İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə38/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

 142 
Prezident  İlham  Əliyev  tikinti  işlərinin  yüksək  səviyyədə 
görülməsi ilə bağlı tövsiyələrini verdi.  
 
Olimpiya İdman Kompleksinin tikintisində  
 
Prezident  İlham  Əliyev  sentyabrın  7-də  Cəlilabad 
Olimpiya İdman Kompleksinin tikintisində olmuşdur.  
Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı 
çərçivəsində  tikintisinə  2007-ci  ildə  başlanmış  bu  idman  qur-
ğusu  4  hektarlıq  ərazidə  yerləşəcəkdir.  Kompleksə  əsas  idman 
salonu,  üzgüçülük  hovuzu,  müxtəlif  idman  meydançaları,  sa-
lonlar,  ikimərtəbəli  müasir  mehmanxana  və  kotteclər  daxildir. 
Burada respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi 
üçün  hər  cür  şərait  yaradılacaqdır.  Yeni  qurğu  həm  də  bədən 
tərbiyəsi və idmanın inkişafına təkan verəcəkdir. 
Prezident  İlham  Əliyev  obyektin  layihəsinə  baxdı,  tikinti 
işlərinin gedişi ilə tanış oldu.  
Dövlət  başçısı  ölkəmizdə  bu  sahənin  tərəqqisinə  xüsusi 
diqqət  yetirildiyini  bildirdi,  tikinti  işlərinin  vaxtında  və 
keyfiyyətlə başa çatdırılması barədə tapşırıqlarını verdi.  
 
 
 
 
    * * * 
 
Bununla  da  prezident  İlham  Əliyevin  Salyan  və  Cəlilabad 
rayonlarına səfəri başa çatdı. 
 
 
 
 
 


 
143 
 
 
 
PAKİSTAN İSLAM RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB ASİF ƏLİ ZƏRDARİYƏ 
 
Hörmətli cənab Prezident!  
Pakistan  İslam  Respublikasının  Prezidenti  vəzifəsinə 
seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. 
Biz Azərbaycan–Pakistan münasibətlərinə böyük əhəmiyyət 
veririk. Ümidvaram ki, dost ölkələrimiz və xalqlarımız arasında 
əlaqələrin 
hərtərəfli 
inkişafı 
sahəsində 
səylərimizi, 
əməkdaşlığımızı  istər  birbaşa  qaydada,  istərsə  də  beynəlxalq 
qurumlar  çərçivəsində  bundan  sonra  da  ardıcıl  şəkildə  davam 
etdirəcəyik. 
Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  Pakistan  xalqının 
rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 8 sentyabr 2008-ci il 
 
 
 
 


 144 
   
 
İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ  
KƏND TƏSƏRRÜFATI ÜZRƏ YÜKSƏK VƏZİFƏLİ 
RƏSMİLƏRİNİN 3-cü  VƏ  TƏŞKİLATA  
ÜZV- ÖLKƏLƏRİN KƏND TƏSƏRRÜFATI 
NAZİRLƏRİNİN 4-cü İCLASLARININ 
İŞTİRAKÇILARINA 
 
Hörmətli iclas iştirakçıları! 
Sizi – bu mötəbər beynəlxalq təşkilatın yüksək təmsilçilərini 
səmimi-qəlbdən salamlayır, hər birinizə möhkəm cansağlığı, əmin-
amanlıq  və  uğurlar  arzulayıram.  Ümidvaram  ki,  Bakı  şəhərində 
keçirilən 
bu 
toplantı 
həm 
qarşılıqlı 
əməkdaşlığımızı 
möhkəmləndirəcək,  həm  də  regionun  ərzaq  təchizatı  baxımından 
təhlükəsiz əraziyə çevrilməsi işinə öz töhfəsini verəcəkdir. 
Ölkəmizdə  sosial-iqtisadi  tərəqqinin  sürətlənməsi,  maliyyə 
imkanlarının genişlənməsi aqrar sektorun inkişafı üçün də yeni 
imkanlar açmışdır. İndi kənd təsərrüfatı məhsulları istehsalının 
artırılması,  bu  sahədə  infrastrukturun  təkmilləşdirilməsi, 
əhalinin  ərzaqla  etibarlı  təminatı  aqrar  siyasətin  prioritet 
istiqamətləri kimi müəyyən edilmişdir. 
Əminəm  ki,  ərzaq  təhlükəsizliyi  probleminin  qlobal  xarakter 
daşıdığı  indiki  dövrdə  ölkələrimiz  arasında  aqrar  məsələlərə  aid 
fikir  və  təcrübə  mübadiləsi  böyük  əhəmiyyət  kəsb  edəcək,  kənd 
təsərrüfatının  özünəməxsus  problemlərinin  həllinə  yönəldilmiş 
müxtəlif  regional  proqramların  həyata  keçirilməsinə  dəstək 
verəcəkdir. 
Bir  daha  tədbirin  işinə  uğurlar  arzulayır,  ölkələrimiz  arasında 
dostluğun daha da möhkəmlənəcəyinə, qarşılıqlı əməkdaşlığın bütün 
sahələrdə inkişaf edəcəyinə böyük ümidlər bəsləyirəm. 
 
Dərin hörmətlə,                                        İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 8 sentyabr 2008-ci il 


 
145 
 
 
 
«AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTANIN NEFT 
VƏ QAZ POTENSİALI: ENERGETİKA, 
İQTİSADİYYAT, EKOLOGİYA. ƏMƏKDAŞLIĞIN 
STRATEGİYASI» BEYNƏLXALQ  
KONFRANSININ İŞTİRAKÇILARINA 
 
Hörmətli konfrans iştirakçıları! 
Sizi  –  «Azərbaycan  və  Türkmənistanın  neft  və  qaz  po-
tensialı:  energetika,  iqtisadiyyat,  ekologiya.  Əməkdaşlığın 
strategiyası»  beynəlxalq  konfransının  iştirakçılarını  səmimi-
qəlbdən salamlayır və konfransın işinə uğurlar diləyirəm. 
Ümidvaram  ki,  belə  bir  mötəbər  konfrans  hər  iki  dövlətin 
enerji  sahəsində  malik  olduğu  zəngin  potensialın  nümayiş 
etdirilməsinə,  toplanmış  böyük  təcrübənin  öyrənilməsinə  və 
əməkdaşlığın  yeni  mərhələyə  qədəm  qoymasına  təkan  verə-
cəkdir.  Bu  forumda  dünyanın  bir  çox  ölkəsindən  olan  nüma-
yəndələrin  iştirakı  ona  beynəlxalq  səviyyədə  göstərilən  böyük 
diqqətin nəticəsidir. 
1994-cü  ildə  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyev dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi»ni 
imzalayaraq  ölkəmizin  tarixində  yeni  inkişaf  və  tərəqqi 
dövrünün əsasını qoydu. Bu gün də Azərbaycanın çoxvariantlı 
ixrac strategiyası məhz həmin siyasətin ardıcıl davamıdır. 
Azərbaycan  ənənəvi  olaraq  neft-qaz  sənayesinin  bütün 
sahələri  üzrə  dərin  bilik  və  bacarığa  yiyələnmiş  yüksək  səviy-
yəli  mütəxəssislərə,  böyük  elmi  potensiala  malikdir.  Eyni 
zamanda,  hazırda  Azərbaycanda  dünya  standartlarına  uyğun 
geniş  infrastruktur  yaranmışdır  və  biz  bütün  bu  imkanları 
qarşılıqlı  maraq  doğuran  tərəfdaşlıq  üçün  təqdim  etməyə  tam 
hazırıq. 
Türkmənistan  prezidenti  cənab  Qurbanqulu  Berdıməhəm-
mədovun  cari  ilin  may  ayında  Azərbaycana  rəsmi  səfəri 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə