233
ATƏT-in MİNSK QRUPUNUN FRANSALI
HƏMSƏDRİ BERNAR FASYE İLƏ GÖRÜŞ
Prezident sarayı
19 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 19-da ATƏT-in Minsk qrupunun fransalı həmsədri
Bernar Fasyeni qəbul etmişdir.
Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müna-
qişəsinin nizamlanması və regionda vəziyyətlə bağlı fikir
mübadiləsi aparıldı.
234
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN
BALAKƏN, ZAQATALA, QAX, ŞƏKİ,
OĞUZ, QƏBƏLƏ BÖLGƏLƏRİNƏ SƏFƏRİ
Balakən rayonu
19 sentyabr 2008-ci il
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da
Şəki–Zaqatala bölgəsinə səfərə getmişdir.
Əvvəlcə Balakən rayonuna gələn dövlətimizin başçısı rayon
mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini
ziyarət etdi. Postamentlə birlikdə hündürlüyü 14 metr olan tunc
heykəlin müəllifləri Akif Əsgərov və Cəlil Hüseynovdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
abidənin önünə gül dəstələri qoydular, parkı seyr etdilər.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin
ən səfalı guşəsində – Balakən çayının sahilində yerləşir. 24 hek-
tar sahəsi olan parkda geniş yaşıllıq işləri aparılmış, 4 mindən
çox ağac, 5 minə yaxın dekorativ gül və kol əkilmişdir. Parkın ən
hündür yerində ulu öndərin əzəmətli abidəsi ucaldılmışdır.
Parkın ərazisində Heydər Əliyev Muzeyi, veteranlar evi, nikah
evi, xidmət obyektləri tikilmiş, fəvvarə, yelləncəklər, karusellər
quraşdırılmışdır. Ərazidə respublikada oxşarı olmayan 1200
metrlik kanat yolu inşa edilmişdir. Altı kabinəli buraz yolundan
saatda 216 nəfər istifadə edə bilər. Yolun texniki avadanlığı
Avstriyadan alınıb, qurğuya xidmət tam kompyuterləş-
dirilmişdir.
235
Parkda tikilmiş beşmərtəbəli mehmanxana binasında isə son
tamamlanma işləri aparılır.
Parkın qarşısındakı meydanda 72 metr hündürlükdə Azər-
baycanın Dövlət bayrağı dalğalanır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidə
kompleksinin yanından kanat yolu ilə parkın aşağı hissəsinə
düşdülər.
Heydər Əliyev Muzeyinin açılışı
Prezident İlham Əliyev sentyabrın 19-da Balakən şəhə-
rində Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi və
muzeylə tanış oldu.
Muzeyin binası yaraşıqlı görünüşü, memarlıq üslubu ilə
parka xüsusi gözəllik verir. Beş bölmədən ibarət muzeyin
ümumi sahəsi 493, ekspozisiya salonunun sahəsi 330 kvad-
ratmetrdir. Ekspozisiyada ulu öndərin həyat və fəaliyyətini əks
etdirən fotoşəkillər, kitablar, müxtəlif sənədlər toplanmışdır.
Muzeydə ümummilli liderin büstü də qoyulmuşdur.
Prezident İlham Əliyev muzeylə tanışlıqdan sonra Xatirə
kitabına ürək sözlərini yazdı.
Balakən şəhərində yeni su xəttinin açılışı
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da
Balakən rayon mərkəzinə çəkilmiş su xəttinin açılışında iştirak
etmişdir.
Dövlətimizin başçısı su xəttinin açılışını bildirən düyməni
basaraq xətti işə saldı.
Tikintisinə 2006-cı ilin mayında başlanmış su xəttinin
uzunluğu 13,6 kilometrdir. Siltik çayından 319 millimetrlik
polad borularla çəkilən su xəttinin üstündə təmizləyici qurğu,
hər birinin tutumu 1000 kubmetr olan 12 su anbarı tikilmişdir.
Dövlət Neft Şirkətinin vəsaiti ilə çəkilmiş su xətti yeni tikilməkdə
236
olan xəstəxana kompleksini, şəhərin yeni yaşayış massivini
içməli su ilə təchiz edəcəkdir. Tikintiyə 4 milyon manat vəsait
xərclənmişdir.
Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü, xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə
balakənliləri təbrik etdi.
X ə l i f ə M i r ə l i y e v (rayon ağsaqqalı): Hörmətli
cənab Prezident!
Balakən rayonunun ağsaqqalları, ziyalıları, camaatı adından
Sizə «Xoş gəlmisiniz!» deyirik. Qədəmləriniz mübarək olsun,
uğurlu, düşərli olsun. Cənab Prezident, Siz bu gəlişinizlə
Balakən camaatına su verdiniz. Su aydınlıq rəmzidir. Yüzlərlə
ailə, bütün camaatımız buna sevinir.
Bu Sizin rayonumuza ikinci gəlişinizdır. Hər gəlişiniz bizim
üçün bayram olmuşdur. Birinci gəlişiniz zamanı Balakən
rayonunun girişində çox möhtəşəm bir xəstəxananın təməlini
qoydunuz və o tezliklə istifadəyə veriləcəkdir. Camaatımız
xəstələrini yüz kilometrlərlə uzaq məsafəyə – Şəkiyə, Bakıya
aparmalı olurdu. Gözəl bir diaqnostika mərkəzi – xəstəxana
istifadəyə veriləcəkdir. Bu Sizin təşəbbüsünüzlə olmuşdur, buna
görə Balakən camaatı Sizə minnətdardır.
O səfərinizdən az vaxt keçməsinə baxmayaraq, rayonumuz
görkəmini dəyişmişdir. Hər yer gül-çiçəyə bürünmüşdür.
Kəndlərimiz də dəyişmiş, yenidənqurma işləri görülmüşdür.
Bu gün burada ulu öndərimizin adını daşıyan parkdayıq.
Gələcəkdə bura yeni ailə quran gənclərimizin andiçmə yerinə
çevriləcəkdir. Bütün bunlara görə Sizə təşəkkür edirik,
minnətdarıq.
Demək istədiyim başqa sözlər də var.
Əgər tarixə nəzər salsaq görərik ki, vaxtilə ulu öndər
Balakən rayonunu heç vaxt yaddan çıxarmamışdır. Yevlax–
Balakən dəmir yolu xəttinin və şose yolunun çəkilməsi də ulu
öndərin Balakənə böyük diqqətinin nəticəsi idi. Rayonun
girəcəyindəki böyük konserv zavodunun təməlinin də
Dostları ilə paylaş: |