128
bu gün kənd təsərrüfatına böyük diqqət göstəririk və kənd
təsərrüfatı istehsalı ildən-ilə artır. Bu günlərdə Bakıda
Azərbaycanda istehsal olunan məhsulların sərgisi keçirilirdi.
Mən sərgi ilə tanış oldum. Bilirdim və bir daha gördüm ki,
demək olar, ərzaq məhsullarının böyük əksəriyyəti ilə özümüzü
təmin edirik. Əvvəllər biz daha çox idxaldan asılı idik.
Azərbaycanda strateji xarakter daşıyan bir çox ərzaq məhsulları
xaricdən gətirilirdi. Biz indi özümüzü kənd təsərrüfatı
məhsulları ilə 90–95 faiz səviyyəsində təmin etməyə nail ola
bilmişik. Cəmi 4-5 il ərzində buna nəyin hesabına nail ola
bilmişik?! Məqsədyönlü iqtisadi islahatlar, sahibkarlığın dəstək-
lənməsi, fermerlərə güzəştli kreditlərin verilməsi, ölkəmizdə
liberallaşma siyasətinin aparılması, sahibkarlara dövlət
tərəfindən həm maddi, həm də mənəvi, siyasi dəstəyin
verilməsi, «Aqrolizinq» Səhmdar Cəmiyyətinin yaradılması,
gübrənin, yanacağın fermerlərə güzəştli şərtlərlə verilməsi
sayəsində. Azərbaycanda fermerlərə hər il 100 milyon dollar
həcmində güzəştli kreditlər verilir. Bax, budur dövlət tərəfindən
görülən əsas işlər. Əlbəttə ki, bununla bərabər, elektrik xətləri,
yollar çəkilir və digər infrastruktur obyektləri yaradılır. Bu,
Azərbaycanın qeyri-neft sektorunun inkişafına böyük təkan
vermişdir. Əgər Azərbaycan uzun illər, əsrlər boyu neft ölkəsi
kimi tanınırdısa, XXI əsrdə özünü müasir, inkişaf etmiş ölkə
kimi tanıtdıracaqdır. Bunu deməyə əsas var. Son illər ərzində
aparılan çox ciddi iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.
Mən şübhə etmirəm ki, ölkəmizin gələcək inkişafı da uğurlu
olacaqdır və hər bir rayonda abadlıq işləri aparılacaq, sosial
infrastrukturun yaradılması və müasirləşdirilməsi üçün,
insanların rahat yaşaması üçün lazımi tədbirlər görüləcəkdir.
Mən çox şadam ki, Salyan rayonunun iqtisadi göstəriciləri
də çox yaxşıdır. Burada istehsal olunan məhsulların ümumi
həcmi artır, yeni iş yerləri açılır. Rayonun infrastrukturunun
möhkəmləndirilməsi üçün Azərbaycan dövləti bundan sonra da
səy göstərəcəkdir. Gələn ilin əvvəlində qəbul ediləcək
regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət
129
Proqramında bütün rayonların problemləri öz əksini tapacaqdır.
O cümlədən, Salyan rayonunun növbəti beş il ərzində uğurlu
inkişafı üçün nəzərdə tutulan əməli-praktiki tədbirlər orada
göstəriləcəkdir.
Əziz salyanlılar!
Əziz dostlar!
Əziz idmançılar!
Bu gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə
sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar
arzulayıram.
130
RAYON XƏSTƏXANASININ ƏSASLI TƏMİRDƏN
SONRA AÇILIŞI
Sentyabrın 7-də Salyan Rayon Mərkəzi Xəstəxanasının
əsaslı təmirdən sonra açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Azər-
baycan prezidenti İlham Əliyevi xəstəxananın işçiləri səmimiy-
yətlə qarşıladılar.
Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin
göstərişi ilə tikilmiş xəstəxananın əsaslı təmiri üçün prezident
İlham Əliyev 2006-cı ilin avqustunda Salyana səfəri zamanı
tapşırıq vermişdi. 13 hektar ərazidə yerləşən və beş korpusdan
ibarət olan mərkəzi xəstəxana müayinə və müalicə üçün ən
müasir avadanlıq və tibbi ləvazimatla təmin olunmuşdur. Təcili
yardım şöbəsinə xüsusi avtomobillər verilmişdir.
Beşmərtəbəli əsas korpusun foyesində prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın səhiyyənin inkişafına
göstərdikləri qayğını əks etdirən fotoşəkillər diqqəti cəlb edir.
Bu korpusda diaqnostika, poliklinika, oftalmologiya, terapiya
şöbələri və palatalar da daxil olmaqla, 230 otaq vardır.
Reanimasiya bölməsinin də yerləşdiyi cərrahiyyə korpu-
sunda ən çətin əməliyyatların aparılması üçün bütün şərait
yaradılmışdır.
Dövlət başçısı intensiv terapiya bölməsinə, əməliyyat
blokuna, palatalara baxdı, buradakı şəraitlə tanış oldu.
Son illər ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı görülən
işlərdən danışan respublika prezidenti İlham Əliyev bu sahəyə
xüsusi diqqət yetirdiyini, bölgələrdə ən müasir xəstəxanaların
açıldığını bildirdi, əhaliyə yüksək səviyyədə tibbi xidmət
göstərilməsi ilə bağlı tövsiyələrini verdi.
Dövlət başçısı xəstəxananın kollektivi ilə xatirə şəkli
çəkdirdi, tibb işçilərini təbrik etdi, onlara uğurlar arzuladı.
131
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
CƏLİLABAD RAYONUNA GƏLMİŞDİR
7 sentyabr 2008-ci il
Sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev
Cəlilabad rayonuna gəlmişdir.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin
Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət
edərək, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev abidənin ətrafındakı parkda apa-
rılmış abadlıq işləri ilə tanış oldu.
Tamamilə yenidən qurulmuş və şəhər sakinlərinin sevimli
istirahət guşələrindən birinə çevrilmiş parkda yaşıllıq salınmış,
çoxlu bəzək və gül kolları, ağac əkilmiş, fəvvarə quraş-
dırılmışdır.
Parkın yaxınlığında müasir üslubda mədəniyyət evi
tikilmişdir.
Ulu öndər Heydər Əliyev Muzeyinin açılışı
Sentyabrın 7-də Cəlilabad şəhərində Heydər Əliyev
Muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi
və muzeylə tanış oldu.
İkimərtəbəli, müasir memarlıq üslubunda tikilmiş binanın
birinci mərtəbəsində eksponatlar 4 bölmədə yerləşdirilmişdir.
Birinci bölmədə ümummilli lider Heydər Əliyevin həyatının
uşaqlıq və gənclik illərinə, sovet dövründəki fəaliyyətinə dair
fotoşəkillər nümayiş etdirilir. İkinci bölmədə dünyanın görkəmli
şəxsiyyətlərinin ulu öndər barədə kəlamları ilə tanış olmaq
Dostları ilə paylaş: |