İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə46/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

 
173 
bölüşmüşük. Xalqlarımız həyatın çətin sınaqlarına sinə gərməli 
olanda  biz  həmişə  bir-birimizə  dost  kimi  əl  uzadaraq  bu 
çətinlikləri çiyin-çiyinə dəf etmişik.  
 Keçən  əsrin  30-cu  illərində  kütləvi  repressiyalar  dövründə 
on  minlərlə  azərbaycanlının  Özbəkistan  torpağında  sığınacaq 
tapması, xalqımızın onları öz doğma qardaşları kimi açıq ürəklə 
qəbul etməsi, bir tikə çörəyi onlarla bölüşməsi, öz evində onlara 
sığınacaq verməsi hamımızın yadındadır. 
Hazırda  Özbəkistanda  40 mindən  çox  azərbaycanlı  yaşayır. 
Müstəqil  Özbəkistanın  tamhüquqlu  vətəndaşları  olan  bu 
insanlar başqa xalqlarla sülh və həmrəylik şəraitində ölkəmizin 
sosial-ictimai,  iqtisadi  həyatında  və  digər  sahələrdə  fəal  iştirak 
edirlər.  Bunu  belə  bir  fakt  da  təsdiq  edir  ki,  təkcə  son  illərdə 
Azərbaycan  diasporunun  altı  nümayəndəsi  yüksək  dövlət 
mükafatlarına layiq görülmüşdür. 
Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində 
Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Bu problem, əlbəttə, 
dinc  yolla  və  vurğulamaq  istərdim  ki,  yalnız  beynəlxalq 
normalara  əməl  edilməklə  və  Azərbaycanın  ərazi  bütövlüyünə 
və suverenliyinə hökmən riayət olunmaqla həll edilməlidir. 
Hörmətli  İlham  Heydər  oğlu,  bu  fürsətdən  istifadə  edib 
vurğulamaq istəyirəm ki, mən bu tarixi yaddaşın daşıyıcısıyam, 
vahid  Sovet  İttifaqının  tabeliyində  olduğumuz  əvvəlki 
tariximizin ayrı-ayrı dövrlərini xatırlayıram – hərçənd bu heç də 
həmişə  xoş  olmur.  1985-ci  ildə  Sovet  İttifaqına  başçılıq  edən 
adam «Azərbaycan» sözünü hətta düzgün tələffüz edə bilmirdi. 
O  bu  sözü  təhrif  edərdi.  Mən  indiyədək  xatırlayıram,  bizə 
doğma  olan  «Azərbaycan»  sözünü  hətta  tələffüz  edə bilməyən 
həmin adam bu problemin, bu münaqişənin yaranması üçün çox 
şey  etmişdir.  Bu  münaqişə  bilavasitə  onun  iştirakı  ilə, 
Moskvada  sakitcə  əyləşib  Qafqazda  baş  verənləri  müşahidə 
edənlərin iştirakı ilə yaranmışdı. Məni təəccübləndirən odur ki, 
indinin  özündə  də  həmin  problemi  necə  həll  etməyi  müəyyən 
dərəcədə  başa  düşməyənlər  vardır.  Mənə  belə  gəlir  ki,  belə 


 174 
vəziyyət,  yaxud  belə  münasibət,  mövqe  var  və  bununla  həmin 
münaqişəni mümkün qədər uzatmaq istəyirlər. 
Bu  gün  mən  İlham  Heydər  oğlu  ilə  bu  barədə  danışmışam, 
burada bizim aramızda əyləşən cavanlar həmin dövrü – 1988-ci 
ili bəlkə də xatırlamırlar. Mahiyyət etibarilə yeni nəsil yaranır. 
Məncə kimlərsə ümid edir ki, yeni nəsil yaranacaq və Qarabağ 
problemi  ilə əlaqədar baş vermiş  bütün  hadisələr  yaddaşlardan 
silinəcəkdir. 
Lakin bu gün doğulan nəslin necəliyindən asılı olmayaraq – 
Qarabağ  probleminin  yarandığı  ildə  doğulmuş  insanların  artıq 
20 yaşı tamam olmuşdur və bu çox ciddi məsələdir, bu gənclər 
elə bil bütün bunları xatırlamır – mən çox istərdim ki, bizim bir 
fikrimiz  üst-üstə  düşsün:  övladlarımız  bizim  başladığımız  işi 
axıra  çatdırmalıdır,  uşaqlarımız  bizim  işimizin  davamçıları 
olmalıdır. 
Bugünkü  görüşdə  mən  bir  məsələyə  toxunmuşdum,  onu 
burada bir daha təkrarlamaq istəyirəm –  bugünkü Azərbaycan 
1991-ci  ildə  müstəqillik  əldə  ediləndəki  Azərbaycan  deyil. 
Obrazlı  şəkildə  desək,  yerlə-göy  qədər  fərq  var.  İndi  İlham 
Heydər  oğlu  Özbəkistan  haqqında  belə  xoş  sözlər  söyləyərkən 
çox təvazökarlıq edərək dedi ki, Azərbaycanın da uğurları var. 
Mən isə belə hesab edirəm ki, postsovet məkanındakı ölkələrin 
çoxu Azərbaycandan öyrənməlidir ki, Azərbaycan yaşadığı bu-
günkü  mürəkkəb  şəraitdə  belə  yüksəlişə,  uğurlara  necə  nail 
olmuşdur. Buna nəinki postsovet dövlətləri, hətta Azərbaycanın 
ətrafındakı bir çox dövlətlər də həsəd apara bilər. 
Mən Heydər Əliyevlə tanışlığımdan fəxr edirəm  və  bundan 
həmişə  fəxr  duymuşam.  Tanışlıq  demək  azdır,  yaşımızda 
müəyyən  fərq  olmasına  baxmayaraq,  mən  özümü  Heydər 
Əliyevin  dostu  hesab  edirdim.  O,  Özbəkistana  gələndə, 
Daşkənd  Universitetinin  tələbələri  qarşısında  çıxış  edəndə,  biz 
özbək  gəncləri  qarşısında  dayananda  mən  ona  Haydar  əkə 
(özbək  dilində  Haydar  Azərbaycan  dilində  Heydər  adının 
qarşılığıdır) deyə müraciət edirdim. 


 
175 
O  dəqiqələr,  o  anlar  hələ  də  yadımdadır,  biz  bir-birimizi 
bircə  kəlmədən  başa  düşürdük.  Mən  bir  daha  demək,  təkrar-
lamaq və təsdiq etmək istəyirəm: bəli, mən həqiqətən Azərbay-
can xalqının dostuyam, bəli, mən həqiqətən təkcə Özbəkistanın 
nailiyyətlərinə görə deyil, həm də Azərbaycanın uğurlarına görə 
fəxr  edirəm.  Bunlar  sadəcə  gəlişigözəl  sözlər  deyil,  bu  mənim 
qəlbimdədir və ömrümün axırına qədər belə olacaqdır. 
Özbəklər  və  azərbaycanlılar  hamımızın  ehtiram  bəslədi-
yimiz, mərdliyi, mənəvi gücü, dönməz iradəsi qarşısında həmişə 
baş  əydiyimiz  Heydər  Əliyevin  xalqlarımız  arasında  etimadın 
bərpa  olunması,  bir  daha  təkrar  edirəm,  etimadın  bərpa 
olunması  və  qarşılıqlı  hörmətin  möhkəmlənməsi  işinə  verdiyi 
böyük, qiymətli töhfəni heç vaxt unutmayacaqlar. 
Elçibəyin  dövrü  yadımdadır,  Özbəkistanla  Azərbaycan 
arasında, özbək xalqı ilə Azərbaycan xalqı arasında əsrlər boyu 
yaranmış  münasibətləri  heç  nədən  pozmağa  cəhd  göstərilən 
dövr  mənim  yadımdadır.  Bu  olub.  Əgər  kimsə  bunu 
xatırlamırsa,  çox  pis.  Tarixi  yadda  saxlamaq  lazımdır.  Öz 
tarixini unudanlar öz yolunu azır, gələcəyini görmür. Biz bunu 
həmişə  demişik  və  deyəcəyik.  Tarixi  bilmək  lazımdır,  onu 
yadda  saxlamaq,  ona  hörmətlə  yanaşmaq  lazımdır.  Bu  nə 
deməkdir?  O  deməkdir  ki,  bizim  övladlarımızın  düzgün  yol 
seçmələri üçün müvafiq nəticələr çıxarmaq lazımdır.  
Buna  görə  də  yadımdadır:  Heydər  Əliyev  özbəklərlə 
azərbaycanlılar arasında həmişə mövcud olmuş etimadın bərpa 
olunması üçün nə lazımdırsa etmişdir. Bununla əlaqədar bir fakt 
xüsusi  ehtirama  layiqdir  ki,  Azərbaycan  xalqı,  onun  bugünkü 
tanınmış  lideri  vaxtilə  Heydər  Əliyevin  seçdiyi  perspektivli 
xətti  ardıcıl  olaraq  davam  etdirir  və  onun  xatirəsini  dərin 
hörmətlə  yad  edirlər.  Bu  siyasətin  tam  varisliyi  göz 
qabağındadır.  Bu  gün  İlham  Heydər  oğlu  dedi:  bizim  heç  nə 
icad  etməyimizə  ehtiyac  yoxdur,  biz  Heydər  Əliyevin 
yaratdıqlarını  götürməli,  onun  işləyib  hazırladığı  proqrama 
ciddi  riayət  etməli  və  bu  gün,  sadəcə  olaraq,  həmin  proqramı 
həyata keçirməli, yerinə yetirməliyik.  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə