260
ərzində ordu quruculuğuna ayrılan vəsait və göstərilən diqqət ona
gətirib çıxarıb ki, Azərbaycan ordusu indi bu bölgədə ən güclü
ordudur. Həm peşəkarlıq baxımından, həm də avadanlıq, hərbi
sursat, texnika ilə təchizat baxımından. Biz istənilən yolla öz
doğma torpaqlarımızı işğalçı qüvvələrdən azad edəcəyik. Sadəcə,
biz istəmirik ki, yenidən qan tökülsün. İstəmirik ki, yenidən
müharibə başlasın. Amma bununla bərabər, torpaqlarımızın
itirilməsi ilə də heç vaxt barışmayacağıq. Haqq-ədalət bizim
tərəfimizdədir.
Ermənistan bütün dünya ictimaiyyəti tərəfindən işğalçı
dövlət kimi tanınır. Azərbaycanın isə haqlı olduğu bütün
beynəlxalq təşkilatlar tərəfindən tanınır. Birləşmiş Millətlər
Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri, Baş Məclisinin
qərarları, digər beynəlxalq təşkilatların qərarları bunun əyani
sübutudur. Yəni haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq
hüquq normaları bizim tərəfimizdədir. Bölgədə yaranmış siyasi
vəziyyət bizim üçün daha əlverişlidir və əlbəttə ki, iqtisadi və
hərbi potensial Azərbaycanın xeyrinədir. Bütün bunlara biz
özümüz nail olmuşuq. Öz gücümüzə istinad edərək, öz
potensialımızı işə salaraq buna nail olmuşuq. Mən şübhə
etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Bildiyiniz kimi, bu yaxınlarda Gürcüstanda baş vermiş
hadisələrlə bağlı həm Qərbdə, həm Rusiyada, həm də başqa
dövlətlərdə ölkələrin ərazi bütövlüyü məsələləri ilə əlaqədar
çoxsaylı bəyanatlar verilmişdir. Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə aid olan bəyanatlar bizi tam qane
edir. Yəni həm Qərb dövlətləri, həm qonşu dövlətlər, həm də
beynəlxalq təşkilatlar birmənalı olaraq qeyd edirlər və bəyan
edirlər ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Yəni bu, ən vacib, ən əsas məsələdir. Bu mövqe, təbii ki,
beynəlxalq hüquq normalarına əsaslanır. Ancaq biz görürük ki,
dünyada və bölgədə gedən proseslər bəzi hallarda beynəlxalq
hüquq normalarından kənara çıxır. Ancaq Ermənistan–Azərbay-
can, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq
261
hüquq
normalarının
tətbiq
olunması,
bütün
dünya
ictimaiyyətinin bu vəziyyətdə bir daha bunu təsdiq etməsi,
hesab edirəm ki, çox vacib məsələdir. Biz bundan sonra da öz
iqtisadi və hərbi gücümüzü artıracağıq.
Bu günlərdə 2009-cu ilin dövlət büdcəsi artıq formalaşıb və
büdcənin ilkin parametrləri mənə təqdim edilibdir. Mən xüsusi
qeyd etmişəm ki, gələn ilin büdcəsində sosial problemlərin həlli
ilə yanaşı, müdafiə xərclərinin artırılmasını təmin etməliyik və
biz buna nail olacağıq. Azərbaycanın artan iqtisadi imkanları,
uğurlu iqtisadi siyasətimiz, islahatlar bizə belə imkanı
yaradıbdır.
Mən bir daha demək istəyirəm ki, Azərbaycan ən ağır, ən
çətin şəraitdə olanda da, biz heç kimdən heç bir yardım
almamışıq. Bizim torpaqlarımız işğalçı qüvvələr tərəfindən zəbt
olunanda, 1 milyon azərbaycanlı qaçqın, köçkün vəziyyətinə
düşəndə heç kim gəlib bizə kömək etməmişdi. Biz ancaq öz
gücümüzə arxalanmışıq. Öz gücümüzə bütün çadır
şəhərciklərini ləğv etdik və gözəl qəsəbələr tikdik. Düzdür, o da
müvəqqəti məskunlaşmadır. Ancaq bu müvəqqəti məskunlaşma
yeri artıq yaxşı səviyyədə tikilibdir. Orada müvəqqəti yaşayan
insanlar üçün lazımi şərait təmin olunur.
Ona görə mən bir daha demək istəyirəm, Azərbaycan
dövlətinin siyasəti bundan ibarətdir ki, biz öz gücümüzə
arxalanmalıyıq. Azərbaycan xalqının iradəsinə güvənməliyik.
Azərbaycan xalqının iradəsi və məni dəstəkləməsi prezident
kimi, mənim üçün əsas güc mənbəyidir. Baxmayaraq ki, uzun
illər ərzində torpaqlarımız işğal altındadır, Azərbaycanın ərazi
bütövlüyü pozulub, ancaq biz uğurla inkişaf edirik, ölkəmizi
irəliyə aparırıq.
Əminəm ki, torpaqlarımızı azad etdikdən sonra daha da
böyük işlər görüləcəkdir. Bu gün dağıdılmış vəziyyətdə olan,
işğal altında olan rayonlar abadlaşacaq, çiçəklənəcək, oraya
qayıdacaq bizim soydaşlarımız da öz töhfələrini verəcəklər.
Əlbəttə ki, Azərbaycan dövlətinin artan maliyyə imkanları
262
tezliklə bütün dağıdılmış şəhərlərimizin bərpası üçün şərait
yaradacaqdır.
Sizə isə mən bundan sonra da belə fəal olmağı arzulayıram.
Siz gənc nəsil üçün örnəksiniz, nümunəsiniz. Siz qəhrə-
mansınız, qəhrəmanlıq göstərmisiniz. Döyüş meydanında,
Azərbaycanın ərazi bütövlüyü uğrunda, müstəqilliyimizin
möhkəmlənməsi uğrunda böyük fədakarlıq göstərmisiniz. Bir
daha demək istəyirəm ki, Azərbaycan dövləti sizin prob-
lemlərinizin həlli üçün bundan sonra da öz səylərini göstərə-
cəkdir.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən
təbrik etmək istəyirəm, əmin edirəm ki, siz burada xoşbəxt
yaşayacaqsınız.
* * *
Sonra prezident İlham Əliyev I qrup Qarabağ müharibəsi
əlili Aqil Əhmədovun mənzilinə baxdı, yaşayış şəraiti ilə tanış
oldu.
Tütün istehsalı və emalı müəssisəsi ilə tanışlıq
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da
Zaqatala rayonunda «İnter-Tobacco» MMC-nin tütün istehsalı
və emalı müəssisəsində olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə
Bolqarıstanın «Ronis» şirkətinin istehsalı olan 60 ədəd tütün-
qurutma kamerası və 4 ədəd şitilxana quraşdırılmışdır. Şitil-
xanaların hər biri 55 hektar əkin sahəsini ətirli «Virciniya»
sortlu tütün şitili ilə təmin edə bilir.
Yığılmış tütün yarpağı sahələrdən birbaşa zavoda gətirilir və
qurudulma kameralarına yerləşdirilir. Hər kamera bir dəfəyə
8,5-9 ton yaş tütün qəbul edir. Tütünün qurudulması prosesi 7–
9 gün çəkir. Sonra quru tütündən tay bağlanır və növlər üzrə
anbarlara yığılır.
Dostları ilə paylaş: |