İNKİŞaf – MƏQSƏDİMİZDİr otuz iKİNCİ Kİtab



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə32/100
tarix19.07.2018
ölçüsü1,85 Mb.
#56767
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

 122 
Prezident  İlham  Əliyev  birincilərin  oxuyacağı  sinif  otağına 
baxdı,  Heydər  Əliyev  Fondunun  hədiyyələri  ilə  tanış  oldu, 
fondun  ölkəmizdə  təhsilin  inkişafına  göstərdiyi  diqqət  və 
qayğını yüksək qiymətləndirdi. 
Məlumat  verildi  ki,  bu  təhsil  ocağının  kitabxanasına  pre-
zidentin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin 
həyata keçirilməsi haqqında» sərəncamına əsasən çap olunmuş 
kitablar,  kimya  və  fizika  laboratoriyalarına  isə  Heydər  Əliyev 
Fondunun  nəşr  etdirdiyi  əyani  vəsaitlər  hədiyyə  olunmuşdur. 
Hərbi  hazırlıq  otağı  da  bütün  lazımi  tədris  vəsaiti  ilə  təchiz 
edilmişdir. 
Dövlət başçısı kompyuter otağına, akt və idman zallarına da 
baxdı.  Kompyuterlərin  hamısı  internetə  qoşulmuşdur.  Əmək 
təlimi kabinetində isə uşaqlar dərzi, xalçaçı və çəkməçi peşələri 
üzrə kurslarda da məşğul ola biləcəklər. 
Məktəblə tanışlıqdan sonra pedaqoji kollektivlə söhbət edən 
prezident  İlham  Əliyev  dedi:  «Sizi  gözəl  məktəbin  tikilməsi 
münasibətilə  ürəkdən  təbrik  edirəm.  Çox  gözəl  şərait  var. 
Əvvəlki  məktəbin  şəkillərinə  də  baxdım.  Gördüm  ki,  siz  çox 
çətin  vəziyyətdə  işləmisiniz.  Uşaqlar  da  çətin  vəziyyətdə  oxu-
yublar. Amma indi bu məktəb ən gözəl səviyyədədir. Oxumaq 
üçün də, işləmək üçün də burada bütün imkanlar var. Mən çox 
şadam  ki,  bizim  kənd  məktəblərimiz    belə  gözəl  səviyyədədir, 
şəhər  məktəblərindən  heç  nə  ilə  fərqlənmir.  Bəlkə  də  onların 
bəzilərindən daha da üstündür. İndi əsas məsələ burada uşaqları 
yaxşı oxutmaqdır, onlara yaxşı tərbiyə verməkdir ki, gələcəkdə 
ölkəmizin  inkişafı  üçün  öz  səylərini  göstərsinlər.  Sizi  təbrik 
edirəm, uğurlar arzulayıram». 
Müəllimlər  yaradılan  şəraitə  görə  dövlət  başçısına  minnət-
darlıq etdilər. 
 
 
 
 
 


 
123 
 
 
OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞI  
 
7 sentyabr 2008-ci il  
 
Azərbaycan  prezidenti  İlham  Əliyev  sentyabrın  7-də 
Salyanda  Olimpiya  İdman  Kompleksinin  təntənəli  açılış  
mərasimində iştirak etmişdir. 
Açılış  mərasiminə  toplaşan  rayon  ictimaiyyətinin  nüma-
yəndələri,  Olimpiya  oyunlarının,  o  cümlədən  Pekin  Olimpia-
dasının  qalibləri  və  mükafatçıları,  məşqçilər  dövlət  başçısını 
sürəkli alqışlarla qarşıladılar. 
10  hektar  ərazidə  yerləşən  və  müasir  tələblərə  cavab  verən 
idman kompleksində 2 min tamaşaçı yeri olan futbol stadionu, 264 
yerlik  mini  futbol  meydançası,  tennis  kortu,  basketbol,  voleybol 
meydançaları,  üzgüçülük  hovuzu,  boks,  güləş  və  əl  oyunları  sa-
lonları  vardır.  Kompleksdə  yüngül  atletika,  akrobatika  və  bədii 
gimnastika ilə də məşğul olmaq üçün hər cür şərait yaradılmışdır. 
Ərazidəki  üçmərtəbəli  beşulduzlu  mehmanxanada  bar, 
restoran,  inzibati  mərkəz  və  böyük  konfrans  salonu  yerləşir. 
Kompleksin ətrafında kotteclər  tikilmişdir. 
Prezident  İlham  Əliyev  rəmzi  açılışı  bildirən  lenti  kəsdi, 
idman kompleksi, mehmanxana, yeməkxana və kotteclərə baxdı. 
Dövlət  başçısı  futbol  meydançası,  üzgüçülük  hovuzu,  boks, 
güləş  meydançaları,  əl  oyunları  zalları  ilə  tanış  oldu,  görülən 
işləri yüksək qiymətləndirdi. 
Olimpiya  İdman  Kompleksində  ümummilli  lider  Heydər 
Əliyevə  həsr  olunmuş  guşə  də  vardır.  Burada  ulu  öndərin  və 
prezident  İlham  Əliyevin  idmana  göstərdikləri  diqqət  və  qay-
ğını, eləcə də Azərbaycanın idman həyatına dair yenilikləri, son 
illər  idmançılarımızın  qazandıqları  uğurları  əks  etdirən 
fotoşəkillər toplanmışdır. 
Sonra Olimpiya İdman Kompleksinin təntənəli açılışı oldu. 
Azərbaycanın Dövlət himni səsləndi. 


 124 
Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 
 
 
 
 
Azərbaycan prezidenti İlham Əliyevin nitqi   
 
Əziz salyanlılar! 
Əziz dostlar! 
Əziz idmançılar! 
Bu  gün  Salyan  rayonunun  həyatında  çox  əlamətdar  bir 
gündür.  Salyanda  gözəl  Olimpiya  İdman  Kompleksi  istismara 
verilir.  Mən  bu  münasibətlə  sizin  hamınızı  ürəkdən  təbrik 
edirəm. 
Mən  xatırlayıram,  iki  il  bundan  əvvəl  Salyanda  olarkən 
kompleksin tikintisi ilə tanış olmuşdum və o vaxt demişdim ki, 
bu  gözəl  idman  qurğusu  dünyanın  ən  yüksək  standartlarına 
cavab verməlidir. Bu gün kompleksin bütün elementləri ilə tanış 
olarkən  bir  daha  gördüm  ki,  doğrudan  da  bu  belədir.  Burada 
idmanla məşğul olmaq üçün çox gözəl imkanlar var, ən müasir 
şərait,  dörd  açıq  meydança,  böyük  stadion,  idman  zalı,  hovuz, 
digər zallar var. Yəni bu kompleksdə həm beynəlxalq yarışların 
keçirilməsi  mümkündür,  həm  də  yerli  idmançıların  məşqləri 
üçün,  təlim-məşq  toplanışlarının  keçirilməsi  üçün  bütün  şərait 
vardır. 
Bildiyiniz  kimi,  Azərbaycanda  olimpiya  idman  kompleks-
lərinin tikintisi çox geniş vüsət alıbdır. 
Ölkəmizin  müxtəlif  bölgələrində  belə  gözəl  idman  obyekt-
ləri  tikilir.  Son  illər  ərzində  13  idman  kompleksi  istismara 
verilmişdir.  Salyan  idman  kompleksi  14-cüdür  və  növbəti 
illərdə  20-dən  çox  olimpiya  kompleksi  tikiləcəkdir.  Bu  sadəcə 
olaraq,  idman  infrastrukturu  deyil,  eyni  zamanda,  turizmin 
inkişafı  üçün,  rayonların  inkişafı  üçün  gözəl  şərait  yaradır. 
Burada gözəl mehmanxana və digər qurğular tikilibdir. Yəni bir 
sözlə,  burada  idmanla  məşğul  olmaq  üçün,  peşəkar  idmançılar 
üçün və eyni zamanda, Salyan rayonunun sakinləri üçün hər cür 
şərait  vardır.  Mən  çox  istəyirəm  ki,  Azərbaycanda  istismara 
verilmiş  bütün  yeni  idman  qurğularında  daimi  proses  getsin, 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə