İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə36/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   32   33   34   35   36   37   38   39   ...   100

 
135 
bunu  görür,  bunu  dərk  edir,  dəstəkləyir.  Azərbaycan  bölgədə 
sabitləşdirici  rol  oynayır  və  bu  rol  getdikcə  artır.  Bizim 
hamımızın  məqsədi  ondan  ibarət  olmalıdır  ki,  ölkəmizin 
maraqlarını  müdafiə  edək,  ölkəmizi  bütün  bəlalardan  qoruyaq, 
sabitliyi,  inkişafı  davam  etdirək.  Azərbaycan  xalqı  sülh,  əmin-
amanlıq,  təhlükəsizlik  və  rifah  içərisində  yaşamalıdır.  Bunu 
etmək üçün bizim bütün imkanlarımız var: ölkədə qəbul edilmiş 
proqramlar, 
artan 
maddi 
imkanlarımız, 
uğurlu 
neft 
strategiyamız, sosial məsələlərin həlli. Hansı istiqamətə baxsaq 
görərik  ki,  inkişaf  var.  İqtisadi  inkişaf  baxımından  dünyada 
ikinci belə bir ölkə yoxdur ki, son dörd il ərzində iqtisadi artım 
bu qədər sürətlə getsin. Yəni biz dünya miqyasında bir nömrəli 
ölkəyik.  
Sosial  məsələlərin  həlli  baxımından  təkcə  Cəlilabad  ra-
yonunda  deyil,  bütün  başqa  rayonlarda  da  məktəblər,  xəs-
təxanalar, yollar, yeni fabriklər, zavodlar tikilir. Bölgələr inkişaf 
edir,  yeni  iş  yerləri  açılır.  Son  beş  il  ərzində  700  mindən  çox 
yeni iş yeri açılmışdır. Bu, böyük bir nailiyyətdir. Hər bir iş yeri 
insanlara  daha  da  yaxşı  şərait  yaradır,  onları  daha  da  yaxşı 
əməkhaqqı ilə təmin edir,  daxili istehsal artır.  
 Azərbaycan indi özünü ən zəruri əksər ərzaq məhsulları ilə 
85–95 faiz səviyyəsində təmin edir. Heç vaxt belə olmamışdır. 
Burada  ağsaqqallar,  təcrübəli  insanlar  var,  bilirlər,  vaxtilə 
Sovet İttifaqında hər bir respublika üzrə xüsusi iqtisadi planlar 
var  idi.  Məsələn,  Azərbaycanda  kənd  təsərrüfatı  əsasən 
üzümçülük,  pambıqçılıq  istiqamətində  inkişaf  edirdi.  Başqa 
respublikalardan  isə  ət,  yağ,  digər  ərzaq  məhsulları  gətirilirdi. 
İndi biz özümüzü təmin edirik  – şəkərlə 100 faiz,  bitki yağları 
ilə  100  faiz,  kərə  yağı,  süd,  ət,  yumurta,  meyvə-tərəvəzlə  də, 
Azərbaycanda istehsal olunan məhsullarla təmin olunuruq. Təkcə 
taxıl istehsalında biz hələ ki, xarici idxaldan asılıyıq. Ancaq son 
qərarlar, kənd təsərrüfatının inkişafına dair atılmış addımlar bu 
istiqamətdə  də  böyük  irəliləyişə  gətirib  çıxaracaqdır.  Biz  indi 
elə  etməliyik  ki,  taxıl  istehsalı  tam  şəkildə  Azərbaycanı  təmin 


 136 
etsin. Beləliklə, Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi həll 
olunur.  
Enerji  təhlükəsizliyini  təmin  etmişik,  indi  başqa  ölkələrə 
enerji daşıyıcıları ixrac edirik. Nəqliyyat təhlükəsizliyini təmin 
etmişik.  Qonşu  ölkələrlə  bizim  nəqliyyat  əlaqələrimiz 
güclənibdir. İndi Bakı–Astara avtomobil yolu tikilir, bir hissəsi 
tikilibdir. Dəmir yolu, hava nəqliyyatı və ərzaq təhlükəsizliyi – 
bax,  bu  üç  əsas  məsələ  indi,  demək  olar  ki,  bütün  ölkələri 
narahat edir. Dünyada enerji daşıyıcılarının, ərzaq məhsullarının 
qiyməti  artır.  Əgər  biz  idxaldan  asılı  olsaq,  Azərbaycanda  da 
qiymətlər artacaqdır. Bizdə də bu var – inflyasiya, qiymət artımı 
var.  Amma  elə  etməliyik  ki,  daxildə istehsal  olunan məhsullar 
qiymətin aşağı salınmasına gətirib çıxarsın. Əlbəttə ki, bütün bu 
nəticələrə  çatmaq  üçün  ölkəmizdə  sabitlik,  əmin-amanlıq 
davam etməlidir.  
Azərbaycan  öz  əməyi  ilə  bütün  bu  uğurları  əldə  edibdir. 
Əminəm ki, gələcək illər üçün nəyi nəzərdə tutmuşuqsa, onu da 
edəcəyik. 
L  y  u  b  o  v      D  a  n  i  l  o  v  a  (sakin):  Çox  hörmətli  cənab 
Prezident,  axır  ki,  mən  vaxtilə  Sizin  atanıza  dediyim  kimi,  ən 
səmimi,  xoş  sözlərimi  indi  də  Sizə  ünvanlamaq  imkanı  əldə 
etdim.  Bu  gün  biz  Sizi  bərəkətli  Cəlilabad  torpağında  salam-
lamağımıza  çox  şadıq.  Axı  Siz  ümummilli  liderin  davamçısı-
sınız,  elə  böyük  insanın,  əsrin  insanının  işlərini  davam 
etdirirsiniz. Biz Sizin ailənizi sevirik. Sizin ünvanınıza çox xoş 
sözlər  söyləmək  olar.  Heydər  Əliyev  bizim  rayonda  tez-tez 
olub.  Bəlkə  də  mən  eqoist  adamam,  əlbəttə,  o,  başqa  rayonları 
da  sevirdi,  lakin  hələ  uşaq  vaxtımdan  yadımdadır  ki,  o  bizim 
rayonu  çox  sevirdi.  Həmişə  deyirdi  ki,  nə  üçün  Cəlilabadda 
üzüm  yoxdur,  nə  üçün  Cəlilabadda,  Privolnoye  kəndində  gül-
çiçək,  ağaclar  yoxdur?  Bu  gün  biz  hiss  edirik  ki,  Siz  də 
rayonumuza  çox  böyük  qayğı  göstərirsiniz.  Ona  görə  də 
rayonumuz vaxtilə Heydər Əliyevin sayəsində olduğu kimi, indi 
də  Sizin  sayənizdə  tərəqqi  edir.  Bu  gün  bizim  hamımızın 
sevimlisi,  ölkəmizin  birinci  xanımı  Mehriban  xanım  haqqında 


 
137 
söz  deməmək  olmaz.  O  Sizin  bütün  qərarlarınızı  həyata 
keçirmək üçün çox iş görür. İdmana xüsusi diqqət yetirilir.  
Bizim icmamız artıq 200 ildən çoxdur ki, bu gözəl, xeyirxah 
diyarda yaşayır. Heç vaxt din, dil, təhsil və mədəniyyətlə bağlı 
problemlərlə üzləşməmişik. Biz hamımız bir beynəlmiləl ailədə 
yaşayırıq. Bu fikri belə bir fakt da təsdiqləyir ki, bu gün mənim 
rəhbərlik etdiyim «Ruçeyok» rus folklor ansamblı 1987-ci ildən 
bəri  respublikada  keçirilən  bütün  tədbirlərdə  iştirak  edir.  Bir 
haşiyə  çıxmaq  istəyirəm:  mən  Heydər  Əliyevi  çox  sevirdim, 
ömrümün  axırına  qədər  də  onu  unutmayacağam.  Mən  ona 
həmişə  deyirdim:  Heydər  Əliyeviç,  mənim  atam  yoxdur,  Siz 
mənə  ata  əvəzi  olmusunuz.  Heydər  Əliyeviçin  andiçmə 
mərasimi  münasibətilə  qoşduğumuz  çastuşka  bütün  dünyaya 
yayılmışdı, çünki bir çox ölkənin telekanalları bu hadisəni lentə 
çəkmişdi. Hörmətli İlham Heydər oğlu, mən Sizin üçün də bir 
çastuşka hazırlamışam.  
Çox  sağ  olun  ki,  Siz  ümummilli  liderin  işini  davam 
etdirirsiniz. Siz həmişə xalqın yanındasınız. Sizin həmişə beləcə 
cavan,  əzmkar  olmağınızı  arzu  edirik.  Qoy  bizim  çiçəklənən 
doğma  Azərbaycan  bundan  sonra  da  tərəqqi  etsin,  qoy  bütün 
dünyada Heydər Əliyevi tanıdıqları kimi, bu diyarı da tanısınlar. 
Heydər  Əliyev  bizim  hamımız  üçün  yeni  yol  açmışdır.  Onun 
sayəsində  ölkəmizdə  sülh və  əmin-amanlıq  bərqərar olmuşdur. 
Respublikamız  onun  sayəsində  dünya  səhnəsinə  çıxmış,  bütün 
beynəlxalq  təşkilatların  tamhüquqlu  üzvü  olmuşdur.  İlham 
Heydər  oğlu,  Sizə,  ailənizə,  uşaqlarınıza  xoşbəxtlik  diləyirik. 
Qoy ailənizdə həmişə firavanlıq olsun, Siz də həmişə ailənizin 
üstündə olun.  
İ l h a m   Ə l i y e v: Sağ olun, bu səmimi sözlərinizə görə 
təşəkkür  edirəm.  Doğrudur,  Heydər  Əliyev  Cəlilabadı  həmişə 
çox sevirdi. Siz düz dediniz ki, Heydər Əliyev dəfələrlə burada 
olmuşdur. Demək olar ki, hər il buraya gəlirdi. XX əsrin 70-ci 
illərində  sizin  rayon  tərəqqi  edirdi.  Burada  başqa  rayonlardan 
daha  çox  üzüm  istehsal  olunurdu.  Rayonda  çoxsaylı  sosial 
obyektlər  tikilmişdi.  Heydər  Əliyev  Azərbaycandan  gedəndən 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə