146
ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinə etibarlı zəmin
yaratmışdır. Bu işgüzar tədbirin keçirilməsi barədə razılığın
əldə olunması da həmin səmərəli dialoqun nəticəsidir.
Xəzər regionunda neft-qaz sahəsində irimiqyaslı beynəlxalq
investisiya layihələrinin nəzərdən keçirilməsi, yeni texnika və
texnologiyalardan istifadə olunması, elm və ekologiya
sahələrində işlərin əlaqəli aparılması, habelə əməkdaşlıq
imkanlarının hərtərəfli öyrənilməsi üçün belə bir konfransın
keçirilməsi çox böyük əhəmiyyət kəsb edir.
Əminəm ki, bugünkü görüş qardaş, qonşu xalqlarımızın
rifahına və tərəqqisinə öz dəyərli töhfəsini verəcəkdir. Bir daha
konfransın işinə müvəffəqiyyətlər, sizin hər birinizə xoşbəxtlik
arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 sentyabr 2008-ci il
147
TÜRKİYƏNİN ENERGETİKA VƏ TƏBİİ
EHTİYATLAR NAZİRİ HİLMİ GÜLƏRİN
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞ
Prezident sarayı
9 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 9-da Türkiyənin Energetika və Təbii Ehtiyatlar
naziri Hilmi Gülərin başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Hilmi Gülər Türkiyə prezidenti Abdullah Gülün və Baş nazir
Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı.
Görüşdə Azərbaycanla Türkiyə arasında, eləcə də regionda
energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə və
perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülün
və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnət-
darlığını bildirdi, özünün də salamlarını onlara çatdırmağı
xahiş etdi.
148
YUNANISTANIN İNKİŞAF NAZİRİ XRİSTOS
FOLİASIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
9 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 9-da Yunanıstanın İnkişaf naziri Xristos Foliasın
başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xristos Folias «Azərbaycan və Türkmənistanın neft və qaz
potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın
strategiyası» mövzusunda keçirilən beynəlxalq konfransın
işində iştirak etmək məqsədi ilə ölkəmizə səfər etdiyini dedi və
tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Qonaq
ölkələrimiz arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini
bildirdi.
Dövlət başçısı Azərbaycanla Yunanıstan arasında əmək-
daşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji və digər
sahələrdə genişləndiyini vurğuladı. Prezident İlham Əliyev
Yunanıstanın İnkişaf nazirinin ölkəmizə səfərinin bu əlaqələrin
daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə ümidvar
olduğunu bildirdi.
149
ABŞ PREZİDENTİNİN AVRASİYA ENERJİ
MƏSƏLƏLƏRİ ÜZRƏ XÜSUSİ ELÇİSİ BOYDEN
QREYİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
9 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 9-da ABŞ prezidentinin Avrasiya enerji məsələləri
üzrə xüsusi elçisi Boyden Qreyin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında enerji sahəsində əmək-
daşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
150
ATƏT-in SEÇKİLƏRİ MÜŞAHİDƏ MİSSİYASININ
BAŞÇISI BORİS FRLETSİN RƏHBƏRLİK ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
9 sentyabr 2008-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 9-da ATƏT-in seçkiləri müşahidə missiyasının
başçısı Boris Frletsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə Azərbaycanda gedən demokratikləşmə prosesləri,
qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ilə
bağlı fikir mübadiləsi aparıldı.
Dostları ilə paylaş: |