187
Prezident İlham Əliyev salona da baxdı. Burada tamaşaçı-
ların rahatlığı üçün bütün şərait yaradılır. Əlillərin salona
girib-çıxması üçün xüsusi avtomatlaşdırılmış qurğu quraş-
dırılmışdır. Gözəl çilçıraqlar salona əlavə yaraşıq verəcəklər.
Akustikası müasir tələblərə tam cavab verəcək səhnədə
işlərin əsas hissəsi başa çatıbdır. Liftlər və eskalatorlar yeniləri
ilə əvəzlənib, binanın daxilində həssas avtomatik yan-
ğınsöndürmə sistemi qurulmuşdur. Foyedə, banket salonunda
və yardımçı otaqlarda bəzək-tamamlama işləri aparılır. Binada
İtaliyadan
gətirilmiş
xüsusi
havalandırma
sistemi
quraşdırılmışdır. Sarayın həyətinə 6 min kvadratmetrdən çox
mərmər və qranit döşənir, ətrafda yaşıllıqlar salınacaqdır.
Prezident İlham Əliyev işlərin yüksək səviyyədə və keyfiy-
yətlə başa çatdırılması, habelə gələcəkdə sarayın istismarının
da lazımınca təşkili barədə tövsiyə və tapşırıqlarını verdi.
188
İRANIN XARİCİ İŞLƏR NAZİRİ MƏNUÇEHR
MUTTƏKİ İLƏ GÖRÜŞ
Prezident sarayı
13 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 13-də İranın Xarici İşlər naziri Mənuçehr Muttəkini
qəbul etmişdir.
Mənuçehr Muttəki İran İslam Respublikasının Prezidenti
Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə
inkişaf etdiyi vurğulandı. Bu səfərin ikitərəfli münasibətlərin
ümumi inkişafı və gələcək perspektivləri ilə bağlı məsələlərin
müzakirə edilməsi baxımından əhəmiyyəti qeyd olundu.
Dövlətimizin başçısı İran prezidenti Mahmud Əhmədineja-
dın salamlarına görə minnətdarlığını bildirdi, özünün də salam-
larını ona çatdırmağı xahiş etdi.
189
RUSİYA FEDERASİYASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB DMİTRİ MEDVEDEVƏ
Hörmətli Dmitri Anatolyeviç!
Permdə təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı
barədə xəbər məni dərindən sarsıtdı.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün
Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan
dərin hüznlə başsağlığı verirəm.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 sentyabr 2008-ci il
190
BAKI DÖVLƏT UNİVERSİTETİNİN YENİ
TƏDRİS KORPUSUNUN AÇILIŞI
15 sentyabr 2008-ci il
Sentyabrın 15-də Bakı Dövlət Universitetində yeni inşa
edilmiş, müasir tələblərə cavab verən tədris korpusunun açılış
mərasimi olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət başçısını və xanımı Mehriban Əliyevanı Təhsil naziri
Misir Mərdanov, BDU-nun rektoru Abel Məhərrəmov, univer-
sitetin Elmi Şurasının üzvləri hərarətlə qarşıladılar. Mehriban
xanıma gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və yeni
tədris korpusu ilə tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin təhsilin
inkişafına diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmış-
dır.
Yeni korpusun inşasına 1991-ci ildə başlanılsa da, sonradan
burada işlər dayandırılmışdı. Əsas inşaat işləri 2006-cı ildən
davam etdirilmişdir. Həmin il tikinti üçün büdcədən 600 min
manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdı. Prezi-
dent İlham Əliyevin «Bakı Dövlət Universitetinin yeni tədris
korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında» 2008-ci
il 20 may tarixli Sərəncamına əsasən korpusun inşası üçün 4,6
milyon manat əlavə vəsait ayrılmışdır.
Bakı Dövlət Universitetinin sonuncu korpusu 20 il əvvəl isti-
fadəyə verilmişdi. Sonralar açılan yeni fakültələr, kafedralar,
elmi-tədqiqat institutları və digər bölmələr, o cümlədən tələbə-
191
lərin sayının ciddi şəkildə artması yeni korpusun tikilməsi
zərurətini yaratmışdı.
15 min kvadratmetr ərazisi olan 10 mərtəbəli yeni tədris kor-
pusunda 300-dən çox otaq, o cümlədən 220 auditoriya vardır. 4
mindən çox tələbənin təhsili üçün hər cür şərait yaradılmış,
bütün kabinetlər mebel dəsti, lazımi avadanlıqla təchiz edil-
mişdir. Burada universitetin 3 fakültəsi – tarix, mexanika-
riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika fakültələri yerləş-
mişdir.
Prezident İlham Əliyev 337 yerlik akt salonuna baxdı.
Mərasimlərin, elmi toplantıların keçirilməsi üçün nəzərdə tutu-
lan akt salonu orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.
Dövlət başçısı universitet poliklinikasında yaradılan şəraitlə,
yeməkxana ilə də tanış oldu. Poliklinika ən yüksək standartlara
cavab verən müasir avadanlıqla təchiz olunmuş, lazımi tibbi
xidmət göstərilməsi üçün burada hər cür şərait yaradılmışdır.
Sonra dövlət başçısı tarix fakültəsinin yerləşdiyi mərtəbədə
oldu, 200 nəfərlik akt salonuna baxdı. Fakültədə ulu öndər Hey-
dər Əliyevə həsr edilmiş fotoguşə də yaradılmışdır.
Prezident tətbiqi riyaziyyat və kibernetika fakültəsinin yer-
ləşdiyi mərtəbədə tətbiqi analizin riyazi üsulları kafedrasında,
kompyuter mərkəzində yaradılan şəraitlə maraqlandı. Bildirildi ki,
mərkəzdəki kompyuterlərin hamısı internetə qoşulmuşdur.
Yeni korpusun istifadəyə verilməsi ilə BDU-nun korpusları-
nın ümumi sahəsi 40 min kvadratmetrdən 55 min kvadratmetrə
çatmışdır.
Sonra tədris korpusunun açılışına həsr edilmiş mərasim
oldu.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.
Azərbaycan prezidenti İlham Əliyevin nitqi
Əziz dostlar!
Əziz tələbələr!
Əziz müəllimlər!
Dostları ilə paylaş: |