İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə34/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

 128 
bu  gün  kənd  təsərrüfatına  böyük  diqqət  göstəririk  və  kənd 
təsərrüfatı  istehsalı  ildən-ilə  artır.  Bu  günlərdə  Bakıda 
Azərbaycanda  istehsal  olunan  məhsulların  sərgisi  keçirilirdi. 
Mən  sərgi  ilə  tanış  oldum.  Bilirdim  və  bir  daha  gördüm  ki, 
demək olar, ərzaq məhsullarının böyük əksəriyyəti ilə özümüzü 
təmin  edirik.  Əvvəllər  biz  daha  çox  idxaldan  asılı  idik. 
Azərbaycanda strateji xarakter daşıyan bir çox ərzaq məhsulları 
xaricdən  gətirilirdi.  Biz  indi  özümüzü  kənd  təsərrüfatı 
məhsulları  ilə  90–95  faiz  səviyyəsində  təmin  etməyə  nail  ola 
bilmişik.  Cəmi  4-5  il  ərzində  buna  nəyin  hesabına  nail  ola 
bilmişik?! Məqsədyönlü iqtisadi islahatlar, sahibkarlığın dəstək-
lənməsi,  fermerlərə  güzəştli  kreditlərin  verilməsi,  ölkəmizdə 
liberallaşma  siyasətinin  aparılması,  sahibkarlara  dövlət 
tərəfindən  həm  maddi,  həm  də  mənəvi,  siyasi  dəstəyin 
verilməsi,  «Aqrolizinq»  Səhmdar  Cəmiyyətinin  yaradılması, 
gübrənin,  yanacağın  fermerlərə  güzəştli  şərtlərlə  verilməsi 
sayəsində.  Azərbaycanda  fermerlərə  hər  il  100  milyon  dollar 
həcmində güzəştli kreditlər verilir. Bax, budur dövlət tərəfindən 
görülən əsas işlər. Əlbəttə ki, bununla bərabər, elektrik xətləri, 
yollar  çəkilir  və  digər  infrastruktur  obyektləri  yaradılır.  Bu, 
Azərbaycanın  qeyri-neft  sektorunun  inkişafına  böyük  təkan 
vermişdir.  Əgər  Azərbaycan  uzun  illər,  əsrlər  boyu  neft  ölkəsi 
kimi  tanınırdısa,  XXI  əsrdə  özünü  müasir,  inkişaf  etmiş  ölkə 
kimi  tanıtdıracaqdır.  Bunu  deməyə  əsas  var.  Son  illər  ərzində 
aparılan çox ciddi iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. 
Mən şübhə etmirəm ki, ölkəmizin gələcək inkişafı da uğurlu 
olacaqdır  və  hər  bir  rayonda  abadlıq  işləri  aparılacaq,  sosial 
infrastrukturun  yaradılması  və  müasirləşdirilməsi  üçün, 
insanların rahat yaşaması üçün lazımi tədbirlər görüləcəkdir. 
Mən  çox  şadam  ki,  Salyan  rayonunun  iqtisadi  göstəriciləri 
də  çox  yaxşıdır.  Burada  istehsal  olunan  məhsulların  ümumi 
həcmi  artır,  yeni  iş  yerləri  açılır.  Rayonun  infrastrukturunun 
möhkəmləndirilməsi üçün Azərbaycan dövləti bundan sonra da 
səy  göstərəcəkdir.  Gələn  ilin  əvvəlində  qəbul  ediləcək 
regionların  sosial-iqtisadi  inkişafına  dair  növbəti  Dövlət 


 
129 
Proqramında bütün rayonların problemləri öz əksini tapacaqdır. 
O  cümlədən,  Salyan  rayonunun  növbəti  beş  il  ərzində  uğurlu 
inkişafı  üçün  nəzərdə  tutulan  əməli-praktiki  tədbirlər  orada 
göstəriləcəkdir. 
Əziz salyanlılar! 
Əziz dostlar! 
Əziz idmançılar! 
Bu gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə 
sizi  bir  daha  ürəkdən  təbrik  edirəm.  Sizə  cansağlığı,  uğurlar 
arzulayıram. 
 
 


 130 
 
 
RAYON  XƏSTƏXANASININ ƏSASLI TƏMİRDƏN 
SONRA AÇILIŞI  
 
Sentyabrın  7-də  Salyan  Rayon  Mərkəzi  Xəstəxanasının 
əsaslı təmirdən sonra açılışı olmuşdur. 
Bu  münasibətlə  keçirilən  mərasimdə  iştirak  edən  Azər-
baycan prezidenti İlham Əliyevi xəstəxananın işçiləri səmimiy-
yətlə qarşıladılar. 
Ötən  əsrin  70-ci  illərində  ulu  öndər  Heydər  Əliyevin 
göstərişi  ilə  tikilmiş  xəstəxananın  əsaslı  təmiri  üçün  prezident 
İlham  Əliyev  2006-cı  ilin  avqustunda  Salyana  səfəri  zamanı 
tapşırıq vermişdi. 13 hektar ərazidə yerləşən və beş korpusdan 
ibarət  olan  mərkəzi  xəstəxana  müayinə  və  müalicə  üçün  ən 
müasir avadanlıq və tibbi ləvazimatla təmin olunmuşdur. Təcili 
yardım şöbəsinə xüsusi avtomobillər verilmişdir. 
Beşmərtəbəli  əsas  korpusun  foyesində  prezident  İlham 
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti,  Milli Məclisin 
deputatı  Mehriban  xanım  Əliyevanın  səhiyyənin  inkişafına 
göstərdikləri  qayğını  əks  etdirən  fotoşəkillər  diqqəti  cəlb  edir. 
Bu  korpusda  diaqnostika,  poliklinika,  oftalmologiya,  terapiya 
şöbələri və palatalar da daxil olmaqla, 230 otaq vardır. 
Reanimasiya  bölməsinin  də  yerləşdiyi  cərrahiyyə  korpu-
sunda  ən  çətin  əməliyyatların  aparılması  üçün  bütün  şərait 
yaradılmışdır. 
Dövlət  başçısı  intensiv  terapiya  bölməsinə,  əməliyyat 
blokuna, palatalara baxdı, buradakı şəraitlə tanış oldu. 
Son  illər  ölkəmizdə  səhiyyənin  inkişafı  ilə  bağlı  görülən 
işlərdən danışan respublika prezidenti İlham Əliyev bu sahəyə 
xüsusi  diqqət  yetirdiyini,  bölgələrdə  ən  müasir  xəstəxanaların 
açıldığını  bildirdi,  əhaliyə  yüksək  səviyyədə  tibbi  xidmət 
göstərilməsi ilə bağlı tövsiyələrini verdi. 
Dövlət  başçısı  xəstəxananın  kollektivi  ilə  xatirə  şəkli 
çəkdirdi, tibb işçilərini təbrik etdi, onlara uğurlar arzuladı.  


 
131 
 
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 
CƏLİLABAD RAYONUNA GƏLMİŞDİR  
 
    7 sentyabr 2008-ci il 
 
Sentyabrın  7-də  Azərbaycan  prezidenti  İlham  Əliyev 
Cəlilabad rayonuna gəlmişdir.  
Dövlət  başçısı  əvvəlcə  ümummilli  lider  Heydər  Əliyevin 
Cəlilabad  şəhərinin  mərkəzində  ucaldılmış  abidəsini  ziyarət 
edərək, önünə gül dəstəsi qoydu. 
Prezident  İlham  Əliyev  abidənin  ətrafındakı  parkda  apa-
rılmış abadlıq işləri ilə tanış oldu.  
Tamamilə  yenidən  qurulmuş  və  şəhər  sakinlərinin  sevimli 
istirahət guşələrindən birinə çevrilmiş parkda yaşıllıq salınmış,  
çoxlu  bəzək  və  gül  kolları,  ağac  əkilmiş,  fəvvarə  quraş-
dırılmışdır. 
Parkın  yaxınlığında  müasir  üslubda  mədəniyyət  evi 
tikilmişdir. 
 
Ulu öndər Heydər Əliyev Muzeyinin açılışı   
 
Sentyabrın  7-də  Cəlilabad  şəhərində  Heydər  Əliyev 
Muzeyinin açılışı olmuşdur. 
Prezident  İlham  Əliyev  rəmzi  açılışı  bildirən  lenti  kəsdi 
və muzeylə tanış oldu.  
İkimərtəbəli, müasir memarlıq üslubunda tikilmiş binanın 
birinci  mərtəbəsində  eksponatlar  4  bölmədə  yerləşdirilmişdir. 
Birinci  bölmədə  ümummilli  lider  Heydər  Əliyevin  həyatının 
uşaqlıq  və  gənclik  illərinə,  sovet  dövründəki  fəaliyyətinə  dair 
fotoşəkillər nümayiş etdirilir. İkinci bölmədə dünyanın görkəmli 
şəxsiyyətlərinin  ulu  öndər  barədə  kəlamları  ilə  tanış  olmaq 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə