İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

 
159 
 
 
 
AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN 
PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ 
GÖRÜŞÜ  
 
Prezident  sarayı 
 
     11 sentyabr 2008-ci il 
 
Sentyabrın  11-də  Azərbaycan  və  Özbəkistan  nümayəndə 
heyətlərinin  iştirakı  ilə  prezident  İlham  Əliyevin  və  prezident 
İslam Kərimovun geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan 
dövlətinin  başçısı  İlham  Əliyev  görüş  iştirakçılarını 
salamlayaraq dedi: 
Hörmətli İslam Abduqəniyeviç! 
Hörmətli qonaqlar! 
Sizi  Azərbaycan  torpağında  səmimi  salamlamaq  istəyirəm. 
Xoş  gəlmisiniz!  Biz  Sizin  səfərinizi  gözləyirdik  və  dəvətimizi 
qəbul  edərək,  ölkəmizə  səfərə  gəldiyinizə  görə  Sizə  çox 
minnətdarıq.  
Bizim  ölkələr  arasında  qardaşlıq,  dostluq  münasibətlərinin 
tarixi  qədimdir  və  hazırda  uğurla  inkişaf  edir.  Əlbəttə,  dövlət 
rəhbərlərinin  səfərləri  bu  münasibətlərin  inkişafı  üçün  yeni 
zəmin  yaradır.  Bu  gün  biz  ikitərəfli  münasibətlərin  bütün 
aspektlərini,  regional  məsələləri  ətraflı  müzakirə  etdik.  Biz 
ümumi  fikirdəyik  ki,  inteqrasiya  prosesləri,  kooperasiya,  birgə 
layihələr  ikitərəfli  əlaqələri  daha  da  möhkəmləndirəcək  və 
əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır.  
Özbəkistan  bizə  qardaş,  dost  ölkədir,  biz  beynəlxalq  təş-
kilatlarda sizin dəstəyinizi çox yüksək qiymətləndiririk. Biz də 
öz  tərəfimizdən,  əvvəllər  olduğu  kimi,  gələcəkdə  də  həmişə 
sizin yanınızda olacağıq.  


 160 
Sizin səfəriniz ilk növbədə iqtisadiyyatda və başqa sahələrdə 
əməkdaşlığın  perspektivlərini  daha  dərindən  öyrənmək  üçün 
yaxşı  imkanlar  yaradır.  Əminəm  ki,  nümayəndə  heyətləri 
üzvlərinin də fikir mübadiləsi etmək imkanı olmuşdur, xüsusən 
ona  görə  ki,  bu  yaxınlarda  komissiyanın  iclası  keçirilmişdir. 
Bütün  bunlar  münasibətlərimizin  səviyyəsini  əks  etdirir.  Biz 
həm də ümid edirik ki, bu səfərdən sonra ölkələrimizin daha da 
yaxınlaşması baxımından yeni əməli addımlar atılacaqdır.  
Bir daha xoş gəlmisiniz! 
Özbəkistan  prezidenti  İslam  Kərimov  səmimi  qəbul  üçün 
təşəkkür edərək dedi: 
Hörmətli İlham Heydər oğlu! 
Bərəkətli  Azərbaycan  torpağında  bizi  bu  qədər  səmi-
miyyətlə,  hərarətlə  qəbul  etdiyinizə  görə  şəxsən  Sizə  və 
azərbaycanlı  dostlarımıza  ürəkdən  təşəkkür  etmək  istəyirəm. 
Mən əminəm ki, Özbəkistan nümayəndə heyətinin hər bir səfəri 
bizim  üçün,  ilk  növbədə  Özbəkistan  üçün  böyük  əhəmiyyət 
kəsb  edir,  çünki  ikitərəfli  və  çoxtərəfli  münasibətlərimizdə 
gerçəkləşdirilməli  olan  məsələləri,  böyük  imkanları  müzakirə 
etmək üçün yaxşı fürsət yaranır.  
Azərbaycan  bizə  qardaş  ölkədir.  Bizə  həm  tarixi,  həm  də 
mədəni  baxımdan  yaxın  olan  ölkədir.  Bu  mənada  bir  daha 
deyirəm  ki,  biz  özümüzə  yaxın  saydığımız  ölkəyə  gəlmişik, 
burada  özümüzü  qonaq  kimi  yox,  yaxın  adamlar  arasında 
olduğu kimi hiss edirik. Başa düşürəm ki, bu cür səmimi qəbul 
məhz bununla izah edilir.  
Dünyada  bir-birinə  öz  kökləri  ilə  bağlı  olan  iki  dövlət,  iki 
xalq  tapmaq  çətindir.  Biz  öz  ana  dilimizdə  danışa  bilərik  və 
həmişə bir-birimizi başa düşəcəyik.  
Bu  gün  Azərbaycanla  bağlı  nə  varsa,  mən  onları  həmişə 
Heydər  Əliyevlə  yaxın  dostluğumun  prizmasından  görürəm.  O 
məni özünün yaxın dostu hesab edirdi. Mən də onu özüm üçün 
ən  yaxın  insan  hesab  edirdim.  O,  Özbəkistanın  bütün 
problemlərini, bizim həll etdiyimiz bütün mürəkkəb məsələləri 
özünün problemləri kimi qəbul edirdi. O, yaşca məndən böyük 


 
161 
idi,  lakin  müstəqillik  əldə  ediləndən  sonrakı  ilk  illərdə  həm 
Azərbaycanın,  həm  də  Özbəkistanın  yeni,  müstəqil  inkişaf 
şəraitində  öz  ölkəsinin,  öz  xalqının  tab  gətirməsi,  qorunub 
saxlanması ilə bağlı ən çətin, deyərdim ki, ən ağır problemləri 
həll  etdiyi  vaxtda  postsovet  məkanında  baş  verən  hadisələrə 
münasibət məsələsində mən onun şəxsində, sadəcə, həmməslək 
deyil, bu məsələləri çox dərindən başa düşən bir insan tapırdım. 
Mən  ona,  sadəcə,  ünsiyyətliliyinə,  müdrikliyinə  görə  deyil, 
başqaları üçün gözlənilməz olan bütün prosesləri dərindən başa 
düşdüyünə görə hörmət edirdim.  
Heydər  Əliyev  Moskvada  ən  yüksək  vəzifələrdə  işlədiyi 
dövrdə mən hələ o qədər də nəzərə çarpmayan bir adam idim, 
lakin  onun  fəaliyyətini  çox  diqqətlə  izləyirdim  və  bilirəm  ki, 
Azərbaycan üçün nə qədər çox iş görmüşdür. O həqiqətən tarixi 
simadır. Azərbaycanın tarixində həmişəlik qalacaq şəxsiyyətdir. 
Bir  vaxt  biz  də  dünyamızı  dəyişəcəyik,  amma  onu 
xatırlayacaqlar. Onu ən müdrik bir insan kimi, Azərbaycanın ən 
böyük  vətənpərvəri  kimi,  mən  deyərdim  ki,  ölkəni  qoruyub 
saxlamış  bir  insan  kimi  xatırlayacaqlar.  O,  çətin  dövrdə  nə 
mümkündürsə  etmiş,  onun  ardınca  gələn  gənc  nəsli  gələcək 
barədə  aydın  təsəvvürlə,  proqramla,  modellə  silahlandırmışdır. 
Hörmətli  İlham  Heydər  oğlu,  bu  gün  mən  görürəm  ki,  bütün 
bunlar artıq Sizin rəhbərliyiniz altında gerçəkləşir.  
Səmimi sözümdür, bu gün mən yalnız bir şey deyə bilərəm: 
mən Sizə təşəkkür edirəm ki, atanızın xatirəsini bu cür qayğı ilə 
qoruyursunuz.  Sizin  vasitənizlə  Sizin  komandaya,  Sizin 
əhatənizdəkilərə təlqin edilən münasibətinizə görə Sizə təşəkkür 
edirəm.  Heydər  Əliyevin  nəzərdə  tutduğu  bütün  işlər  şübhəsiz 
ki, bu gün reallaşır və bundan sonra da reallaşacaqdır. 
  
 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə