203
Ölkələrimiz arasında əmtəə dövriyyəsi çox yaxşı artmaqdadır.
Biz söhbətə bu məsələdən başladıq. Ümumiyyətlə, əmtəə
dövriyyəsinin artması onu göstərir ki, bizim iqtisadi
münasibətlərimiz prinsipcə yeni səviyyəyə, qarşılıqlı strateji
əlaqələr səviyyəsinə çatmışdır. Bu həm Rusiya üçün, həm də
Azərbaycan üçün xeyirlidir, bizim xalqlarımız üçün faydalıdır.
Bu ilin yeddi ayında əmtəə dövriyyəsinin yarıbayarı, 56 faiz
artması onu göstərir ki, artım potensialı vardır və biz bu
məqama daim diqqət yetirmək niyyətindəyik. Əmtəə
dövriyyəsinin strukturunun yaxşılaşması da çox mühümdür.
Azərbaycan prezidenti bunu söhbətimizin əvvəlində qeyd etdi.
Mən bu fikirlə tamamilə razıyam. Bu bizim iqti-
sadiyyatlarımızın inkişafı üçün prinsipial əhəmiyyət kəsb edir.
Təbii ki, humanitar sahədə münasibətlər ayrıca bir məsələdir
və burada da həqiqətən çox yaxşı nəticələr əldə edilmişdir. Biz
Azərbaycanda rusdilli mədəni məkanın və təhsil məkanının
qorunub saxlanması üçün göstərilən səylərə görə Azərbaycan
rəhbərliyinə, Azərbaycan prezidentinə minnətdarıq. Biz Bakıda
Moskva Dövlət Universitetinin filialının açılması, məktəb
təhsili, bütövlükdə humanitar sahədə əməkdaşlıq haqqında
danışdıq. Əlbəttə,
mən belə hesab edirəm ki,
bu bizim irsimizdir
və iki ölkənin prezidentləri kimi, biz bu irsi daim qoruyub
saxlamalı və bu məsələyə çox ciddi diqqət yetirməliyik.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli də bizim
müzakirə mövzumuz oldu. Mən Azərbaycan prezidentinə
dediyim sözləri bu auditoriyada bir daha təsdiq etmək istəyirəm.
Biz Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa
danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Bu məsələdə
Rusiyanın mövqeyi dəyişməz qalır. Biz bu mürəkkəb məsələnin
tənzimlənməsi üçün qarşılıqlı məqbul həllin tapılmasına
gələcəkdə də maksimum kömək edəcəyik. Zənnimcə, bizim bu
məsələyə dair təmasların ən yaxın gələcəkdə davam
etdirilməsinə də ümid etməyə haqqımız var.
Mən bugünkü səfərin baş tutmasına görə, dostcasına
konstruktiv söhbətə görə həmkarım İlham Heydər oğlu Əliyevə
205
bundan çox razıyıq və ümidvarıq ki, gələcəkdə də bu
münasibətləri inkişaf etdirmək, onları yeni məzmunla, yeni
layihələrlə zənginləşdirmək, bununla da ölkələrimizin davamlı
inkişafına və regionda inteqrasiyanın daha da güclənməsinə
şərait yaratmaq üçün maksimum səy göstərəcəyik.
Əlbəttə, bu gün regionda yaranmış vəziyyət müəyyən
narahatlıq doğurur və Azərbaycan bu gərginliyin azaldılmasına
öz töhfəsini verməyə hazırdır.
Biz hesab edirik ki,
regionda fikir
ayrılıqlarına səbəb olan məsələlər dinc yolla, dialoq yolu ilə,
təmas nöqtələri tapmaq yolu ilə və əlbəttə, qarşılıqlı hörmət
əsasında həll edilməlidir.
Bu gün biz ikitərəfli xarakter daşıyan məsələlərlə yanaşı,
regional prosesləri, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Biz ümid
edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiya
tənzimləmə prosesində fəal rolunu davam etdirəcəkdir. Qafqaz
regionunda baş verən proseslər nə qədər mürəkkəb olsa da, bizə
belə gəlir ki, bu gün münaqişənin bütün dövlətlərin mənafeyinə
cavab verən və beynəlxalq hüquq prinsiplərinə əsaslanan
şəkildə həlli üçün yaxşı imkanlar var. Mən əminəm ki, əgər
münaqişə yaxın vaxtlarda həll olunarsa, kifayət qədər geniş
formatda regional əməkdaşlıq üçün yeni perspektivlər
yaranacaq, bu isə bütün ölkələrin xeyrinə olacaqdır. Biz bu
regionda öz qonşularımızla bərabər yaşayırıq və yaşayacağıq,
heç kəs bu regiondan heç yerə köçüb getməyəcəkdir. Ona görə
də səmərəli qarşılıqlı əlaqələr, mehriban qonşuluq, əməkdaşlıq
mexanizmlərini axtarıb tapmaq lazımdır. Bir daha demək istəyi-
rəm, əgər bizim regionda bütün qonşu ölkələr arasında
münasibətlər Rusiya ilə Azərbaycan arasındakı münasibətlər
kimi olsaydı, sizi inandırıram, heç vaxt nəinki münaqişə, hətta
heç bir anlaşılmazlıq da olmazdı.
Buna görə bir daha demək istəyirəm ki, biz münasi-
bətlərimizin səviyyəsini çox yüksək qiymətləndiririk, bu
münasibətləri daha da möhkəmlətməyə çalışırıq və öz tərəfi-
mizdən həmin məqsədə nail olmaq üçün bundan sonra da lazım