İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə39/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

 146 
ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinə etibarlı zəmin 
yaratmışdır.  Bu  işgüzar  tədbirin  keçirilməsi  barədə  razılığın 
əldə olunması da həmin səmərəli dialoqun nəticəsidir. 
Xəzər regionunda neft-qaz sahəsində irimiqyaslı beynəlxalq 
investisiya  layihələrinin  nəzərdən  keçirilməsi,  yeni  texnika  və 
texnologiyalardan  istifadə  olunması,  elm  və  ekologiya 
sahələrində  işlərin  əlaqəli  aparılması,  habelə  əməkdaşlıq 
imkanlarının  hərtərəfli  öyrənilməsi  üçün  belə  bir  konfransın 
keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. 
Əminəm  ki,  bugünkü  görüş  qardaş,  qonşu  xalqlarımızın 
rifahına və tərəqqisinə öz dəyərli töhfəsini verəcəkdir. Bir daha 
konfransın işinə müvəffəqiyyətlər, sizin hər birinizə xoşbəxtlik 
arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 8 sentyabr 2008-ci il 
 
 


 
147 
 
 
 
TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ 
EHTİYATLAR NAZİRİ HİLMİ GÜLƏRİN 
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ 
GÖRÜŞ  
 
Prezident sarayı 
    
9 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  9-da  Türkiyənin  Energetika  və  Təbii  Ehtiyatlar 
naziri  Hilmi  Gülərin  başçılıq  etdiyi  nümayəndə  heyətini  qəbul 
etmişdir. 
Hilmi Gülər Türkiyə prezidenti Abdullah Gülün və Baş nazir 
Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı. 
Görüşdə Azərbaycanla Türkiyə arasında, eləcə də regionda 
energetika  sahəsində  əməkdaşlığın  hazırkı  vəziyyətinə  və 
perspektivlərinə dair fikir mübadiləsi aparıldı. 
Prezident  İlham  Əliyev  Türkiyə  prezidenti  Abdullah  Gülün 
və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnət-
darlığını  bildirdi,  özünün  də  salamlarını  onlara  çatdırmağı 
xahiş etdi.  
 
 
 
 
 
 


 148 
 
 
 
YUNANISTANIN İNKİŞAF NAZİRİ XRİSTOS 
FOLİASIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ 
HEYƏTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
     
 9 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  9-da  Yunanıstanın  İnkişaf  naziri  Xristos  Foliasın 
başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Xristos  Folias  «Azərbaycan  və  Türkmənistanın  neft  və  qaz 
potensialı:  energetika,  iqtisadiyyat,  ekologiya.  Əməkdaşlığın 
strategiyası»  mövzusunda  keçirilən  beynəlxalq  konfransın 
işində iştirak etmək məqsədi ilə ölkəmizə səfər etdiyini dedi və 
tədbirin  yüksək  səviyyədə  təşkil  olunduğunu  vurğuladı.  Qonaq 
ölkələrimiz  arasında  iqtisadi  əlaqələrin  uğurla  inkişaf  etdiyini 
bildirdi. 
Dövlət  başçısı  Azərbaycanla  Yunanıstan  arasında  əmək-
daşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji və digər 
sahələrdə  genişləndiyini  vurğuladı.  Prezident  İlham  Əliyev 
Yunanıstanın İnkişaf nazirinin ölkəmizə səfərinin bu əlaqələrin 
daha  da  möhkəmləndirilməsinə  xidmət  edəcəyinə  ümidvar 
olduğunu bildirdi.  
 
 
 
 
 
 


 
149 
 
 
 
 
ABŞ PREZİDENTİNİN AVRASİYA ENERJİ 
MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ ELÇİSİ BOYDEN 
QREYİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ 
HEYƏTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
9 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  9-da  ABŞ  prezidentinin  Avrasiya  enerji  məsələləri 
üzrə  xüsusi  elçisi  Boyden  Qreyin  başçılıq  etdiyi  nümayəndə 
heyətini qəbul etmişdir. 
Görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əmək-
daşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 150 
 
 
 
 
ATƏT-in SEÇKİLƏRİ MÜŞAHİDƏ MİSSİYASININ 
BAŞÇISI BORİS FRLETSİN RƏHBƏRLİK ETDİYİ 
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ  
 
Prezident sarayı 
 
9 sentyabr 2008-ci il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
sentyabrın  9-da  ATƏT-in  seçkiləri  müşahidə  missiyasının 
başçısı Boris Frletsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul 
etmişdir. 
Görüşdə  Azərbaycanda  gedən  demokratikləşmə  prosesləri, 
qarşıdan  gələn  prezident  seçkilərinə  hazırlıq  məsələləri  ilə 
bağlı fikir mübadiləsi aparıldı.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə