın ən böyük beynəlxalq maliyyə qurumları tərəfindən
254
dəstəklənir və qiymətləndirilir. Dünyanın ən birinci maliyyə
qurumu olan Dünya Bankı bu yaxınlarda Azərbaycanı dünya
miqyasında ən birinci islahatçı ölkə kimi tanıdı və bunu bəyan
etdi. Yəni bütün bunları biz öz zəhmətimiz hesabına,
Azərbaycanda aparılan cəsarətli islahatlar nəticəsində əldə
edirik. Həm insanların həyat səviyyəsinin yaxşılaşması, həm
iqtisadiyyatın şaxələndirilməsi, bütün bölgələrdə quruculuq-
abadlıq işlərinin daha da sürətlə getməsi üçün əlavə tədbirlər
görüləcəkdir. Nəticə etibarilə Azərbaycan xalqının daha da
yaxşı yaşaması, Azərbaycan dövlətinin daha da möhkəmlən-
məsi məsələləri öz həllini tapır və tapacaqdır.
Mən bir daha qeyd etmək istəyirəm, bu gün çox şadam, çox
sevinirəm ki, Zaqatalada belə gözəl aeroportun açılışında biz
bərabər iştirak edirik. Mən şübhə etmirəm ki, gələcək illərdə
sizin rayonunuzda belə gözəl tədbirlərin sayı çox olacaqdır. Hər
dəfə sizinlə bir yerdə olmaq, sizinlə görüşmək mənim üçün çox
xoşdur.
Əminəm ki, bu gün sizin üçün də çox əlamətdar bir gündür.
Bu gün rayonun inkişafında yeni mərhələ başlayır. Rayonun
inkişafı üçün bütün lazımi tədbirlər görülür və əlavə tədbirlər
görüləcəkdir – istər praktik tədbirlər, istər maliyyə
məsələlərinin həlli. Azərbaycanın ildən-ilə artan maliyyə
imkanları və dövlət büdcəsi bizim bütün planlarımızı həyata
keçirməyə imkan yaradır.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən
təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram.
Sağ olun.
Müalicə-Diaqnostika Mərkəzinin açılışı
255
Sentyabrın 19-da Zaqatala şəhərində Müalicə-Diaq-
nostika Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak
etmişdir.
Mərkəzin girəcəyində bu səhiyyə ocağının dövlətimizin
başçısının sərəncamı ilə tikildiyini bildirən lövhə vurulmuşdur.
Prezident İlham Əliyevi və xanımını mərkəzin kollektivi,
səhiyyə işçiləri böyük hörmətlə qarşıladılar.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
2006-cı ilin aprelində prezident İlham Əliyevin iştirakı ilə
Zaqatala şəhərinin ən səfalı guşəsində təməli qoyulmuş müasir
memarlıq üslubu ilə diqqəti cəlb edən bu səhiyyə ocağı Dövlət
Neft Şirkətinin vəsaiti hesabına tikilmişdir. «İnşaat Aqro-
servis» MMC-nin həyata keçirdiyi tikinti işlərinə 500 nəfər cəlb
edilmişdi.
Dördmərtəbəli binanın birinci mərtəbəsində qəbul, şüa-
diaqnostika və hemodializ şöbələri, habelə yeməkxana yerləşir.
Prezident İlham Əliyev bu şöbələrlə və yeməkxana ilə tanış
oldu. Bildirildi ki, şüa-diaqnostika şöbəsində Almaniyada isteh-
sal olunmuş kompyuter tomoqrafiyası, rentgen-diaqnostika
aparatları quraşdırılmışdır. Kəskin və xroniki böyrək çatış-
mazlığı olan xəstələr üçün nəzərdə tutulan hemodializ şöbə-
sində eyni vaxtda 8 xəstəyə yardım göstərmək mümkündür.
İkinci mərtəbədə inzibati şöbə, habelə 20 çarpayılıq cərrahiyyə
və konsultativ diaqnostik poliklinika şöbəsi yerləşir.
Binanın üçüncü mərtəbəsi 6 çarpayılıq anesteziologiya-
reanimasiya şöbəsi və əməliyyat blokundan ibarətdir. Əməliyyat
blokunda 4 operativ əməliyyat otağı yerləşir. Burada
quraşdırılmış yüksək standartlara uyğun aparatların köməyi ilə
ən mürəkkəb cərrahiyyə əməliyyatları aparmaq mümkündür.
Dördüncü mərtəbədəki 106 yerlik konfrans salonunda
quraşdırılmış monitorun köməyi ilə mərkəzdə aparılan cər-
rahiyyə əməliyyatlarını birbaşa izləmək mümkün olacaqdır.
Tibb ocağında müasir standartlara cavab verən mərkəzləş-
dirilmiş istilik və havalandırma sistemləri, habelə iki ədəd
Dostları ilə paylaş: |