İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə44/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

 166 
naşmalar.  Bu  gün  artıq  deyildiyi  kimi,  regional  və  beynəlxalq 
xarakterli  bütün  məsələlər  barədə  Özbəkistanın  prinsipial 
mövqeyini,  sizin  dövlətin  müstəqil  xəttini  və  son  illərdə  Sizin 
rəhbərliyiniz  altında  ölkənizin  qazandığı  uğurları  xüsusi  qeyd 
etmək  istəyirəm.  Bütün  bunlar  burada,  Azərbaycanda  böyük 
rəğbət  və  hörmət  doğurur.  Siz  Azərbaycan  xalqının  qardaş 
özbək  xalqına  münasibətini,  Azərbaycan  xalqının  şəxsən  Sizə 
böyük hörmət bəslədiyini bilirsiniz. Biz Sizin səfərinizi həm də 
dostluğumuzun mühüm əlaməti kimi qəbul edirik.  
Əminəm  ki,  səfərin  davamı  çox  uğurlu  olacaqdır.  Bu  gün 
bizim  müzakirə  etdiyimiz  və  nəzərdə  tutduğumuz  məsələlər 
belə  deməyə  əsas  verir.  Gələcəkdə  isə  əldə  olunmuş  razılaş-
malar əsasında biz daha fəal inkişaf  və əməkdaşlıq edəcəyik.  
Sağ olun.  
 
Özbəkistan prezidenti İslam Kərimovun bəyanatı  
 
Hörmətli İlham Heydər oğlu! 
Hörmətli  kütləvi  informasiya  vasitələri  nümayəndələri, 
xanımlar və cənablar!  
Fürsətdən istifadə edərək, məni Azərbaycana rəsmi səfərə 
dəvət  etdiyinə  görə,  eləcə  də  Azərbaycan  torpağında  hiss 
etdiyimiz,  duyduğumuz  bu  səmimi  və  hərarətli  qəbula  görə 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bir daha 
ürəkdən minnətdarlığımı bildirmək istəyirəm.  
Özbəkistan–Azərbaycan  münasibətlərinə  xas  olan  ənənəvi 
səmimilik  və  qarşılıqlı  etimad  şəraitində  keçmiş  danışıqların 
yekunlarından tamamilə razı qaldığımı bildirmək istəyirəm. Biz 
ikitərəfli  əməkdaşlıq  məsələlərinin  geniş  dairəsini  ətraflı 
müzakirə etdik, regional qarşılıqlı fəaliyyətin aktual məsələləri 
və beynəlxalq problemlər barəsində də fikir mübadiləsi apardıq. 
Biz  müzakirə  edilən  məsələlərin  əksəriyyəti  barədə 
mövqelərimizin  üst-üstə  düşməsini  və  ya  oxşar  olmasını  qeyd 
etdik.  


 
167 
Hesab  edirik  ki,  bu  gün  dövlətlərarası  və  hökumətlərarası 
səviyyədə  imzalanmış  7  sənəd,  habelə  Azərbaycan  tərəfi  ilə 
bağlanmış  müqavilələr  münasibətlərimizin  inkişafına  böyük 
təkan verəcək, qarşılıqlı surətdə faydalı birgə layihələrin həyata 
keçirilməsi üçün yaxşı zəmin yaradacaqdır.  
Danışıqların  gedişində  biz  Cənubi  Qafqazın  və  Mərkəzi 
Asiyanın  genişlənməkdə  olan  qarşılıqlı  asılılığı,  dövlətlərimiz 
qarşısında,  regionlarımız  qarşısında  duran  problemlərin 
oxşarlığı barədə ümumi fikrə gəldik. Özbəkistan tərəfi bir daha 
təsdiq  etdi  ki,  o,  Dağlıq  Qarabağ  probleminin  sülh  yolu  ilə, 
siyasi yolla həllinin tərəfdarı olmuşdur və olacaqdır. Həm də biz 
hesab  edirik  ki,  bu  münaqişənin  həllinin  əsas  şərtlərindən  biri 
Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi  olmalıdır. 
Mənim  fikrimcə,  Dağlıq  Qarabağ  probleminin  həllinin 
Azərbaycan  tərəfindən  təklif  edilən  modeli  optimal  və  hər 
cəhətdən  məqbuldur.  Əlbəttə,  mən  öz  fikrimi  deyirəm,  lakin 
əminəm  ki,  ötən    17  ildə  baş  vermiş  hadisələri  obyektiv 
qiymətləndirən  insanların  hamısı  bu  fikirlə  razılaşar.  Qarabağ 
problemi 1988-ci ildə başlanmışdır və bu münaqişə ilə əlaqədar 
prosesləri  müşahidə  edənlərin,  sadəcə  müşahidə  etməklə 
kifayətlənməyib, onları diqqətlə izləyənlərin hamısı, zənnimcə, 
Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir.  
Azərbaycanın  qazandığı  sanballı  uğurlar,  bu  ölkənin 
gücünün, potensialının artması, iqtisadiyyatının davamlı inkişaf 
sürəti  Özbəkistanda  səmimi  hörmətlə  qarşılanır.  Mən 
Azərbaycan  prezidentinin  rəhbərliyi  altında  həyata  keçirilən, 
Azərbaycanı  Şərqlə  Qərbi  və  Şimal  ilə  Cənubu  birləşdirən 
aparıcı  logistika  mərkəzlərindən  birinə  çevirməyə  yönəlmiş, 
hərtərəfli  düşünülmüş,  praqmatik  xarici  siyasət  xəttini  xüsusi 
vurğulamaq istəyirəm.  
Zənnimcə,  heç  kəs  şübhə  etmir  ki,  bütün  bu  uğurlar 
prezident  İlham  Əliyevin  rəhbərliyi  altında  həyata  keçirilən 
ölçülüb-biçilmiş,  bir  daha  vurğulayıram,  düşünülmüş  siyasətin 
nəticəsidir.  


 168 
Danışıqların  yekunlarına  əsasən  qəbul  edilmiş  qərarlarda 
ölkələrimiz  arasında  iqtisadi  kooperasiyanın  və  əmtəə  dövriy-
yəsinin  artırılmasının,  ticarət-iqtisadi  əlaqələrin  geniş-
ləndirilməsinin, 
mədəni-humanitar  sahədə  əməkdaşlığın 
dərinləşdirilməsinin zəruriliyinə xüsusi diqqət yetirilmişdir.  
Sabah  Bakıda  özbək  şairi  və  mütəfəkkiri  Əlişir  Nəvainin 
abidəsinin  təntənəli  açılışı,  Azərbaycan  paytaxtındakı  küçələr-
dən  birinə  böyük  özbək  alimi,  astronom  Mirzə  Uluqbəyin 
adının  verilməsi  iki  qardaş  xalq  arasında  humanitar  əlaqələri 
möhkəmləndirən mühüm amillər olacaqdır.  
Tam  əmin  olmağımıza  hər  cür  əsas  var  ki,  Özbəkistan  nü-
mayəndə  heyətinin  Azərbaycana  indiki  səfəri  iki  ölkənin 
dostluq və əməkdaşlığının daha da möhkəmlənməsində mühüm 
mərhələ olacaqdır. 
Fürsətdən  istifadə  edərək,  birmənalı  şəkildə  bəyan  etmək 
istərdim  ki,  Özbəkistan  Azərbaycanla  uzunmüddətli  və  qarşı-
lıqlı  surətdə  faydalı  münasibətlərin  möhkəmləndirilməsində 
maraqlıdır.  
Diqqətinizə görə təşəkkür edirəm.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
169 
ALİ QONAĞIN ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL  
 
«Gülüstan» sarayı  
 
11 sentyabr 2008-ci il  
 
Sentyabrın  11-də  «Gülüstan»  sarayında  Azərbaycan 
prezidenti İlham Əliyevin adından Özbəkistan prezidenti İslam 
Kərimovun şərəfinə rəsmi qəbul təşkil edilmişdir. 
Dövlət başçıları qəbulda nitq söylədilər. 
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi  
 
Hörmətli İslam Abduqəniyeviç! 
Hörmətli qonaqlar! 
Əziz dostlar!  
Bu  gün  Özbəkistan–Azərbaycan  münasibətlərinin  tari-
xində olduqca əlamətdar gündür. Bu gün Özbəkistan prezidenti, 
Azərbaycan  xalqının  böyük  dostu  İslam  Abduqəniyeviç 
Kərimov Azərbaycana rəsmi səfərə gəlmişdir. 
Biz bu səfərə çox böyük əhəmiyyət veririk və şadıq ki, səfər 
böyük  uğurla  keçir.  Əminəm  ki,  bu  səfərin  nəticələri  və 
imzalanmış  sənədlərdə  əksini  tapmış  qərarların  yerinə  yetiril-
məsi  münasibətlərimizin  hərtərəfli  inkişafı  üçün  yeni  şərait 
yaradacaqdır.  Biz  bunda  çox  maraqlıyıq  və  istəyirik  ki, 
münasibətlərimizin  hərtərəfli  inkişafı,  həyatımızın  bütün 
sahələrini  əhatə  etməsi  üçün  gələcəkdə  də  bütün  sahələrdə,  o 
cümlədən  siyasi,  iqtisadi,  humanitar,  nəqliyyat,  energetika 
sahələrində  fəal əməkdaşlıq  edək.  Bunun  üçün  bütün  imkanlar 
var. 
Əvvələn,  bu,  əsrlər  boyu  həmişə  sülh  və  həmrəylik  şə-
raitində  yaşamış  xalqlarımız  arasında  olan  ənənəvi  qardaşlıq 
münasibətləridir.  Bu  həm  də  mədəniyyətlərimizin,  ənənələ-
rimizin,  habelə  dilimizin  ümumi  olmasıdır,  çünki  bir-birimizi 
tərcüməçisiz  başa  düşürük.  Bütün  bunlar  indi  –  müstəqil 
dövlətlərimizin  fəal  və  dinamik  inkişaf  etdiyi,  öz  siyasi  və 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə