112
Birləşmiş Ştatlar digər Avropa dövlətləri, o cümlədən
Türkiyə ilə birgə qəti şəkildə inanır ki, təbii sərvətlərin sərbəst
nəqlini təmin etmək və əlavə ixrac marşrutlarının işlənməsi
üçün Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birgə iş
aparılmalıdır. Enerji təhlükəsizliyi məsələləri son illərdə daha
çox əhəmiyyət kəsb edir.
Yekun olaraq, cənab Prezident, mən Amerika Birləşmiş
Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı qlobal mü-
barizəyə Azərbaycanın verdiyi töhfəyə görə ölkəm adından
minnətdarlığımı bildirmək istəyirəm. Bizim qüvvələrimiz
Əfqanıstan və İraqda birgə çalışır, zorakılıq və ekstremizm
hallarının
qarşısının
alınmasında
əməkdaşlıq
edirlər.
Ölkələrimiz təhlükəli rejimlərdən irəli gələn kütləvi qırğın
silahlarının yayılmasının həm Azərbaycan, həm də beynəlxalq
birlik üçün risk doğurduğunu yekdilliklə etiraf edir. Amerika
Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda sülh
və təhlükəsizlik işinə verdiyi böyük töhfəsini yüksək
dəyərləndirir.
Biz demokratiyanın və qanunun aliliyinin möhkəm-
ləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsə-
lələrdə və Azərbaycan xalqının üzləşdiyi mürəkkəb problem-
lərin həllində, habelə müasir, tərəqqi edən və müstəqil dövlətin
qurulmasında xalqınızın səylərini dəstəkləyirik. Biz ölkənizin
dünyanın bu guşəsində sülh və sabitliyin bərqərar olmasına
nümunə kimi xidmət edəcəyinə inanırıq.
Çox sağ olun.
113
MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB FELİPE KALDERON İNOXOSAYA
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – Müstəqillik elan edilməsi günü
münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi
yetirirəm.
Əminəm ki, Azərbaycan–Meksika münasibətləri xalqla-
rımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq
ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 sentyabr 2008-ci il
114
İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ
ƏRƏBİSTANI KRALI ƏLAHƏZRƏT ABDULLAH
BİN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət!
Əziz qardaşım!
Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü
münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasi-
bətlərin bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq
qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə da-
vam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstə-
rəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, Səudiyyə Ərəbistanının dost xalqına sülh və firavanlıq
arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 sentyabr 2008-ci il
115
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ
VƏLİƏHDİ ƏLAHƏZRƏT SULTAN BİN
ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət!
Milli bayramınız – Krallıq elan edilməsi günü münasi-
bətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Əminəm ki, dost xalqlarımızın iradəsi ilə ölkələrimiz
arasındakı münasibətlər, əməkdaşlığımız bundan sonra da
yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının dost
xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 sentyabr 2008-ci il
116
MALTA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB EDVARD FENEK ADAMİYƏ
Hörmətli cənab Prezident!
Maltanın milli bayramı – Müstəqillik günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan–Malta münasibətləri bundan
sonra da dostluq və əməkdaşlıq ruhunda öz inkişafını davam
etdirəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Malta xalqına əmin-
amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 sentyabr 2008-ci il
Dostları ilə paylaş: |