162
SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
Prezident sarayı
11 sentyabr 2008-ci il
Sentyabrın 11-də geniş tərkibdə görüş başa çatandan
sonra Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan
prezidenti İslam Kərimovun iştirakı ilə ikitərəfli sənədlərin
imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Ehtiyatlar
Nazirliyi ilə Özbəkistan Respublikasının Dövlət Təbiəti
Mühafizə Komitəsi arasında ətraf mühitin qorunması sahəsində
əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən Ekologiya və
Təbii Ehtiyatlar naziri Hüseynqulu Bağırov, Özbəkistan
tərəfindən Baş nazirin müavini Nodirxon Xanov imzaladılar.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Tex-
nologiyaları Nazirliyi ilə Özbəkistanın Rabitə və İnforma-
siyalaşdırma Agentliyi arasında informasiya və kommunikasiya
texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi
Azərbaycan tərəfindən Rabitə və İnformasiya Texnologiyaları
naziri Əli Abbasov, Özbəkistan tərəfindən Baş nazirin müavini
Nodirxon Xanov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Res-
publikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində
əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş
daşımaların inkişafına dair tədbirlər haqqında sazişi Azərbay-
can tərəfindən Nəqliyyat naziri Ziya Məmmədov, Özbəkistan
tərəfindən Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət
naziri Elyor Qəniyev imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respub-
likası Hökuməti arasında vergi sahəsində əməkdaşlıq və
163
informasiya mübadiləsi haqqında sazişi Azərbaycan tərəfindən
Vergilər naziri Fazil Məmmədov, Özbəkistan tərəfindən Baş
nazirin birinci müavini, Maliyyə naziri Rüstəm Əzimov
imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Res-
publikası Hökuməti arasında məxfi informasiyanın qarşılıqlı
surətdə qorunması haqqında sazişi Azərbaycan tərəfindən
Xarici İşlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfindən
Xarici İşlər naziri Vladimir Norov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respub-
likası Hökuməti arasında humanitar sahədə əməkdaşlıq haq-
qında sazişi Azərbaycan tərəfindən Xarici İşlər naziri Elmar
Məmmədyarov, Özbəkistan tərəfindən Xarici İşlər naziri Vladi-
mir Norov imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Res-
publikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki
əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında
sazişi Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Yaqub
Eyyubov, Özbəkistan tərəfindən Baş nazirin birinci müavini,
Maliyyə naziri Rüstəm Əzimov imzaladılar.
164
AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN
PREZİDENTLƏRİNİN BƏYANATLARLA
ÇIXIŞLARI
Sentyabrın 11-də sənədlərin imzalanma mərasimindən
sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli İslam Abduqəniyeviç!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İslam Abduqəniyeviç, icazə verin, Sizi bir daha Azər-
baycan torpağında ürəkdən salamlayım. Sizin səfəriniz bu vaxta
qədər də dinamik və səmərəli inkişaf edən münasibətlərimizin
inkişafında çox mühüm mərhələdir. Əlbəttə, bu səfər və onun
nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişaf
etdirilməsində çox mühüm rol oynayacaqdır. Bizi birləşdirən
ənənələrimizin, mədəniyyətimizin, dillərimizin ümumiliyidir,
bizi birləşdirən tərəqqiyə çalışmağımız, vətəndaşlarımızın
maddi rifahının yaxşılaşdırılmasına, iqtisadi islahatların
aparılmasına və güclü dövlətlər yaradılmasına yönəlmiş mühüm
tədbirlərin həyata keçirilməsi sahəsində çox səmərəli işimizdir.
Xalqlarımız və ölkələrimiz arasında ənənəvi əlaqələr
dövlətlərimiz müstəqillik əldə edəndən sonrakı dövrdə bizim
regionda – Mərkəzi Asiya, Xəzər, Qafqaz regionunda mühüm
rol oynayır. Regional əməkdaşlıq da bizim birgə fəaliyyətimizin
mühüm istiqamətidir. Lakin şübhəsiz ki, bizim ikitərəfli
münasibətlərimiz birinci yerdə dayanır.
Bugünkü səfər, bizim aramızda, nümayəndə heyətlərinin
üzvləri arasında aparılmış müzakirələr, eləcə də imzalanmış
sənədlər – bütün bunlar ölkələrimiz arasında çox möhkəm
münasibətlərin olduğunu göstərir. Bu münasibətlər dinamizm
165
meyillidir, onların çox yaxşı perspektivləri var. Biz beynəlxalq
təşkilatlarda həmişə bir-birimizi dəstəkləmişik və bundan sonra
da dəstəkləyəcəyik. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı
məsələlər barədə Özbəkistanın mövqeyini çox yüksək
qiymətləndiririk. Biz də öz tərəfimizdən, lazım gələrsə, qardaş
ölkəni həmişə dəstəkləyəcəyik.
Bir sözlə, əməkdaşlığımızın bütün istiqamətlərində – istər
ikitərəfli əlaqələr olsun, istərsə də qarşılıqlı siyasi əlaqələr,
iqtisadi perspektivlər və mövcud layihələr, humanitar sahədə
regional səviyyədə və beynəlxalq formatda əməkdaşlıq – biz öz
sözümüzü deyirik və yaxın müttəfiqlər kimi hərəkət edirik.
Regionumuzda, Qafqazda, Xəzər regionunda, Mərkəzi
Asiyada vəziyyətin qiymətləndirilməsində bizim yanaşmaları-
mızda ortaq cəhətlər çoxdur. Təbii ki, bizim bu çağırışlara
vaxtında və dəqiq cavab verə bilməyimiz yaranmış və
dəyişməkdə olan vəziyyətin düzgün qiymətləndirilməsindən və
düzgün nəticələr çıxarılmasından asılı olacaqdır.
Biz istəyirik ki, regionumuzda sülh olsun, bütün Qafqazda
sabitlik bərqərar olsun, bizim regiondakı münaqişələr bey-
nəlxalq hüququn normaları və prinsipləri əsasında ədalətlə həll
edilsin. Bu halda bizim regionda əməkdaşlıq üçün lap çox
imkan olacaqdır.
Hazırda Azərbaycan istər energetika, nəqliyyat sahəsində,
istərsə də başqa sahələrdə bir sıra regional layihələrin
təşəbbüsçüsüdür. Bu layihələr çox uğurla həyata keçirilir və
sözün geniş mənasında, bütün regionu əhatə edir. Buna görə də
biz çox istəyirik ki, gələcəkdə Özbəkistanla birgə layihələrimiz,
daha sıx kooperasiyaya, müştərək istehsalatlar yaradılmasına
investorların marağı olarsa, müştərək investisiyalara şərait
yaradan layihələr olsun. Başqa sözlə, biz ölkələrimizi bir-birinə
daha da yaxınlaşdırmaq üçün bazar münasibətlərinin bütün
mexanizmlərini cəlb etmək istəyirik.
Bir daha demək istəyirəm, bunun üçün hər cür şərait var:
həm ənənəvi tarixi və mədəni əlaqələr, həm də regional siya-
sətin və beynəlxalq fəaliyyətin bir çox məsələlərinə ümumi ya-
Dostları ilə paylaş: |