İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

 
215 
 
 
 
KOREYA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB Lİ MEN BAKA 
 
Hörmətli cənab Prezident! 
Milli  bayramınız  –  Dövlətin  yaranması  günü  müna-
sibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və 
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Ölkələrimiz  arasındakı  əməkdaşlığın  öz  əhatə  dairəsini 
gündən-günə  genişləndirməsi,  sabit  və  ardıcıl  inkişafı  böyük 
məmnunluq  doğurur.  Əminəm  ki,  istər  dövlətlərarası 
münasibətlərimizin,  istərsə  də  bütün  səviyyələrdə  dostluq 
əlaqələrimizin  möhkəmləndirilməsi  istiqamətində  səylərimizi 
bundan sonra da davam etdirəcəyik. 
Bu  bayram  günündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 
xalqınıza sülh və tərəqqi diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 17 sentyabr 2008-ci il 
 


 216 
 
 
 
MÜQƏDDƏS RAMAZAN BAYRAMI 
MÜNASİBƏTİLƏ MÜSƏLMAN ÖLKƏLƏRİNİN 
BAKIDAKI SƏFİRLƏRİ İLƏ GÖRÜŞ  
 
17 sentyabr 2008-ci il  
  
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  17-də  qarşıdan  gələn  müqəddəs  Ramazan  bayramı 
münasibətilə  müsəlman  ölkələrinin  Bakıdakı  səfirlərini  qəbul 
etmişdir.  
Prezident İlham Əliyev diplomatlara müraciətlə dedi:  
– Hörmətli səfirlər!  
Mən  sizin  hamınızı  qarşıdan  gələn  müqəddəs  Ramazan 
bayramı  münasibətilə  ürəkdən  təbrik  edirəm.  Xahiş  edirəm  ki, 
mənim  təbriklərimi  və  ən  xoş  arzularımı  təmsil  etdiyiniz 
ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.  
Ramazan  bayramı  Azərbaycanda  rəsmi  bayram  kimi, 
ölkəmiz  öz  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  qeyd 
olunmağa başlamışdır. Amma ondan əvvəlki dövrlərdə, əlbəttə 
ki, Azərbaycan xalqı həmişə bu müqəddəs bayramı geniş qeyd 
edib. Bu bayram bütün dövrlərdə Azərbaycan xalqının qəlbində 
yaşamışdır.  Müstəqillik  bərpa  olunandan  sonra  Azərbaycan 
bütün ölkələrlə və əlbəttə ki, müsəlman ölkələri ilə  diplomatik 
münasibətlər  qurmuşdur.  O  vaxtdan  bu  günə  qədər  bizim 
münasibətlərimiz  sürətlə  inkişaf  edir.  Bu  münasibətlər  çox 
yüksək  səviyyədədir.  Mən  deyə  bilərəm  ki,  təmsil  etdiyiniz 
ölkələrin  tam  əksəriyyətinə  rəsmi  səfərlər  etmişəm  və  sizin 
ölkələrinizin  dövlət,  hökumət  başçıları  Azərbaycanda  dəfələrlə 
olmuşlar. 
Müsəlman  ölkələri ilə  bizim  münasibətlərimiz  çoxşaxəlidir. 
Biz  çox  istəyirik  ki,  bütün  istiqamətlərdə  münasibətlər  inkişaf 


 
217 
etsin  və  nəinki  siyasi  sahədə,  eyni  zamanda,  ticarət,  mədəni, 
humanitar və başqa sahələrdə biz birlikdə yeni işlər görək.  
Biz  beynəlxalq təşkilatlarda  bir-birimizi  dəstəkləyirik  və  bu 
dəstək,  əminəm  ki,  hər  bir  ölkə  üçün  çox  önəmlidir.  İslam 
Konfransı Təşkilatı çərçivəsində çox uğurlu əməkdaşlıq edirik. 
Bildiyiniz  kimi,  İslam  Konfransı  Təşkilatının  xətti  ilə 
Azərbaycanda  nazirlər  səviyyəsində  bir  sıra  tədbirlər 
keçirilmişdir.  Növbəti  illərdə  də  yeni  tədbirlər  gözlənilir.  Biz 
çox  istəyirik  ki,  İslam  Konfransı  Təşkilatı  çərçivəsində,  orada 
təmsil olunan ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələr və 
islam  həmrəyliyi  daha  da  güclənsin.  Bizi  həm  islam  dini 
birləşdirir,  həm  tarix  birləşdirir,  həm  də  müştərək  keçmişimiz 
birləşdirir.  Mən  tam  əminəm  ki,  indiki  zamanda,  qloballaşan 
dünyada  bütün  islam  ölkələrinin  uğurlu  əməkdaşlığı,  bir-birini 
dəstəkləməsi hər bir ölkənin mövqelərini gücləndirir. 
Mən  əminəm  ki,  qarşılıqlı  ticarət  əlaqələrinin  inkişafı 
istiqamətində  atılmış  və  gələcəkdə  atılacaq  addımlar  bizim 
imkanlarımızı  daha  da  genişləndirəcəkdir.  Bunu  etməklə  biz 
bir-birimizin  iqtisadiyyatına  öz  töhfəmizi  vermiş  oluruq. 
Əlbəttə  ki,  bizim  ölkələrimizin  qarşısında  duran  problemləri 
həll  etməliyik  və  bu  istiqamətdə  bir-birimizə  arxa,  dayaq 
olmalıyıq.  
Müstəqil ölkə kimi, Azərbaycanın uğurlu inkişafı ölkəmizin 
bölgədə  mövqelərinin  möhkəmlənməsinə  gətirib  çıxarmışdır. 
Azərbaycanda  aparılan  islahatlar,  güclü  iqtisadi  inkişaf  ölkə 
qarşısında  duran  əsas  ciddi  problemlərin  həlli  üçün  çox  gözəl 
şərait  yaratmışdır.  İqtisadi  inkişaf  baxımından  son  dörd  il 
ərzində  Azərbaycan  dünya  miqyasında  birinci  yerdədir. 
Azərbaycanın dövlət büdcəsi son beş il ərzində 10 dəfədən çox 
artıbdır.  Bu  bizə  imkan  verir  ki,  bütün  sosial  məsələlərin  həlli 
üçün səylərimizi davam etdirək. Yəni bir sözlə, Azərbaycan öz 
daxili  imkanlarına,  öz  gücünə  istinad  edərək  ölkə  qarşısında 
duran iqtisadi və sosial problemləri uğurla həll edir.  
Ölkə  qarşısında  duran  ən  ciddi  problem  Ermənistan–
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  indiyədək  həll 


 218 
olunmamasıdır. Azərbaycan uzun illərdir çalışır ki, bu məsələni 
danışıqlar  yolu  ilə  həll  etsin.  Ancaq  hələlik  heç  bir  nəticə 
yoxdur.  Şübhəsiz  ki,  bu  məsələ  Azərbaycanın  ərazi  bütövlüyü 
çərçivəsində  həll  edilməli  və  işğalçı  qüvvələr  işğal  olunmuş 
bütün  torpaqları  boşaltmalıdırlar.  Bu  işdə  beynəlxalq 
təşkilatlarda,  xüsusilə  Birləşmiş  Millətlər  Təşkilatında  islam 
ölkələrinin dəstəyi bizim üçün çox önəmlidir.  
Bildiyiniz  kimi,  bu  ilin  mart  ayında  Birləşmiş  Millətlər 
Təşkilatının  Baş  Məclisində  Azərbaycanın  işğal  olunmuş 
torpaqlarında  yaranmış  vəziyyətlə  bağlı  böyük  üstünlüklə 
qətnamə  qəbul  edilmişdir.  Böyük  məmnunluq  hissi  ilə  qeyd 
etmək istəyirəm ki, müsəlman ölkələrinin əksəriyyəti Azərbay-
canın haqq işini dəstəkləmiş və qətnamənin qəbul olunmasında 
həlledici rol oynamışdır. Bu çox vacibdir. İlk növbədə, bu onu 
göstərir ki, islam həmrəyliyi məsələləri həll olunur və həlledici 
anlarda  ölkə  üçün,  Azərbaycan  üçün  çox  vacib  olan  məsələdə 
müsəlman  qardaşlarımız  bizimlə  çiyin-çiyinə  dayanmışlar. 
Digər  tərəfdən,  bu  səsvermə  bir  növ  həqiqət  anı  idi.  Həm 
Azərbaycan dövləti üçün, həm də Azərbaycan vətəndaşları üçün 
bu səsvermə çox şeyi göstərdi.  
Mən  bunu  dəfələrlə  demişəm  və  bu  fürsətdən  istifadə  edib 
Azərbaycanın  haqq  işini  dəstəkləyən  və  bizim  lehimizə  səs 
verən  bütün  ölkələrin  dövlət,  hökumət  başçılarına  bir  daha  öz 
minnətdarlığımı  bildirmək  istəyirəm.  Azərbaycan  da  öz 
növbəsində islam həmrəylik prinsiplərinə sadiqdir və bizim də 
beynəlxalq  təşkilatlarda,  o  cümlədən  BMT-də  müxtəlif 
vaxtlarda  səsvermələrdə  mövqeyimiz  islam  həmrəyliyini  əks 
etdirir.  
Bir  sözlə,  mən  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  bizim 
ölkələrimizin  arasında  olan  münasibətlər  həm  ölkələrimizin 
mövqelərini  möhkəmləndirir,  həm  də  dünya  miqyasında  çox 
vacib bir amildir. Biz gələcəkdə islam həmrəyliyinin möhkəm-
ləndirilməsi  və  islam  ölkələri  arasında  münasibətlərin  inkişafı 
üçün öz səylərimizi davam etdirəcəyik.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə