159
AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN
PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ
GÖRÜŞÜ
Prezident sarayı
11 sentyabr 2008-ci il
Sentyabrın 11-də Azərbaycan və Özbəkistan nümayəndə
heyətlərinin iştirakı ilə prezident İlham Əliyevin və prezident
İslam Kərimovun geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan
dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarını
salamlayaraq dedi:
Hörmətli İslam Abduqəniyeviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycan torpağında səmimi salamlamaq istəyirəm.
Xoş gəlmisiniz! Biz Sizin səfərinizi gözləyirdik və dəvətimizi
qəbul edərək, ölkəmizə səfərə gəldiyinizə görə Sizə çox
minnətdarıq.
Bizim ölkələr arasında qardaşlıq, dostluq münasibətlərinin
tarixi qədimdir və hazırda uğurla inkişaf edir. Əlbəttə, dövlət
rəhbərlərinin səfərləri bu münasibətlərin inkişafı üçün yeni
zəmin yaradır. Bu gün biz ikitərəfli münasibətlərin bütün
aspektlərini, regional məsələləri ətraflı müzakirə etdik. Biz
ümumi fikirdəyik ki, inteqrasiya prosesləri, kooperasiya, birgə
layihələr ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək və
əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.
Özbəkistan bizə qardaş, dost ölkədir, biz beynəlxalq təş-
kilatlarda sizin dəstəyinizi çox yüksək qiymətləndiririk. Biz də
öz tərəfimizdən, əvvəllər olduğu kimi, gələcəkdə də həmişə
sizin yanınızda olacağıq.
160
Sizin səfəriniz ilk növbədə iqtisadiyyatda və başqa sahələrdə
əməkdaşlığın perspektivlərini daha dərindən öyrənmək üçün
yaxşı imkanlar yaradır. Əminəm ki, nümayəndə heyətləri
üzvlərinin də fikir mübadiləsi etmək imkanı olmuşdur, xüsusən
ona görə ki, bu yaxınlarda komissiyanın iclası keçirilmişdir.
Bütün bunlar münasibətlərimizin səviyyəsini əks etdirir. Biz
həm də ümid edirik ki, bu səfərdən sonra ölkələrimizin daha da
yaxınlaşması baxımından yeni əməli addımlar atılacaqdır.
Bir daha xoş gəlmisiniz!
Özbəkistan prezidenti İslam Kərimov səmimi qəbul üçün
təşəkkür edərək dedi:
Hörmətli İlham Heydər oğlu!
Bərəkətli Azərbaycan torpağında bizi bu qədər səmi-
miyyətlə, hərarətlə qəbul etdiyinizə görə şəxsən Sizə və
azərbaycanlı dostlarımıza ürəkdən təşəkkür etmək istəyirəm.
Mən əminəm ki, Özbəkistan nümayəndə heyətinin hər bir səfəri
bizim üçün, ilk növbədə Özbəkistan üçün böyük əhəmiyyət
kəsb edir, çünki ikitərəfli və çoxtərəfli münasibətlərimizdə
gerçəkləşdirilməli olan məsələləri, böyük imkanları müzakirə
etmək üçün yaxşı fürsət yaranır.
Azərbaycan bizə qardaş ölkədir. Bizə həm tarixi, həm də
mədəni baxımdan yaxın olan ölkədir. Bu mənada bir daha
deyirəm ki, biz özümüzə yaxın saydığımız ölkəyə gəlmişik,
burada özümüzü qonaq kimi yox, yaxın adamlar arasında
olduğu kimi hiss edirik. Başa düşürəm ki, bu cür səmimi qəbul
məhz bununla izah edilir.
Dünyada bir-birinə öz kökləri ilə bağlı olan iki dövlət, iki
xalq tapmaq çətindir. Biz öz ana dilimizdə danışa bilərik və
həmişə bir-birimizi başa düşəcəyik.
Bu gün Azərbaycanla bağlı nə varsa, mən onları həmişə
Heydər Əliyevlə yaxın dostluğumun prizmasından görürəm. O
məni özünün yaxın dostu hesab edirdi. Mən də onu özüm üçün
ən yaxın insan hesab edirdim. O, Özbəkistanın bütün
problemlərini, bizim həll etdiyimiz bütün mürəkkəb məsələləri
özünün problemləri kimi qəbul edirdi. O, yaşca məndən böyük
161
idi, lakin müstəqillik əldə ediləndən sonrakı ilk illərdə həm
Azərbaycanın, həm də Özbəkistanın yeni, müstəqil inkişaf
şəraitində öz ölkəsinin, öz xalqının tab gətirməsi, qorunub
saxlanması ilə bağlı ən çətin, deyərdim ki, ən ağır problemləri
həll etdiyi vaxtda postsovet məkanında baş verən hadisələrə
münasibət məsələsində mən onun şəxsində, sadəcə, həmməslək
deyil, bu məsələləri çox dərindən başa düşən bir insan tapırdım.
Mən ona, sadəcə, ünsiyyətliliyinə, müdrikliyinə görə deyil,
başqaları üçün gözlənilməz olan bütün prosesləri dərindən başa
düşdüyünə görə hörmət edirdim.
Heydər Əliyev Moskvada ən yüksək vəzifələrdə işlədiyi
dövrdə mən hələ o qədər də nəzərə çarpmayan bir adam idim,
lakin onun fəaliyyətini çox diqqətlə izləyirdim və bilirəm ki,
Azərbaycan üçün nə qədər çox iş görmüşdür. O həqiqətən tarixi
simadır. Azərbaycanın tarixində həmişəlik qalacaq şəxsiyyətdir.
Bir vaxt biz də dünyamızı dəyişəcəyik, amma onu
xatırlayacaqlar. Onu ən müdrik bir insan kimi, Azərbaycanın ən
böyük vətənpərvəri kimi, mən deyərdim ki, ölkəni qoruyub
saxlamış bir insan kimi xatırlayacaqlar. O, çətin dövrdə nə
mümkündürsə etmiş, onun ardınca gələn gənc nəsli gələcək
barədə aydın təsəvvürlə, proqramla, modellə silahlandırmışdır.
Hörmətli İlham Heydər oğlu, bu gün mən görürəm ki, bütün
bunlar artıq Sizin rəhbərliyiniz altında gerçəkləşir.
Səmimi sözümdür, bu gün mən yalnız bir şey deyə bilərəm:
mən Sizə təşəkkür edirəm ki, atanızın xatirəsini bu cür qayğı ilə
qoruyursunuz. Sizin vasitənizlə Sizin komandaya, Sizin
əhatənizdəkilərə təlqin edilən münasibətinizə görə Sizə təşəkkür
edirəm. Heydər Əliyevin nəzərdə tutduğu bütün işlər şübhəsiz
ki, bu gün reallaşır və bundan sonra da reallaşacaqdır.
Dostları ilə paylaş: |