İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə43/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

 162 
 
 
 
SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ 
 
Prezident sarayı 
 
11 sentyabr 2008-ci il 
 
Sentyabrın  11-də  geniş  tərkibdə  görüş  başa  çatandan 
sonra  Azərbaycan  prezidenti  İlham  Əliyevin  və  Özbəkistan 
prezidenti  İslam  Kərimovun  iştirakı  ilə  ikitərəfli  sənədlərin 
imzalanma mərasimi olmuşdur.  
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Ehtiyatlar 
Nazirliyi  ilə  Özbəkistan  Respublikasının  Dövlət  Təbiəti 
Mühafizə Komitəsi arasında ətraf mühitin qorunması sahəsində 
əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfindən Ekologiya və 
Təbii  Ehtiyatlar  naziri  Hüseynqulu  Bağırov,  Özbəkistan 
tərəfindən Baş nazirin müavini Nodirxon Xanov imzaladılar.  
Azərbaycan  Respublikasının  Rabitə  və  İnformasiya  Tex-
nologiyaları  Nazirliyi  ilə  Özbəkistanın  Rabitə  və  İnforma-
siyalaşdırma Agentliyi arasında informasiya və kommunikasiya 
texnologiyaları  sahəsində  əməkdaşlıq  haqqında  sazişi 
Azərbaycan  tərəfindən  Rabitə  və  İnformasiya  Texnologiyaları 
naziri Əli Abbasov, Özbəkistan tərəfindən Baş nazirin müavini 
Nodirxon Xanov imzaladılar.  
Azərbaycan  Respublikası  Hökuməti  ilə  Özbəkistan  Res-
publikası  Hökuməti  arasında  dəmiryol  nəqliyyatı  sahəsində 
əməkdaşlığın daha da dərinləşdirilməsinə və kombinə olunmuş 
daşımaların inkişafına  dair  tədbirlər  haqqında  sazişi  Azərbay-
can  tərəfindən  Nəqliyyat  naziri  Ziya  Məmmədov,  Özbəkistan 
tərəfindən  Xarici  İqtisadi  Əlaqələr,  İnvestisiyalar  və  Ticarət 
naziri Elyor Qəniyev imzaladılar.  
Azərbaycan  Respublikası  Hökuməti  ilə  Özbəkistan  Respub-
likası  Hökuməti  arasında  vergi  sahəsində  əməkdaşlıq  və 


 
163 
informasiya  mübadiləsi  haqqında  sazişi  Azərbaycan tərəfindən 
Vergilər  naziri  Fazil  Məmmədov,  Özbəkistan  tərəfindən  Baş 
nazirin  birinci  müavini,  Maliyyə  naziri  Rüstəm  Əzimov 
imzaladılar.  
Azərbaycan  Respublikası  Hökuməti  ilə  Özbəkistan  Res-
publikası  Hökuməti  arasında  məxfi  informasiyanın  qarşılıqlı 
surətdə  qorunması  haqqında  sazişi  Azərbaycan  tərəfindən 
Xarici İşlər naziri Elmar Məmmədyarov, Özbəkistan tərəfindən 
Xarici İşlər naziri Vladimir Norov imzaladılar.  
Azərbaycan  Respublikası  Hökuməti  ilə  Özbəkistan  Respub-
likası  Hökuməti  arasında  humanitar  sahədə  əməkdaşlıq  haq-
qında  sazişi  Azərbaycan  tərəfindən  Xarici  İşlər  naziri  Elmar 
Məmmədyarov, Özbəkistan tərəfindən Xarici İşlər naziri Vladi-
mir Norov imzaladılar. 
Azərbaycan  Respublikası  Hökuməti  ilə  Özbəkistan  Res-
publikası  Hökuməti  arasında  ticarət-iqtisadi  və  elmi-texniki 
əməkdaşlığın  daha  da  inkişaf  etdirilməsi  tədbirləri  haqqında 
sazişi Azərbaycan tərəfindən Baş nazirin birinci müavini Yaqub 
Eyyubov,  Özbəkistan  tərəfindən  Baş  nazirin  birinci  müavini, 
Maliyyə naziri Rüstəm Əzimov imzaladılar.  
 
 
 
 
 


 164 
 
 
 
AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN 
PREZİDENTLƏRİNİN BƏYANATLARLA 
ÇIXIŞLARI 
 
Sentyabrın  11-də  sənədlərin  imzalanma  mərasimindən 
sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər.  
 
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı  
 
Hörmətli İslam Abduqəniyeviç!  
Hörmətli qonaqlar, xanımlar və cənablar!  
İslam  Abduqəniyeviç,  icazə  verin,  Sizi  bir  daha  Azər-
baycan torpağında ürəkdən salamlayım. Sizin səfəriniz bu vaxta 
qədər  də  dinamik  və  səmərəli  inkişaf  edən  münasibətlərimizin 
inkişafında  çox  mühüm  mərhələdir.  Əlbəttə,  bu  səfər  və  onun 
nəticələri  ölkələrimiz  arasında  əlaqələrin  daha  da  inkişaf 
etdirilməsində    çox  mühüm  rol  oynayacaqdır.  Bizi  birləşdirən 
ənənələrimizin,  mədəniyyətimizin,  dillərimizin  ümumiliyidir, 
bizi  birləşdirən  tərəqqiyə  çalışmağımız,  vətəndaşlarımızın 
maddi  rifahının  yaxşılaşdırılmasına,  iqtisadi  islahatların 
aparılmasına və güclü dövlətlər yaradılmasına yönəlmiş mühüm 
tədbirlərin həyata keçirilməsi sahəsində çox səmərəli işimizdir.  
Xalqlarımız  və  ölkələrimiz  arasında  ənənəvi  əlaqələr 
dövlətlərimiz  müstəqillik  əldə  edəndən  sonrakı  dövrdə  bizim 
regionda  –  Mərkəzi  Asiya,  Xəzər,  Qafqaz  regionunda  mühüm 
rol oynayır. Regional əməkdaşlıq da bizim birgə fəaliyyətimizin 
mühüm  istiqamətidir.  Lakin  şübhəsiz  ki,  bizim  ikitərəfli 
münasibətlərimiz birinci yerdə dayanır.  
Bugünkü  səfər,  bizim  aramızda,  nümayəndə  heyətlərinin 
üzvləri  arasında  aparılmış  müzakirələr,  eləcə  də  imzalanmış 
sənədlər  –  bütün  bunlar  ölkələrimiz  arasında  çox  möhkəm 
münasibətlərin  olduğunu  göstərir.  Bu  münasibətlər  dinamizm 


 
165 
meyillidir, onların çox yaxşı perspektivləri var. Biz beynəlxalq 
təşkilatlarda həmişə bir-birimizi dəstəkləmişik və bundan sonra 
da dəstəkləyəcəyik. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı 
məsələlər  barədə  Özbəkistanın  mövqeyini  çox  yüksək 
qiymətləndiririk. Biz də öz tərəfimizdən, lazım  gələrsə, qardaş 
ölkəni həmişə dəstəkləyəcəyik.  
Bir  sözlə,  əməkdaşlığımızın  bütün  istiqamətlərində  –  istər 
ikitərəfli  əlaqələr  olsun,  istərsə  də  qarşılıqlı  siyasi  əlaqələr, 
iqtisadi  perspektivlər  və  mövcud  layihələr,  humanitar  sahədə 
regional səviyyədə və beynəlxalq formatda əməkdaşlıq – biz öz 
sözümüzü deyirik və yaxın müttəfiqlər kimi hərəkət edirik.  
Regionumuzda,  Qafqazda,  Xəzər  regionunda,  Mərkəzi 
Asiyada  vəziyyətin  qiymətləndirilməsində  bizim  yanaşmaları-
mızda  ortaq  cəhətlər  çoxdur.  Təbii  ki,  bizim  bu  çağırışlara 
vaxtında  və  dəqiq  cavab  verə  bilməyimiz  yaranmış  və 
dəyişməkdə olan vəziyyətin düzgün qiymətləndirilməsindən və 
düzgün nəticələr çıxarılmasından asılı olacaqdır.  
Biz  istəyirik  ki,  regionumuzda  sülh  olsun,  bütün  Qafqazda 
sabitlik  bərqərar  olsun,  bizim  regiondakı  münaqişələr  bey-
nəlxalq hüququn normaları və prinsipləri əsasında ədalətlə həll 
edilsin.  Bu  halda  bizim  regionda  əməkdaşlıq  üçün  lap  çox 
imkan olacaqdır.  
Hazırda  Azərbaycan  istər  energetika,  nəqliyyat  sahəsində, 
istərsə  də  başqa  sahələrdə  bir  sıra  regional  layihələrin 
təşəbbüsçüsüdür.  Bu  layihələr  çox  uğurla  həyata  keçirilir  və 
sözün geniş mənasında, bütün regionu əhatə edir. Buna görə də 
biz çox istəyirik ki, gələcəkdə Özbəkistanla birgə layihələrimiz, 
daha  sıx  kooperasiyaya,  müştərək  istehsalatlar  yaradılmasına 
investorların  marağı  olarsa,  müştərək  investisiyalara  şərait 
yaradan layihələr olsun. Başqa sözlə, biz ölkələrimizi bir-birinə 
daha  da  yaxınlaşdırmaq  üçün  bazar  münasibətlərinin  bütün 
mexanizmlərini cəlb etmək istəyirik.  
Bir  daha  demək  istəyirəm,  bunun  üçün  hər  cür  şərait  var: 
həm  ənənəvi  tarixi  və  mədəni  əlaqələr,  həm  də  regional  siya-
sətin və beynəlxalq fəaliyyətin bir çox məsələlərinə ümumi ya-


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə