İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə60/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

 226 
coğrafi vəziyyəti və ölkədə gedən müsbət proseslər, cəmiyyətdə 
həmrəyliyin möhkəm olması – bütün bu amillər Azərbaycanda 
həm  sabitliyin  qorunmasına,  möhkəmlənməsinə  şərait  yaradır, 
həm də uğurlu inkişafın gələcək addımlarını müəyyən edir. 
Bizim  ölkəmiz  hərtərəfli  inkişaf  edir,  bütün  problemlər  öz 
həllini  tapır  və  mən  çox  istəyirəm  ki,  biz  qarşıda  duran  bütün 
vəzifələri  daha  da  tezliklə  icra  edək.  Mən  əminəm  ki, 
Azərbaycanın  zəngin  mədəni  irsi,  çox  gözəl  mədəni  ənənələri 
yaşayacaq  və  gənc  nəsil  bu  ruhda  tərbiyə  olunacaqdır.  Bizim 
indi əsas vəzifələrimizdən biri ondan ibarətdir ki, Azərbaycanda 
yetişən  gənc  nəsil  həm  bilikli,  savadlı,  həm  də  peşəkar, 
vətənpərvər olsun və gələcək illərdə Azərbaycan etibarlı əllərdə 
olsun.  Çünki  bugünkü  gənclər  bir  müddətdən  sonra  ölkənin 
gələcək  inkişaf  istiqamətlərini  müəyyən  edəcəklər,  onların 
qərarlarından ölkəmizin taleyi asılı olacaqdır. Elə etməliyik ki, 
Azərbaycanda  yetişən  gənc  nəsil  bu  sadaladığım  parametrlərə 
uyğun  olsun.  Bunu  etmək  üçün,  əlbəttə  ki,  təhsil  məsələlərinə 
biz çox böyük diqqət göstərməliyik. 
Bakı  Musiqi  Akademiyası  həm  mədəniyyət,  həm  də  təhsil 
ocağıdır.  İki  vacib  istiqaməti  özündə  birləşdirir  və  hər  iki 
istiqamətdə  Azərbaycan  dövlətinin  çox  ciddi,  düşünülmüş  və 
konkret proqramları vardır. 
Azərbaycanın  artan  imkanlarını  insan  kapitalının  möh-
kəmlənməsinə  yönəldirik.  Təhsil  məsələlərinə  ayrılan  xərclər 
büdcəmizin  böyük  hissəsini  təşkil  edir  və  ildən-ilə  bu  xərclər 
artır. Azərbaycanda məktəb tikintisi geniş vüsət almışdır. Son 4-
5  il  ərzində  1400  yeni  məktəb  tikilibdir.  Yeni  tikilmiş  bütün 
məktəblərdə  kompyuterləşmə  məsələləri  öz  həllini  tapıbdır. 
Əgər beş il bundan əvvəl 1000 şagirdə 1 kompyuter düşürdüsə, 
bu  gün  29  şagirdə  1  kompyuter  düşür.  Bu  nə deməkdir?  Bu o 
deməkdir  ki,  bizim  uşaqlarımız  kiçik  yaşlarından  yeni 
texnologiyalara bələd olacaqlar. Onlar daha da bilikli, dünyaya 
açıq  olacaqlar,  dünyada  gedən  prosesləri  izləyəcək,  mövcud 
olan yenilikləri öyrənəcəklər. Hər halda, belə imkan yaranacaq 
və  onlar  orta  məktəbi  bitirərkən  artıq  öz  hazırlıq  səviyyəsinə 


 
227 
görə daha da peşəkar ola bilərlər. Ali məktəbin bu işlərdə rolu 
daha  da  vacibdir,  çünki  insanın  formalaşması  daha  çox  ali 
məktəb  divarları  arasında  başlayır.  Azərbaycanda  ali 
məktəblərdə  aparılan  islahatlar,  təhsilin  keyfiyyətinin 
təkmilləşməsi bizi çox sevindirir. Ancaq təbii ki, daha da böyük 
işlər görmək lazımdır.  
Əminəm ki, Azərbaycanda bu istiqamətdə aparılan siyasətin 
davam  etməsi  nəticəsində  biz  bu  məqsədlərə  çatacağıq. 
Azərbaycan  gəncləri  həm  mənəvi  cəhətdən,  həm  fiziki 
cəhətdən,  həm  də  peşəkarlıq  baxımından  ən  yüksək  meyarlara 
uyğun olacaqlar. 
Hər bir ölkənin inkişafı müxtəlif amillərlə ölçülür. Burada həm 
iqtisadi  potensial,  ölkələrin  coğrafi  mövqeyi,  siyasi  proseslərin 
müsbət  istiqamətə  yönəldilməsi  və  həm  də,  əlbəttə  ki,  hər  bir 
ölkənin mədəni həyatı, mədəni irsi və potensialı böyük rol oynayır. 
Ölkələr haqqında dünyada yaranan fikirlər xeyli dərəcədə onların 
mədəni  həyatının  zəngin  olmasından  asılıdır.  Bu  belə  sahədir  ki, 
bunu  gizlətmək  mümkün  deyildir.  Bəzi  hallarda  kütləvi 
informasiya vasitələrində Azərbaycan haqqında verilən məlumatlar 
həqiqəti  əks  etdirmir.  Dünya  ictimaiyyəti  üçün  aydın  deyil  ki, 
bizim  ölkəmiz  son  dörd  ildə  dünya  miqyasında  iqtisadi  inkişaf 
baxımından birinci ölkədir. Dünya Bankının hesablamalarına görə, 
bu il Azərbaycan islahatların aparılması sahəsində birinci ölkədir. 
Ancaq  ölkəmizin  mədəni  həyatı,  ölkəmizdə  güclü  kadrların 
mövcudluğu,  peşəkar  ifaçıların,  mədəniyyət  xadimlərinin 
fəaliyyəti, əlbəttə ki, daha da çox diqqəti cəlb edir. Biz çalışmalıyıq 
ki,  Azərbaycanı  dünya  birliyinə  lazımi  səviyyədə  təqdim  edək. 
İstəyirik  ki,  bizi  daha  yaxından  tanısınlar.  Buna  nail  olmaq 
üçün, şübhəsiz, mədəniyyət xadimlərinin fəaliyyətindən çox şey 
asılıdır. Fürsətdən istifadə edib bir də demək istəyirəm ki, ölkə 
prezidenti  kimi,  mən  Azərbaycanın  mədəni  həyatının  inkişafı 
üçün,  mədəniyyətlə  bağlı  bütün  tədbirlərin  görülməsi  üçün 
bundan sonra da öz səylərimi göstərəcəyəm. 
Bu  gün  bu  işlər  çox  geniş  vüsət  alıbdır.  Azərbaycanda, 
demək olar ki, bütün teatrlar təmir olunur, yenidən tikilir, bütün 


 228 
muzeylərdə  təmir-bərpa  işləri  aparılır.  Yəni  bizim  istəyimiz 
odur  ki,  Azərbaycanda  mədəniyyətlə  bağlı  olan  bütün  işlər, 
bütün tikinti işləri ən yüksək dünya standartlarına cavab versin 
və biz buna nail oluruq. 
Biz  hələ  bu  işin  əvvəlindəyik,  başladığımız  böyük  qurucu-
luq,  abadlıq  işləri  yəqin  ki,  bu  il  və  gələn  il  başa  çatacaqdır. 
Ondan  sonrakı  illərdə  mədəniyyətlə  bağlı  bütün  infrastruktur 
obyektləri  yeniləşməlidir,  yenidən  tikilməlidir  və  ən  qabaqcıl 
dünya standartlarına uyğunlaşdırılmalıdır. 
Necə ki, bu gün deyə bilərəm, Bakı Musiqi Akademiyası gö-
zəllik,  memarlıq  və  təchizat  baxımından  Azərbaycanın  aparıcı 
təhsil  ocağıdır.  Burada  işləmək  də,  oxumaq  da  xoşdur.  Həm 
müəllimlər, həm də tələbələr üçün çox gözəl şərait yaradılıbdır. 
Doğma  Bakımızın  siması  dəyişir,  bütün  tarixi  binalar  təmir 
olunur.  Bununla  bağlı  bir  müddət  əvvəl  mən  xüsusi  sərəncam 
imzalamışdım və Bakıdakı bütün tarixi binaların yeniləşdirilməsi, 
bərpası  və  orijinal  formaya  çatdırılması  işində  artıq  böyük 
nailiyyətlər  var  və  bu  proses  davam  edir.  Mən  bilirəm  ki,  Bakı 
sakinləri  bu  işləri  çox  böyük  sevinclə  qarşılayırlar,  hər  birimiz 
buna sevinirik. Tarixi binaların təmirindən sonra yeniləşən simaları 
hər bir Bakı sakinini sevindirir. 
Bir sözlə, mədəniyyətin inkişafı ilə bağlı çox işlər görülüb-
dür.  Azərbaycan  dövləti  ölkəmiz  üçün  vacib  olan  bu  sahəyə 
bundan sonra da lazımi diqqət göstərəcəkdir.  
Əziz  dostlar,  bu  gözəl  hadisə  münasibətilə  mən  bir  daha 
sizin  hamınızı  ürəkdən  təbrik  etmək  istəyirəm.  Bakı  Musiqi 
Akademiyasının    kollektivinə  yeni  uğurlar  və  yeni  qələbələr 
arzulayıram.  
Sağ olun. 
     
 
    * * * 
 Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor 
Fərhad Bədəlbəyli mərasimdə çıxış edərək dedi:  
– Möhtərəm cənab Prezident! 
Çox hörmətli Mehriban xanım! 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə