117
MALİ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB AMADU TUMANİ TUREYƏ
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə
Sizi və bütün Mali xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mali arasındakı münasibətlər
daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza
əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 sentyabr 2008-ci il
118
İRANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ
MEHDİ SƏFƏRİNİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
4 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 4-də İranın Xarici İşlər nazirinin müavini Mehdi
Səfərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Mehdi Səfəri İran prezidenti Mahmud Əhmədinejadın
salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycanla İran arasında əlaqələrin uğurla
inkişaf etdiyi vurğulandı, ikitərəfli münasibətlərin bundan sonra
da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı
həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev İran prezidenti Mahmud Əhmədi-
nejadın salamlarına görə minnətdarlığını bildirdi, özünün də
salamlarını ona çatdırmağı xahiş etdi.
119
MACARISTAN MİLLİ ASSAMBLEYASININ
SƏDRİ XANIM KATALİN SİLİNİN BAŞÇILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
5 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 5-də Macarıstan parlamentinin – Milli Assamble-
yanın sədri xanım Katalin Silinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Macarıstan arasında
ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi,
əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı
səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimiz arasında tərəf-
daşlığın səviyyəsindən məmnunluğunu vurğulayan prezident
İlham Əliyev parlamentlərarası əməkdaşlıq üçün də böyük
potensialın olduğunu bildirdi. Dövlətimizin başçısı xanım
Katalin Silinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da
möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini söylədi.
Prezident İlham Əliyevlə Budapeştdəki görüşünü xatırladan
xanım Katalin Sili dövlətimizin başçısı ilə yenidən görüşündən
məmnunluğunu bildirdi. O, ölkələrimiz arasında əməkdaşlığın
genişləndiyini vurğuladı, parlamentlərarası əlaqələrin daha da
möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyətli
olacağını qeyd etdi.
120
VATİKANIN ÖLKƏMİZDƏKİ APOSTOL NUNSİSİ
KLAUDİO QUCEROTTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
5 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 5-də Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio
Qucerottini qəbul etmişdir.
K.Qucerotti Roma Papası XVI Benediktin salamlarını
dövlətimizin başçısına çatdırdı. O, Vatikanın Dövlət katibi,
kardinal Tarçizio Bertoninin Azərbaycana səfərini və Bakıda
katolik kilsəsinin açılış mərasimini məmnunluqla xatırladaraq,
Azərbaycan prezidentinin və xanımının həmin mərasimdə
iştirakının tədbirə xüsusi şərəf verdiyini vurğuladı.
Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən
məmnunluğunu bildirən prezident İlham Əliyev ölkəmizdə bütün
dinlərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst
fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğuladı, bu
siyasətin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Dövlətimizin başçısı Roma Papası XVI Benediktin salam-
larına görə minnətdarlığını bildirdi və özünün də salamlarını
ona çatdırmağı xahiş etdi.
121
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN SALYAN VƏ CƏLİLABAD
RAYONLARINA SƏFƏRİ
7 sentyabr 2008-ci il
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də
Salyan rayonuna gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə Cəsur
Əliyev adına Qardili kənd orta məktəbinin yeni binasının
açılışında iştirak etdi.
Mərasimə toplaşanlar ölkə rəhbərini hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti
kəsdi, məktəbin foyesində bu təhsil ocağının əvvəlki və indiki
vəziyyətini əks etdirən fotoşəkillərə, ümummilli lider Heydər
Əliyevin fəaliyyətinə dair fotoguşəyə baxdı. Foyedə ulu öndər
Heydər Əliyevin təhsil işçilərinin əməyinə verdiyi qiyməti
təsdiqləyən «Mən yer üzündə müəllimdən yüksək ad tanımıram»
kəlamı yazılmışdı.
Dövlət başçısına məlumat verildi ki, Qardili kənd orta
məktəbinin müəllim və şagirdləri uzun illərdən bəri köhnə binanın
yaratdığı problemlərdən əziyyət çəkirdilər. Qış aylarında burada
dərs keçmək daha çox çətinlik yaradırdı. Yeni bina 220 şagird
üçün nəzərdə tutulmuşdur. Bu il məktəbdə təhsil alacaq 161
şagirdin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olacaqdır. 11 sinif
otağı, 2 emalatxana, 2 laboratoriya və 1 həkim otağından ibarət
bina müasir istilik sistemi ilə təchiz olunmuş, transformator
quraşdırılmışdır. Məktəbin həyəti abadlaşdırılmış, burada gözox-
şayan yaşıllıq salınmışdır.
Azərbaycanda təhsilin inkişafında misilsiz xidmətləri olan
Heydər Əliyev Fondu əvvəlki illərdə olduğu kimi, bu il də
məktəbə ilk dəfə qədəm qoyacaq uşaqlara çanta, dərslik və
digər məktəb ləvazimatı hədiyyə etmişdir.
Dostları ilə paylaş: |