170
iqtisadi potensiallarını möhkəmləndirdiyi, Mərkəzi Asiya və
Qafqaz regionunda mühüm rol oynadığı bir vaxtda müna-
sibətlərin inkişafı üçün möhkəm bazadır.
Beləliklə, əminəm ki, regionumuzdakı inteqrasiya prosesləri,
Mərkəzi Asiyada və Qafqazda, Xəzər hövzəsində regional
əməkdaşlıqla
bağlı
proseslər
xeyli
dərəcədə
bizim
münasibətlərimizin uğurlu inkişafından asılı olacaqdır. Bizi
böyük tarix birləşdirir, lakin gələcəkdə bizi qarşılıqlı əlaqələrin,
kooperasiyanın səviyyəsinin yüksəldilməsinə yönəldilmiş yeni
layihələr, nəqliyyat layihələrinin birgə həyata keçirilməsi,
müştərək iştirak gözləyir. Başqa sözlə, yaşadığımız regionda
əməkdaşlığın uğurlu inkişafını xeyli dərəcədə həm də bizim
münasibətlərimizin uğurlu olması müəyyənləşdirəcəkdir.
Bugünkü səfər və aparılmış danışıqlar bir daha təsdiq edir ki,
ölkələrimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Bu
gün biz qarşılıqlı maraq doğuran məsələlərin çox geniş dairəsini –
ikitərəfli münasibətləri, regional siyasəti, Qafqazda baş verən
prosesləri, yeni çağırışları, yeni təhdidləri, bizi narahat edən və
həlli tələb olunan məsələləri müzakirə etdik. Belə bir ümumi fikrə
gəldik ki, dialoq, işbirliyi və qarşılıqlı surətdə faydalı əməkdaşlığın
potensialını artırmaq yolu ilə bir çox problemləri həll edə bilərik.
Biz buna köklənmişik. İndi bunun üçün bütün şərait var: Özbə-
kistanın artmaqda olan iqtisadi potensialı, maliyyə imkanları,
habelə bizim ölkəmizdə gedən və müstəqilliyimizi möhkəm-
ləndirən, müstəqil siyasət yeritməyə imkan verən müsbət proseslər.
Yəqin ki, ölkələrimizə əminliklə aid edə biləcəyimiz bir çox
digər cəhətlər sırasında müstəqil siyasət xəttini, ölkələrimizin və
xalqlarımızın milli mənafelərinin qorunmasında, habelə
regionda baş verən proseslərə münasibətdə ardıcıl və prinsipial
siyasəti də vurğulamaq olar.
Mən çox şadam ki, biz bu gün Azərbaycanı çox yaxşı
tanıyan, onu sevən və Azərbaycanda sevilən əziz qonağımız
İslam Abduqəniyeviç Kərimovu qəbul edirik. Tam məsuliyyətlə
deməliyəm ki, ölkələrimiz arasındakı müasir münasibətlərin
əsasını xalqlarımızın iki böyük lideri – İslam Kərimov və
171
Heydər Əliyev birgə problemlərin həllində səylərimizin
birləşdirilməsi işində fəal əməkdaşlığa başlayanda qoymuşlar.
Onlar ölkələrimizin dövlətçiliyinin əsasını qoymuşlar, sabitliyi,
davamlı inkişafı təmin etmişlər. Onların rəhbərliyi altında
ölkələrimiz sübut etmişlər ki, nəinki müstəqil yaşaya, həm də
milli mənafelərini uğurla təmin edə, regional proseslərdə
əhəmiyyətli rol oynaya bilərlər.
Müasir dövrdə münasibətlərimiz məhz bu müsbət məqam
üzərində qurulur və daha da genişləndirilir. Bu gün imzalanmış
sənədlər və ən başlıcası, münasibətlərimizin ruhu bunu təsdiq
edir. Bütün bunlar – həm forma, həm ruh, həm də qarşılıqlı
anlaşma xalqlarımızın yaxınlaşmasına kömək edir. Əlbəttə ki,
həm də özbək xalqının böyük oğlu, mütəfəkkir şair Əlişir
Nəvainin sabah açılacaq abidəsi. Bu həm özbək xalqının böyük
oğlunun xatirəsinə ehtiram əlamətidir, həm də bizim
münasibətlərimizin xarakterini göstərir.
Mən bu badəni Özbəkistan prezidentinin sağlığına, qardaş
özbək xalqının tərəqqisi, ölkələrimiz və xalqlarımız arasında
dostluğun şərəfinə qaldırmaq istəyirəm.
Özbəkistan prezidenti İslam Kərimovun nitqi
Hörmətli İlham Heydər oğlu!
Hörmətli azərbaycanlı dostlar!
Nümayəndə heyətimizə göstərilən səmimiyyətə, mehri-
banlığa və qonaqpərvərliyə görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə, bütün azərbaycanlı dostlarımıza ən
dərin minnətdarlıq hisslərimi bildirməkdən böyük zövq və
məmnunluq duyuram.
Bizim xalqımız haqqında dediyi səmimi və xoş sözlərə görə,
bu gün formalaşmaqda olan ikitərəfli və çoxtərəfli münasibətlərin
səviyyəsini yüksək qiymətləndirdiyinə görə mən Azərbaycan
prezidentinə təşəkkür edirəm. Əminəm ki, qardaş xalqlarımız və
ölkələrimiz arasında bu münasibətlər bundan sonra da davam
edəcəkdir. Azərbaycan ilə Özbəkistan arasında dərin hörmət və
172
etimadın təcəssümü olan münasibətlər milli dəyərlərimizin,
ənənələrimizin, adətlərimizin, dilimizin, mədəniyyətlərimizin
yaxınlığına, çox cəhətdən ümumiliyinə, eyni dinimizə əsaslanır
və bu münasibətlərin çoxəsrlik tarixi həmişə qarşılıqlı dəstək və
kömək mənbəyi olmuşdur. Əcdadlarımızın obrazları, ruhən bir-
birinə yaxın olmuş böyük sələflərimiz Nizami Gəncəvi, Əlişir
Nəvai və başqalarının haqlı olaraq dünya sivilizasiyasının inci-
lərinə aid edilən əsərləri, yaradıcılıq irsi bütün dövrlərdə həm
azərbaycanlılar, həm də özbəklər üçün ilham mənbəyi olmuşdur.
Bir daha demək istəyirəm ki, sabah Bakıda görkəmli özbək
şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvainin möhtəşəm
abidəsinin açılışı və Azərbaycan paytaxtının mərkəzi küçələ-
rindən birinə böyük özbək astronomu və maarifçisi Mirzə
Uluqbəyin adının verilməsi bizim mənəvi yaxınlığımızın və
möhkəm dostluğumuzun rəmzidir.
Nizamini tanımayan və sevməyən bir özbək tapmaq çətindir.
Zənnimcə, Əlişir Nəvainin əsərlərini oxumayan və ona ehtiram
bəsləməyən azərbaycanlı tapmaq da çətindir. Özbəkistanın Xalq
şairi, Azərbaycan oğlu, taleyin hökmü ilə Özbəkistan
torpağında yazıb-yaratmış Maqsud Şeyxzadə bizim mənəvi
yaxınlığımızı çox gözəl və dəqiq ifadə etmişdir. O özünün
məşhur rübailərindən birində demişdir:
Bakılı qocaya dedim: əmican,
Dostluq bu mənanı kəsb edib haçan?
Belə cavab verdi o müdrik qoca:
«Nizami, Nəvai qardaş olandan».
Bunu vurğulamaq mənə xüsusilə xoşdur ki, Maqsud
Şeyxzadə milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə
ölkəmizin ən yüksək mükafatlarına layiq görülmüşdür və bu
gün də xalqımız ona çox böyük ehtiram bəsləyir. Bu il
Daşkənddə bu gözəl şairin 100 illik yubileyi qeyd ediləcəkdir
və artıq buna hazırlıq görülür.
Özbək və Azərbaycan xalqları öz vətənlərində sülhün və
əmin-amanlığın qorunub saxlanması naminə əsrlər boyu bir
yerdə olmuşlar, biz sevincimizi də, kədərimizi də bir-birimizlə
Dostları ilə paylaş: |