İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə40/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

 
151 
 
 
 
 
 
TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜLÜN  
AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ 
 
     10 sentyabr 2008-ci il 
 
Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah 
Gülün təkbətək görüşü olmuşdur.  
Prezident  İlham  Əliyev  qardaş  ölkənin  dövlət  başçısını 
böyük səmimiyyətlə qarşıladı. 
Görüşdə  Azərbaycan–Türkiyə  dostluq  və  qardaşlıq  müna-
sibətlərinin  bütün  istiqamətlərdə  sürətlə  inkişaf  etdiyi  vur-
ğulandı,  ikitərəfli  əlaqələrin  genişlənməsinin  regional  əmək-
daşlığın  möhkəmlənməsi  baxımından  əhəmiyyətli  olduğu 
bildirildi.  
Dövlət  başçıları  ikitərəfli  münasibətlər,  regional  və  bey-
nəlxalq  problemlər,  eləcə  də  qarşılıqlı  maraq  doğuran  digər 
məsələlər barədə fikir mübadiləsi apardılar. 
 
 
 
 


 152 
 
 
 
AZƏRBAYCAN VƏ TÜRKİYƏ 
PREZİDENTLƏRİNİN BƏYANATLARLA 
ÇIXIŞLARI 
 
Sentyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev və 
Türkiyə  prezidenti  Abdullah  Gül  təkbətək  görüşdən  sonra 
mətbuat üçün bəyanatlarla çıxış etmişlər.  
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı  
 
Hörmətli cənab Prezident! 
Əziz qardaşım!  
Hörmətli qonaqlar! 
Xanımlar və cənablar!  
Bu  gün  biz  Türkiyə  prezidenti  Abdullah  Gülü 
Azərbaycanda qəbul edirik. Azərbaycana xoş gəlmisiniz! 
Bu səfər imkan verdi ki, biz ikitərəfli münasibətlərin bütün isti-
qamətlərini  bir  daha  müzakirə  edək  və  gələcək  birgə  fəaliyyət 
haqqında  öz  qərarlarımızı  verək.  Bizim  münasibətlərimiz  çox 
yüksək  səviyyədədir.  Dövlət  və  hökumət    başçılarının  qarşılıqlı 
səfərləri, çox fəal əlaqələrimiz, əlbəttə ki, bölgədə gedən proseslərə 
operativ  reaksiya  vermək  imkanlarını  da  genişləndirir.  İkitərəfli 
müstəvidə  birgə  çoxlu  layihələr  icra  olunur.  Türkiyə  və 
Azərbaycanı  birləşdirən  enerji  və  nəqliyyat  dəhlizləri  çox  uğurla 
fəaliyyət göstərir. Bütün bunlar bizim birgə səylərimiz nəticəsində 
baş vermiş uğurlu hadisələrdir.  
Bu  gün  Bakı–Tbilisi–Ceyhan,  Bakı–Tbilisi–Ərzurum  neft-
qaz kəmərlərinin istismarı nəticəsində hər iki ölkə öz iqtisadi və 
siyasi  maraqlarını  daha  da  böyük  dərəcədə  təmin  edir.  Bizim 
nəqliyyat  sektorunda  atdığımız  addımlar  və  Türkiyə  ilə 
Azərbaycanı  dəmir  yolu  ilə  birləşdirən  layihə  uğurla  icra  edilir. 
Enerji,  nəqliyyat  və  başqa  sahələrdəki  əməkdaşlığımız  təkcə 


 
153 
xalqlarımız,  ölkələrimiz  üçün  fayda  gətirmir,  həm  də  bölgədə 
gedən proseslərə də çox müsbət təsirini edir. Bizim bütün iqtisadi 
və siyasi təşəbbüslərimiz bölgədə əməkdaşlığın, sabitliyin, sülhün 
bərqərar olunmasına xidmət edir. Bu baxımdan tam əminliklə deyə 
bilərik  ki,  ümumiyyətlə,  Türkiyə  və  Azərbaycanın  siyasəti, 
bölgədə  irəli  sürülən  təşəbbüslər  bu  gün  və  gələcəkdə  sabitliyin 
daha da möhkəmlənməsinə yeni şərait yaradacaqdır.  
Bir  sözlə,  bu  gün  hörmətli  prezidentlə  ikitərəfli  məsələləri, 
bölgədə  yaranmış  vəziyyəti  və  baş  vermiş  hadisələri  müzakirə 
edərkən  bir  daha  görürük  ki,  bizim  mövqeyimiz  birdir, 
maraqlarımız  birdir  və  bu  hadisələrə  baxışlarımızda  da  fərq 
yoxdur.  Bu  çox  önəmlidir.  Çünki  bu  həm  iki  ölkə  arasında  olan 
ənənəvi  dostluq,  qardaşlıq  münasibətlərini  daha  da  gücləndirir, 
digər  tərəfdən,  sirr  deyil  ki,  Türkiyə  və  Azərbaycanın  bölgədəki 
rolu və təsir imkanları böyüyür. Bunun  müxtəlif səbəbləri var və 
bu səbəblərin yaranmasında, əlbəttə ki, bizim fəaliyyətimiz də az 
əhəmiyyət  kəsb  etmir.  Beləliklə,  biz  gələcək  birgə  fəaliyyətimizi 
çox  açıq  və  aydın  şəkildə  görürük  və  əminəm  ki,  gələcək  birgə 
səylər  nəticəsində  biz  bölgədə  sülhün  təmin  olunmasına  nail 
olacağıq.   
Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
həlli də ön plana çıxır. Çünki məsələnin uzun illər həll olunma-
ması həm Azərbaycan üçün, həm də bölgə üçün böyük təhlükə 
mənbəyidir.  Biz  istəyirik  ki,  məsələ  tezliklə  və  beynəlxalq 
hüquq  normaları  əsasında  öz  həllini  tapsın.  Azərbaycan  bütün 
beynəlxalq təşkilatlarda öz mövqeyini açıq-aydın ortaya qoyur. 
Bildiyiniz  kimi,  Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik 
Şurasının  4  qətnaməsində  Ermənistan  hərbi  qüvvələrinin  işğal 
olunmuş  torpaqlardan  çıxarılmasına  dair  tələblər  göstərilibdir. 
Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Məclisində  bu  ilin  mart 
ayında qəbul edilmiş qətnamə də bu istiqamətdə çox müsbət bir 
addımdır, digər beynəlxalq təşkilatların qərarları da.  
Biz  istəyirik  ki,  bu  işğala  son  qoyulsun.  Biz  istəyirik  ki, 
məsələni sülh yolu ilə həll edək. Məhz buna görə – baxmayaraq 
ki, 15 ildən çoxdur danışıqlar nəticəsiz gedir – biz yenə də sülh 


 154 
prosesinə  sadiqik.  Ancaq  o  da  aydındır  ki,  bu  məsələnin  həlli 
yalnız beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanmalıdır. 
Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistanın 
silahlı 
qüvvələri 
işğal 
olunmuş 
bütün 
torpaqlardan 
çıxarılmalıdır,  Azərbaycanın  1  milyon  qaçqını  və  məcburi 
köçkünü öz doğma torpağına qayıtmalıdır.  
Beləliklə, əgər biz buna nail olsaq, bölgədə tam yeni vəziyyət 
yaranacaqdır: işbirliyi, sabitlik, yeni iqtisadi və siyasi təşəbbüslər, 
kommunikasiyaların açılması. Bir sözlə, bölgədə həm  sülh təmin 
olunacaq, həm də inkişaf daha da sürətlə gedəcəkdir.  
Düzdür,  bu  gün Türkiyə  və  Azərbaycanın  iqtisadiyyatları  o 
qədər möhkəmdir ki, bizim uğurlu inkişafımıza heç nə təsir edə 
bilməz.  Ancaq  əgər  biz  Ermənistan–Azərbaycan,  Dağlıq 
Qarabağ münaqişəsini həll edə bilsək – mən buna ümid edirəm 
–  əlbəttə  ki,  bütün  ölkələrin  inkişafı  daha  da  sürətli  olacaqdır. 
Hər  bir  ölkə  bundan  faydalanacaqdır.  Biz  bunu  istəyirik.  Biz 
istəyirik  ki,  bölgədə  sülh  olsun,  əmin-amanlıq  olsun  və 
bölgədəki bütün ölkələr bir-biri ilə normal münasibətlər yarada 
bilsinlər.  Yenə  də  deyirəm,  bunu  etmək  üçün,  sadəcə  olaraq, 
Ermənistanın  siyasi  rəhbərliyinin  iradəsi  və  müdrik  addımları 
lazımdır.  
Mən  də,  hörmətli  Abdullah  Gül  də  belə  fikirdəyik  ki, 
Ermənistanın  yeni  rəhbərliyi  məsələnin  həlli  üçün  öz  səylərini 
göstərməyə davam edəcəkdir. Müəyyən ümidverici amillər də var, 
ümidverici  məlumatlar  da  var.  Əlbəttə  ki,  hadisələri  qabaqlamaq 
istəməzdim, ancaq biz gələcəyə artan ümidlərlə baxırıq. İnanmaq 
istəyirəm  ki,  həm  Türkiyənin,  həm  Azərbaycanın,  həm 
Ermənistanın  və  digər  ölkələrin  səyləri  nəticəsində  biz  bölgədə 
sülhün təmin edilməsinə nail olacağıq. 
 
 
 
 
Türkiyə prezidenti Abdullah Gülün bəyanatı  
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə