263
Müəssisə fermerlərdən əsasən «Virciniya», habelə açıq şə-
raitdə qurudulmuş «Berley» tütün sortları qəbul edir. 2008-ci
ildə «İnter Tobacco» MMC-nin xətti ilə Zaqatala, Qax və Şəki
rayonlarında 450 hektar sahədə «Virciniya» sortlu tütün
əkilmişdir. İndiyədək sahələrdən 2300 ton tütün yarpağı
yığılmışdır.
Müəssisədə 60 nəfər daimi, 120 nəfər mövsümi işçi çalışır.
Orta aylıq maaş 140–200 manatdır. İşçilərə nahar fasiləsində
pulsuz yemək verilir. 2008-ci ildə müəssisə ABŞ istehsalı olan
14 ədəd yük maşını, 2 ədəd şitilbasdıran aqreqat, 2 ədəd
tütünyığan kombayn, 2 ədəd traktor və digər yeni texnika
almışdır.
Prezident İlham Əliyev müəssisənin ərazisini gəzdi, tütün-
yığan texnika, qurutma kameraları, şitilxanalarla tanış oldu.
Dövlətimizin başçısı bu tipli müəssisənin yaradılmasının
əhəmiyyətini vurğuladı və ölkəmizin məhsullarının xarici
bazara çıxarılması üçün gələcəkdə də qeyri-neft sektorunun
inkişafına diqqət və qayğı göstəriləcəyini bildirdi.
264
QAX ŞƏHƏR PARKINDA ÜMUMMİLLİ LİDER
HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞI
19 sentyabr 2008-ci il
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da
Zaqataladan Qax rayonuna gəlmişdir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə
20 Yanvar və Azərbaycan küçələrinin kəsişməsində yerləşən
şəhər parkına gəldilər.
Əvvəllər veteranlar parkı kimi tanınan bu ərazinin sahəsi
1 hektardır. Bu ilin əvvəlindən burada əsaslı təmir və yenidən-
qurma işləri aparılmış, parkın mərkəzində ulu öndər Heydər
Əliyevin abidəsi qoyulmuşdur. Abidənin müəllifi heykəltəraş Akif
Əsgərovdur. Ətrafda hər biri üç hissədən ibarət olan iki fəvvarə
quraşdırılmışdır.
Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün hər
cür şərait yaradılmış, yeni oturacaqlar qoyulmuşdur. Səkkiz
mindən çox dekorativ ağac, gül və kol əkilmiş, çəmənlik
salınmışdır. Müasir səviyyəli yeni işıqlandırma sistemi gecələr
buraya xüsusi yaraşıq verir. Parkın ərazisində milli memarlıq
üslubunda veteranlar evi də tikilmişdir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsinin
üzərindən ağ örtüyü götürdü. Dövlətimizin başçısı və xanımı
abidənin önünə gül dəstələri qoydular.
Parkda görülmüş işlərdən razılığını bildirən prezident İlham
Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
söhbət etdi.
Ə l i B a b a y e v (Qax Rayon Veteranlar Şurasının sədri):
Hörmətli cənab Prezident!
Xoş gəlib, səfa gətirmisiniz!
Mehriban xanım, xoş gəlib, səfa gətirmisiniz!
265
Bütün qonaqlar xoş gəliblər!
Hörmətli Prezident, biz üçüncü dəfədir görüşürük. Birinci
dəfə Mehriban xanım dəvət etmişdi, Böyük Vətən müha-
ribəsində Qələbənin 60 illiyi ilə əlaqədar Heydər Əliyev
Fondunda keçirilən tədbirdə görüşmüşdük. O vaxt bizi çox
təntənə ilə yola saldınız. Onu heç vaxt unutmuram. İkinci dəfə
2006-cı il aprelin 12-də ümummilli lider Heydər Əliyevin
heykəlinin
qarşısında
görüşmüşük.
Bu
da
üçüncü
görüşümüzdür. Arzum budur ki, biz daim görüşək.
Hörmətli İlham müəllim, bir veteran kimi, bir Azərbaycan
vətəndaşı kimi, mən çox sevinirəm ki, Sizin rəhbərliyinizlə və
təşkilatçılığınızla respublikada, Bakıda, bütün rayonlarda böyük işlər
görülür. O cümlədən, respublikamızın ən kiçik rayonlarından olan
Qaxda son vaxtlar geniş yenidənqurma işləri gedir, bunların
hamısını görəcəksiniz. Veteranlar evi və Heydər Əliyev Muzeyi
yeni tikilmişdir. Veteranlar evi əvvəldən var idi, ancaq yaxşı deyildi,
yenidən tikdilər. Çox sağ olsunlar.
Siz həm camaatın qeydinə çox əla qalırsınız, həm də abadlıq
işlərinə xüsusi diqqət yetirirsiniz. Çox sağ olun, həmişə var
olun.
İ l h a m Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. Mən də
çox şadam ki, Qax rayonunda işlər yaxşı gedir. Siz qeyd etdiniz,
mən iki il bundan əvvəl gəlmişdim. İndi yenidən gəlmişəm.
Bilirəm ki, çoxlu dəyişikliklər var. Yəqin ki, siz də bunların
hamısını görürsünüz. Son bir neçə ay ərzində böyük
dəyişikliklər baş veribdir. Mən çox şadam ki, burada belə gözəl
abadlıq, quruculuq işləri aparılır, insanların yaxşı yaşaması
üçün bütün şərait yaradılır. Mən əminəm ki, gələcək illərdə də
işlər bu sürətlə davam edəcəkdir və Qax Azərbaycanın ən
qabaqcıl rayonlarından birinə çevriləcəkdir. Bunun üçün bütün
imkanlar var. Gözəl təbiəti var, burada çox zəhmətkeş insanlar
yaşayır. Həm kənd təsərrüfatının, həm də turizmin inkişafı üçün
böyük potensial var. İndi Bakı–Balakən avtomobil yolunun
tikintisinə başlamışıq. Bu da gözəl, çox müasir yol olacaqdır.
266
Bu gün mən Zaqatalada beynəlxalq aeroportun açılışında iştirak
etdim. Yəni bütün bunlar bu zonanın inkişafı üçün çox vacib
amillərdir. Beynəlxalq aeroportun istismara verilməsi o deməkdir ki,
həm Bakıdan, həm Azərbaycanın başqa şəhərlərindən, həm də
xarici ölkələrdən turistlər gələcəklər. Bunun üçün burada gözəl
şərait olmalıdır. Təbii şərait var. Ancaq biz elə etməliyik ki, həm
gözəllik, həm rahatlıq, həm də ən müasir standartlar baxımından
Qax rayonunda və bütün ətraf rayonlarda çox yaxşı imkanlar
olsun. Bax, Qaxın timsalında biz görürük ki, qısa müddət ərzində
çox iş görmək olar. Əgər iradə varsa, düzgün qərarlar qəbul
olunursa və əlbəttə ki, bütün fəallar bu işlərdə iştirak edirsə,
istənilən məsələni həll etmək mümkündür. İndi Azərbaycanın
inkişafı elədir ki, istənilən məsələ öz həllini tapır. Bütün ölkədə
belə gözəl parklar, yollar, aeroportlar, xəstəxanalar, məktəblər,
idman qurğuları tikilir. Bütün bunlar Qaxda da olmalıdır və ola-
caqdır.
Mənim yadımdadır, keçən dəfə burada olanda «Uludağ»
turizm mərkəzinə baş çəkmişdim. İndi belə yerlər çox olmalıdır
və çox yaxşı olar ki, belə turizm yerləri yüksək səviyyədə olsun.
Yuksək səviyyədə olsa, dünyanın istənilən yerindən buraya
turistlər gələcəklər. Çünki belə təbiət az yerlərdə var. Mən
dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda
belə gözəl təbiət, təbii iqlim, hava – yəni turizmin inkişafı üçün
lazım olan bütün şərait vardır. Siz Azərbaycanın ən gözəl
guşələrinin birində yaşayırsınız. Mən çox istəyirəm ki, burada
insanların yaşaması üçün bütün şərait olsun. Azərbaycanın
inkişafı hərtərəfli və güclü olsun.
Bilirsiniz ki, indi Azərbaycan iqtisadi artım sürətinə görə
dünyada birinci ölkədir. Özü də bir il deyil, dörd il ardıcıllıqla.
Buna nail olmaq elə də asan məsələ deyildir. Dünyada 200-dən
çox ölkə var, inkişaf etmiş, inkişaf etməmiş, orta səviyyəli
ölkələr var. Amma bütün bu ölkələr arasında birinci olmaq, özü
də dörd il ardıcıllıqla – bu çox böyük bir nailiyyətdir. Əlbəttə,
bunlar statistik rəqəmlərdir. Amma bu statistik rəqəmlər
insanların gündəlik həyatında da öz əksini tapır. Baxın, artan
Dostları ilə paylaş: |