İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə59/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

 
223 
 
 
 
BAKI MUSİQİ AKADEMİYASI BİNASININ 
ƏSASLI TƏMİRDƏN SONRA AÇILIŞI  
 
    18 sentyabr 2008-ci il  
 
Sentyabrın  18-də  Üzeyir  musiqi  günündə  Bakı  Musiqi 
Akademiyasının  binasının  əsaslı  təmir-bərpa  işlərindən  sonra 
açılış mərasimi olmuşdur. 
Mərasimə  toplaşmış  müəllim  və  tələbələr,  mədəniyyət  və 
incəsənət  xadimləri  Azərbaycan  prezidenti  İlham  Əliyevi  və 
xanımı  Mehriban  Əliyevanı  hərarətlə  qarşıladılar.  Mehriban 
xanıma gül dəstəsi təqdim olundu. 
Dövlətimizin başçısı və xanımı əvvəlcə dahi bəstəkar Üzeyir 
Hacıbəylinin  akademiyanın  binası  qarşısındakı  abidəsi  önünə 
gül dəstələri qoydular. 
Üzeyir  Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Simfonik 
Orkestrinin  və  Dövlət  Xor  Kapellasının  ifasında  ölməz  «Ko-
roğlu» operasından parçalar ifa olundu. 
Sonra prezident İlham Əliyev binada aparılmış əsaslı təmir-
bərpa işləri ilə tanış oldu. 
Təmir-bərpa  işlərinə  «Bakı  Musiqi  Akademiyasının  maddi-
texniki  bazasının  yaxşılaşdırılması  haqqında»  prezidentin 
Sərəncamına uyğun olaraq keçən ilin sentyabrında başlanmışdı. 
Binanın  əsaslı  təmirinə  və  akademiya  üçün  yeni  musiqi 
alətlərinin  alınmasına  prezidentin  ehtiyat  fondundan  7  milyon 
manat vəsait ayrılmışdı. 
Bir  ilə  yaxın  müddətdə  görülmüş  işlərin  nəticəsində  bina 
tamamilə  yeni  görkəm  almışdır.  Ən  müasir  materiallardan 
istifadə  olunmaqla  binanın  fasadı,  otaqları,  kabinetləri  əsaslı 
təmir olunmuş, istilik və havalandırma sistemi, mühəndis-kom-
munikasiya xətləri yenilənmişdir. Bu işlərdə Almaniya və İtaliya 
istehsalı  olan  avadanlıq  və  materiallardan  istifadə  edilmişdir. 


 224 
Binanın  tarixi  memarlıq  üslubu  qorunub  saxlanmış,  1300 
kvadratmetr sahədə qranit və mərmərdən istifadə olunmuşdur. 
Dünya şöhrətli bəstəkar Qara Qarayevin vaxtilə dərs dediyi 
sinif,  308  tamaşaçı  yeri  olan  orqan  musiqisi  salonu,  600-dən 
çox  tamaşaçı  yeri  olan  Şövkət  Məmmədova  adına  Opera 
studiyası  da  yüksək  səviyyədə  yenidən  qurulmuş,  müasir 
akustika və işıq sistemləri quraşdırılmışdır. 
Bundan  əlavə,  akademiyanın  maddi-texniki  bazası  da 
müasirləşdirilmiş, bir çox yeni alətlər alınmışdır. 
Prezident  İlham  Əliyev  binanın  fasadına  baxdı,  sinif  otaq-
larında oldu, görülmüş işləri yüksək qiymətləndirdi. 
Akademiyanın  konsert  salonunda  davam  etdirilən  məra-
simdə dövlətimizin başçısı çıxış etdi. 
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı  
 
Hörmətli xanımlar və cənablar! 
Əziz dostlar!  
Bu gün ölkəmizin mədəni həyatında çox əlamətdar, gözəl 
bir  gündür.  Bu  gün,  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir 
Hacıbəylinin  doğum  günündə  Bakı  Musiqi  Akademiyasının 
binasının  təmirdən  sonra  açılışını  qeyd  edirik.  Bu  münasibətlə 
mən sizin hamınızı ürəkdən təbrik edirəm. 
Üzeyir  bəyin  ölməz,  unudulmaz  əsərləri  Azərbaycan  xalqı-
nın  qəlbində  yaşayır  və  əbədi  yaşayacaqdır.  Üzeyir  Hacıbəyli 
Azərbaycan  xalqının  dünya  mədəniyyətinə  bəxş  etdiyi  ən 
görkəmli  şəxsiyyətlərdən  biridir.  Onun  yaradıcılıq  irsi,  ictimai 
fəaliyyəti  Azərbaycanın  mədəni  həyatının  inkişafında  çox 
böyük rol oynamışdır. Azərbaycanın Dövlət himni öz musiqisi 
ilə, öz əzəməti ilə fərqlənir. Mən çox şadam ki, bu gözəl gündə 
biz  sizinlə  birlikdə  Bakı  Musiqi  Akademiyasının,  demək  olar, 
yeni həyatının başlanmasını qeyd edirik. 
Bildiyiniz kimi, bir il bundan əvvəl bu binanın əsaslı təmiri 
haqqında mənim tərəfimdən sərəncam imzalanmışdı və cəmi bir 
il  ərzində  bina,  demək  olar  ki,  tamamilə  yenidən  qurulub.  Öz 


 
225 
memarlığını,  tarixi  simasını  saxlamaqla,  bina  tamamilə 
müasirləşibdir.  Bu  gün  akademiya  ilə  tanış  olarkən  bir  daha 
gördüm ki, burada ən yüksək standartlar tətbiq edilib, ən gözəl 
şərait yaradılıbdır. Əlbəttə, burada işləyənlər  və oxuyanlar üçün 
böyük  əhəmiyyət  kəsb  edən  odur  ki,  çox  gözəl  musiqi  alətləri 
artıq  vardır.  Əminəm  ki,  bütün  görülən  işlər  Azərbaycanın 
musiqi  mədəniyyətinin  inkişafı  üçün  də  öz  müsbət  rolunu 
oynayacaqdır. 
Azərbaycanın çox zəngin və böyük musiqi ənənələri vardır. 
Biz  öz  musiqimizlə  fəxr  edə  bilərik.  Azərbaycanın  bir  ölkə 
kimi,  müstəqil  ölkə  kimi  yaşaması  və  inkişafı,  dünya  miqya-
sında şöhrəti, o cümlədən Azərbaycanın musiqi mədəniyyəti ilə 
də sıx bağlıdır. Xalqımız uzun illər, demək olar ki, əsrlər boyu 
müstəqillikdən  məhrum  idi.  Biz  başqa  ölkələrin  tərkibində 
yaşamışıq.  Ancaq  öz  milli  ənənələrimizi,    milli-mənəvi 
dəyərlərimizi  saxlamışıq,  qorumuşuq.  Mən  tam  əminəm  ki,  bu 
işdə  əsas  rol  oynayan  bizim  mədəniyyətimiz  olubdur. 
Musiqimiz,  ana  dilimiz,  ədəbiyyatımız  olub  ki,  Azərbaycan, 
azərbaycanlılar  öz  milli  xüsusiyyətlərini  qoruyub  saxlaya 
bilmişdir.  Bu  gün  biz  müstəqil  ölkə  kimi  inkişaf  edərkən, 
əlbəttə, çox istəyirik ki, ölkəmizin inkişafı çoxşaxəli olsun. Biz 
iqtisadi cəhətdən çox sürətlə inkişaf edirik. Azərbaycanda siyasi 
proseslər  çox  müsbət  istiqamətdə  gedir.  Bütövlükdə, 
cəmiyyətdə  yaranmış  gözəl  ab-hava  Azərbaycanın  ümumi 
inkişafını təmin edir və gələcəkdə də təmin edəcəkdir. 
Əlbəttə  ki,  belə  bir  gözəl  şəraitdə,  dövlətin  artan  imkanları 
sayəsində biz həyatımızın bütün sahələrinin inkişafı üçün əməli-
praktiki  tədbirləri  görməliyik.  İlk  növbədə,  qeyri-maddi 
dəyərlərin  qorunmasına,  inkişafına  daha  da  böyük  diqqət 
göstərməliyik. Bakı Musiqi Akademiyasının əsaslı təmiri, deyə 
bilərəm ki, yenidən qurulması bunun əyani sübutudur, son illər 
ərzində Azərbaycanda aparılan siyasətin bir parçasıdır. 
Azərbaycanın  çox  gözəl  perspektivləri  var.  Biz  uğurla 
inkişaf edirik və öz problemlərimizi özümüz həll edirik. Azər-
baycanın  zəngin  təbii  ehtiyatları,  çox  bilikli  kadr  potensialı, 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə