155
Dəyərli mətbuat nümayəndələri!
Bu gün hörmətli prezident İlham Əliyevlə hər zaman olduğu
kimi, çox gözəl bir görüş keçirdik. Türkiyə ilə Azərbaycanın
qardaşlığı, dostluğu daimidir, əbədidir və bu çərçivədə əvvəlcə
ikitərəfli əlaqələrimizi müzakirə etdik, daha sonra bölgə ilə
əlaqədar məsələləri nəzərdən keçirdik. İkitərəfli münasibətlərimiz
əsas mövzu olduğuna görə Türkiyə və Azərbaycan siyasi, iqtisadi
və digər sahələrdə mükəmməl bir şəkildə əməkdaşlıq etməkdədir.
Siyasi məsələlərdə Türkiyə daim Azərbaycanın yanında olmuşdur
və hər zaman da yanında olacaqdır.
İqtisadi sahədə də, hörmətli prezident Əliyevin dediyi kimi,
Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft, qaz və ən
sonuncu, Qarsda bir hissəsinin təməlini qoyduğumuz, daha
əvvəl isə Gürcüstanda başladığımız Bakı–Tbilisi–Qars dəmiryol
layihələri bütün dünyanın böyük hörmətlə təqdir etdiyi
layihələrdir. İnanıram ki, dəmir yolunu da gələcəkdə
tamamlamaq, iqtisadi əlaqələrimizi daha da gücləndirmək və
inkişaf etdirmək üçün böyük iradəyə və gücə sahibik.
Qafqazda meydana çıxan yeni vəziyyəti də bu gün çox əhatəli
şəkildə nəzərdən keçirdik. Bu baxımdan bir neçə gün əvvəl milli
komandaların oyununa baxmaq üçün Ermənistana etdiyim səfər və
orada Ermənistan prezidenti ilə keçirdiyim görüş haqqında
hörmətli İlham Əliyevə əhatəli şəkildə məlumat verdim. Sizinlə
səmimi olaraq bunu paylaşmaq istəyirəm ki, hörmətli prezident
Əliyevin Qafqaz regionu ilə bağlı çox realist, gerçək düşüncəli
təhlili doğrudan da məndə çox böyük təəssürat yaratmışdır. Ona
burada təqdir və təşəkkürümü ifadə etmək istəyirəm.
Ortadakı yeni bir vəziyyət əsas mövzudur. Gürcüstanda
meydana çıxan hadisələrlə bağlı dövlət adamları kimi, liderlər
kimi, vəziyyəti ən yaxşı şəkildə təhlil edib düzgün və səbatlı
siyasi iradə göstərməyimiz lazımdır. Ümid edirəm ki,
Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ məsələsi
dialoq yolu ilə, anlayış və qarşılıqlı görüşlərlə həllini
tapacaqdır.
156
17 ildir həllini tapmayan bu məsələnin çözümü üçün yeni
fürsətlərin yarandığı fikrindəyik. Bu baxımdan Ermənistan
səfərindən də ümidli dönmüşəm. Görüşlərlə bunun həll
ediləcəyinə inanıram.
Şübhəsiz ki, işğal altındakı torpaqların tezliklə boşaldılması çox
böyük addım olacaq və sülh, təhlükəsizlik bərqərar olduqda bu
bölgədə çox böyük iqtisadi işbirliyi yaranacaqdır. Haqqında bəhs
etdiyimiz boru xətləri, dəmir yolu bütün Qafqaz bölgəsini əhatə
edəcəkdir. Ona görə də yeni bir fürsəti ən yaxşı şəkildə
dəyərləndirmək və dondurulmuş münaqişələri bu şəkildə davam
etdirmək yox, həll etmək lazımdır. Həll etmək üçün də yeni bir
fürsətin ortaya çıxdığının qənaətindəyəm. Ümid edirəm ki, bölgə
ölkələri bunu ən yaxşı şəkildə dəyərləndirəcək, sülh yollarını üstün
tutacaqlar. Onsuz da Birləşmiş Millətlər Təşkilatının qətnamələri
ortadadır – bütün bunlar nəzərə alınar və sonda düşmənçilik deyil,
dostluq hökm sürər. Belə olarsa, bu, bölgədə hamımızın xeyrinə,
bölgə xalqlarının hamısının xeyrinə olacaqdır. Ona görə də hər
şeydən əvvəl xoş niyyətlə çalışmaq vacibdir və ümid edirəm ki,
bütün dünya da bunu təqdirlə qarşılayar və dəstəkləyər.
Mən bu gün gördüyümüz çox səmimi, isti münasibətdən
duyduğum məmnunluğu bir daha ifadə etmək istəyirəm. Bu
baxımdan da bütün azərbaycanlı qardaşlarıma türk xalqının
sevgisini, hörmət və ehtiramını çatdırmaq istəyirəm. Bu bir
həqiqətdir ki, biz hamımız bir millətin parçalarıyıq və ayrı-ayrı
dövlətlərin daxilindəyik. Həmrəyliyimiz sona qədər davam
edəcəkdir.
157
ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ
İSLAM KƏRİMOVUN AZƏRBAYCANA RƏSMİ
SƏFƏRİ
11 sentyabr 2008-ci il
Sentyabrın 11-də Özbəkistan prezidenti İslam Kərimov
Azərbaycana gəlmişdir. İki ölkənin dövlət bayraqlarının dal-
ğalandığı meydanda ali qonağın şərəfinə Fəxri qarovul dəstəsi
düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Özbəkistan prezidenti İslam Kəri-
movu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan prezidentinə
raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında
Özbəkistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və İslam Kərimov Fəxri qarovul
dəstəsinin qarşısından keçdilər. Özbəkistan prezidenti Azərbay-
can əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət rəsmiləri Özbəkistan
prezidenti İslam Kərimova, Özbəkistan nümayəndə heyətinin
üzvləri isə Azərbaycan prezidenti İlham Əliyevə təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət
başçılarının qarşısından keçdi.
158
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN
VƏ ÖZBƏKİSTAN PREZİDENTİ
İSLAM KƏRİMOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
Prezident sarayı
11 sentyabr 2008-ci il
Sentyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyevin
və Özbəkistan prezidenti İslam Kərimovun təkbətək görüşü
olmuşdur.
Prezident İlham Əliyev ali qonağı salamlayaraq, Azərbay-
canın və Azərbaycan xalqının böyük dostunu qəbul etməyə şad
olduğunu vurğuladı.
Özbəkistan prezidenti İslam Kərimov Azərbaycana rəsmi
səfər etmək imkanına görə təşəkkürünü bildirdi. O dedi ki,
Azərbaycana yaxın və doğma saydığı bir ölkə kimi səfər edir.
Dövlət başçıları görüşdə ikitərəfli əlaqələrin müxtəlif
aspektlərini, regional əməkdaşlıq və beynəlxalq vəziyyət barədə
məsələləri müzakirə etdilər. Qarşılıqlı maraq doğuran
məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Dostları ilə paylaş: |